Deputatın oğlunun adı tikinti qalmaqalında: "Məhkəmə qərarını saymır"
Gundem / Sosial / Maraqli
Oxunub: 393
8 sen 2021 | 15:25
Deputatın oğlunun adı tikinti qalmaqalında: "Məhkəmə qərarını saymır"


Paytaxt sakini Nəsir Məmmədli Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 42-də yerləşən evlərinə söküntü prosesi zamanı “Dönüş-1 MMC” tərəfindən zərər verildiyini iddia edir.


Bu barədə Bakupost.az -a müraciət edən N. Məmmədli qeyd edib ki, həmin ərazidə 2017-ci ildən tikinti işləri aparılır:

“Hazırda həmin ərazidə yalnız 2, 16 və 19 saylı mənzillər qalıb. Tikinti sahənin düz ortasındadır. Onlar bizimlə heç bir razılığa gəlmirlər, elə şərtlər irəli sürürlər ki, ağlı başında olan şəxs onu qəbul etməz. Ordan çıxmağımız üçün bizə təzyiq göstərirlər. Ərazidəki evlər bir-birinə bitişik tikilib. Əllə deyil, ekskavatorla bütün ətraf evlərin hamısını söküblər. Hazırda evimiz pis gündədir. Divarlarda çatlar yaranıb, döşəmə aralanıb, fundamenti pozulub. İstəyirlər ki, evimiz tam uçsun, sonra onlarla razılaşaq. Hətta bizi məhkəməyə də vermişdilər. Amma uduzdular. Məhkəmə qərar çıxartdı ki, mülkiyyət sahiblərinin hüquqlarına toxunula bilməz”.

Şikayətçi iddia edir ki, adıçəkilən MMC-nin sahibi 15 saylı Yasamal 1-ci seçki dairəsindən seçilən deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadədir:



“Deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə 2 dəfə mənimlə razılaşmaq istəyib. Elə təklif verib ki, yəni sənə daxma verim, çıx burdan. İcra başçısı da bizim tərəfimizdədir. Oraya gələrək dedi ki, qayda-qanunla burada tikinti aparıla bilməz. Amma yenə də davam edirlər. Orxan Quluzadənin özü tez-tez tikinti gedən yerə baş çəkir. Əlimdə faktlar da var. 005 seriyalı maşınlarla bir neçə dəfə əraziyə gəlib. Olan-qalan 1-cə evim var, onu da yaşanmaz hala gətiriblər. Mən heç kimdən çəkinmirəm, hara lazımdı müraciət edəcəyəm”.

Məsələ ilə bağlı deputat Ülvi Quliyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verilmədi.

“Dönüş-1 MMC”nin satış üzrə meneceri Həbib Məmmədov isə evə heç bir zərər vurmadıqlarını deyib:

"Onun evi 200 il bundan əvvəl tikilib. Biz ona yaxın məsafədə yerləşən evləri əllə sökdürmüşük ki, divara zərər dəyməsin. Ekskavator ona aid olmayan yerdə işləyib. Deyir ki, mənə 600-700 min manat kompensasiya verməlisiniz. Bu evə gəlib kənardan baxanlar ancaq 30 min manat pul verərlər. Bir ev də dayısının evidir, yan-yanadır. Heç birinə müdaxilə etmirik. Şirkətin Ülvi Quliyevin oğluna məxsus olmasına gəlincə isə obyektin sahibi tamam başqa adamdır. Əvvəl başqa bir deputatın adını çəkirdilər, indi də ayrı bir deputatın adını çəkirlər”.

Qeyd edək ki, deputatın oğlu ilə bağlı mətbuatda bundan əvvəl də bu cür səs-küylü, qalmaqallı yazılar dərc edilib.

Bakupost.az
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...