AzTV-də nə baş verir - Səidə Vəliyeva üzləşdiyi haqsızlıqlarla bağlı dövlət rəhbərliyinə müraciət etdi... MÜRACİƏT
Gundem / Sosial
Oxunub: 366
23 sen 2021 | 17:24
AzTV-də nə baş verir - Səidə Vəliyeva üzləşdiyi haqsızlıqlarla bağlı dövlət rəhbərliyinə müraciət etdi... MÜRACİƏT



Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Heydər Əliyev”Fondunun Prezidenti
Xanım Mehriban Əliyevaya,
Milli məclisin sədri Sahibə Qafarovaya,
Baş nazir Əli Əsədova,
Baş prokuror Kamran Əliyevə,
Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə,
İnsan hüquqlarının müdafiəçisi, ombudsman
Səbinə Əliyevaya,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya,
Məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova,
Ali məhkəmənin sədri Ramiz Rzayevə,
Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklərə,
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici QHT-lərə,
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici KİV-lərə
MÜRACİƏT
Hörmətli, Ali qanun keşikçiləri və vətəndaş hüquqlarının müdafiəçiləri!
Nəzərinizə çatdırıram ki, mən, Vəliyeva Səidə Əlimədət qızı, 14 il müddətində əmək müqaviləsinə əsasən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də müxtəlif redaksiyalarda redaktor işləmişəm. 2019-cu ildə həmin kollektivə Rövşən Məmmədov sədr təyin olunub. Həmin vaxtdan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun göstərişiylə işgüzar kollektivimizdə əsassız parçalanmalar baş qaldırdı. Rövşən Məmmədov qərəzli olaraq əməkdaşların vətəndaş və əmək hüquqlarını kobudcasına pozaraq müxtəlif bəhanələr, hədə- qorxu gəlmək yolu ilə onları doğma kollektivdən uzaqlaşdırdı. Danılmaz faktdır ki, bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də bir dərəbəylik hökm sürür. Qohum-əqrəbasını, tanışlarını yüksək məvaciblə AzTV-də işə qəbul edərək illərdən bəri bu idarədə “külüng vuran” zəhmətkeş insanların haqqına girir, vergidən və əmək fonduna pul ödəməkdən yayınır. Cüzi qonorar alan yaradıcı redaktorları, rejissorları əmək haqqı almadan işlədir, verilişlərə ayrılan xərclik simetanı müxtəlif yollarla mənimsəyir. Haqqını müdafiə etmək istəyən işçini heç bir səbəb olmadan tutduğu vəzifədən azad edərək öz əliylə ərizə yazıb getməsini tələb edir. Əks halda ərizə yazmaqdan imtina edənləri əmək məcəlləsinin müvafiq maddələriylə ləkələyərək, tutduğu vəzifədən azad edir. Bu cür zərəçəkənlərdən biri də mənəm. Rövşən Məmmədov AzTV üçün dövlət büdcəsindən ayrılmış pulların hansı istiqamətə yönəldilməsinə, şəxsi-qərəzliyinə, diktator rejiminə qarşı haqq səsimi qaldırdığım üçün mənim də əmək müqaviləmə xitam verilməsinə göstəriş verdi. Öz razılığımla tutduğum vəzifədən getməyəcəyimi bildikdə, heç bir töhmətim, işimdə laqeyid, səhlənkar yanaşmam olmadığı halda, məni 18.10.2020-ci il tarixdən Əmək məcəlləsinin 70 –ci maddənin “b” bəndinə əsasən tutduğum vəzifədən azad edərək ixtisara saldı və bu günə kimi işdən azad olmağımla bağlı işsizlik konpensasiyası verməmişdir. Xəstə olan atamın dərmanlara, həkimlərə ehtiyacı olduğu bir zamanda evə yeganə gəlir gətirən mən Rövşən Məmmədovun ambisiyası sayəsində işimi itirdim. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin qapısı qarşısında üzərimə yanacaq töküb yandırmaq istədikdə polislər intihar cəhdimə imkan vermədilər. Artıq bir neçə aydır ki, AzTV-də yoxlamalar gedir. Səbail rayon məhkəməsinin verdiyi qərardan Appelyasiya şikayəti vermişəm. İnanıram ki, Sizlərin hüquqi müstəvidə yanaşmağınız sayəsində öz işimə qayıdacam. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmədovun çirkin niyyətləri və hiyləsi, büdcədən ayrılmış pulların talanması nəzərə alınacaq və o cəzalandırılacaqdır. Ümid edirəm ki, mən və mənim kimi yüzlərlə zəhmətkeş insanın hüquqlarının tapdalanmasına imkan verməyəcəksiniz. Azərbaycan Respublikasının qanunları çərçivəsində bu müşkül məsələ öz asan yolunu tapacaq. Diqqətinizə görə minnətdaram.
Müraciətə əlavə edilmiş sənədlər:
1. Əmək müqaviləsinə verilmiş xitam və ƏMR
2. Əmək kitabçasının surəti
3. Şəxsiyyət vəsiqəsinin surəti
4. Əmək müqaviləsinin surəti
5. Yönəldilmiş məktubların surəti
6. Yerli rayon məhkəməsinin qərarı
7. İntiharla bağlı polis idarəsinin verilən sənədin surəti
Hörmətlə: Vəliyeva.S.Ə.
Tarix: __22.09.2021
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib