Bərdənin icra başçısının “qara kassa”sı Sərdar Əhmədov- BAŞÇI VİDADİ İSAYEVLƏ SƏRDAR ƏHMƏDOVUN “İŞBİRLİYİ”…
Gundem / Bolge / Maraqli
Oxunub: 859
8 sen 2021 | 09:30
Bərdənin icra başçısının “qara kassa”sı Sərdar Əhmədov- BAŞÇI VİDADİ İSAYEVLƏ SƏRDAR ƏHMƏDOVUN “İŞBİRLİYİ”…


Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədov fermerlərə su satır

Cənab Əhmədov səhərdən axşamadək rəqəmləri üfürüb şişirdir…

Məlumdur ki, ölkə başçısı İlham Əliyev cənabları iqtisadiyyatımızın neftdən asılılığını azaltmaq üçün dəfələrlə aqrar sektorun inkişaf etdirilməsi ilə bağlı çağırışlar edib.
Cənab Prezident təkcə çağırışlar etməyib, həm də bu sahənin inkişafı üçün kifayət qədər dövlət vəsaiti ayırıb.
Çox təəssüf ki, bəzi məmurlar Prezidentin tapşırıqlarını qulaqardına vurur.
Belə məmurlardan biri də Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədovdur.
Belə məmurlara vaxtında qulağının dibini göstərmək lazımdır ki, öz yerlərini bilsinlər.
İlk öncə onu qeyd edək ki, Bərdə Suvarma Sistemləri İdarəsinin mudiri Sərdar Əhmədov rayonda icra başçısı Vidadi İsayevin “qara kassa”sı kimi tanınır. Nə üçün ?
Məlumdur ki, icra başçılarının çoxu rayondakı idarə və müəssisə rəhbərlərini “aylığa” otuzdurub.
Bəli, təhsil, mədəniyyət şöbələrinin, xəstəxanaların və digər idarələrin müdirləri hər ay cənab başçıya 5-10 min civarında, bəzən daha çox “aylıq” verirlər.
Bu pulların yığılması məsələsinə cənab Sərdar Əhmədov baxır.
Yuxarıda əbəs yerə qeyd etmədik ki, ölkə başçısı aqrar sektorun inkişafına xüsusi önəm verir.
Və aqrar sektor deyəndə ilk ağıla gələn su olur. Çünki nə qədər əkib-becərsən də su olmasa sonda bütün zəhmət və qoyulan vəsait hədər gedir.
Təəssüf ki, suyun mənbəyində dayanan Sərdar Əhmədov dövlət vəsaiti hesabına başa gələn suyu vətəndaşlara, fermerlərə, sahibkarlara şişirdilmiş baha qiymətlərlə satır.
Təsəvvür edirsiniz, fermerlər, sahibkarlar öz əkin sahələrini suvarmaq üçün ilin əvvəlində Sərdar Əhmədovla, yəni Suvarma idarəsi ilə müqavilə bağlasa da cənab rəis müqavilə şərtlərinə əməl etmir.
Çünki neçə illərdir ki, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Sərdar Əhmədov suvarma mövsümünü əsl alver predmetinə çevirir və bu da fermerləri çətin durumda qoyur, becərilən məhsul məhv olur.
Məlumdur ki, dövlətimiz meliorasiya sahəsinə külli miqdarda vəsait ayırır. Təəssüf ki, bu vəsait öz təyinatı üzrə istifadə olunmur və Sərdar Əhmədovun cibinə gedir.
Bu adam qurumun balansında olan texnikanı və avadanlıqları öz dədəsinin malı kimi qonşu rayonlara satır, icarəyə verir.
Bəli, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov qurumun balansında olan texnikanı yerli, eləcə də qonşu rayonlardakı sahibkarlara, fermerlərə icarəyə verir və bunun nəticəsində rayonda böyük problemlər yaradır.
Məlumat üçün onu da qeyd edək ki, Bərdənin əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, həmçinin onun üzərində olan elektrik nasos stansiyaları, 2 su anbarı, Tərtər kanalı və subartezian quyularıdır. İdarə ümumilikdə 53949 hektar sahəyə xidmət edir. Rayondakı suvarma kompleksi, kanal və drenaj şəbəkələri, nəhəng qurğuların əsas hissəsi bərbad vəziyyətdədir. Hidrotexniki qurğuların və beton kanalların cari və əsaslı təmiri aşağı səviyyədə aparılır. Sərdar Əhmədov təmir-bərpa, yenidənqurma tədbirləri adı altında büdcə vəsaitlərini mənimsəyir.
Nəticədə Bərdə ərazisindəki kanalları vaxtında lildən təmizləmir və ətraf əraziləri su basır.
Digər tərəfdən transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət vəsaiti Sərdar Əhmədovun cibinə axır.
Sərdar Əhmədovdan soruşan lazımdır ki, aldığın məvaciblə Bərdədə və Bakıdakı mənzillərini necə almısan ?
Bir sözlə, Sərdar Əhmədov sərf olunan cüzi məbləği kağız üzərində üfürərək dəfələrlə şişirdir və öz maxinasiyaları ilə cinayət əməllərinə yol verir.
Yəqin ki, yaxın zamanlarda Sərdar Əhmədovun cibində gəzdirdiyi “aylıq siyahı”sı müvafiq dövlət qurumlarının əlinə keçəcək. Onda Sərdar Əhmədovun başına nə keçirəcəklər ?
Bu artıq bizlik məsələ deyil…

Gündəlik Baki
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi