“Meliorasiya” ASC-nin sədr müavini Rafiq Aslanovun 10 milyonluq gəmisi niyə batdı ?- ASLANOV HƏBS OLUNA BİLƏR…
Gundem / Sosial / Maraqli
Oxunub: 1 162
8 sen 2021 | 18:20
“Meliorasiya” ASC-nin sədr müavini Rafiq Aslanovun 10 milyonluq gəmisi niyə batdı ?- ASLANOV HƏBS OLUNA BİLƏR…


Rafiq Aslanovun oğlu Afiq Aslanovun Londondakı mənzilləri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanov barəsində yeni, təbtəzə, necə deyərlər, xoruz səsi eşitməmiş, yəni hələ çoxunun bilmədiyi, eşitmədiyi xəbəri eşidərkən, 2 müdrik fikir beynimdə dolaşdı.
Birincisi, müdriklər deyib ki, gec-tez SU SƏNƏYİ SUDA SINAR.
İkincisi, ELƏ BİL DƏRYADA GƏMİSİ BATIB, yəni rusca desək, budto korabli potonuli.
Niyəsini izah edəcəm.
Deməli, Rafiq Aslanov 1984-cü ildən bu günədək, yəni 38 ildir, sənək su daşıyan kimi, evinə su, daha doğrusu, sudan gələn milyonları daşıyır. Və sonda daşıdığı milyonların içində bir gün boğulmalı idi.
Rafiqin daşıdığı milyonlara şübhəniz varsa, diqqətli olun.
Bəli, Rafiq Aslanov yüzlərlə sahibkarın, fermerin süni balıq göllərinə su verir və milyonlar qazanır. Yazıq kəndli isə bağını suvarmağa su tapmır. Sonra da Rafiq Aslanov kimilər cənab Prezidentə yalan, saxta məlumatlar verir ki, guya suyun 40-50 faizi itkiyə gedir.
Bəzi məmurlar Allaha şər atıb, sel, daşqın, tufan, qasırğa, zəlzələ adı ilə dövlət büdcəsindən milyonları silən kimi, Rafiq Aslanov da “su itkisi” adı ilə milyonlarla dövlət vəsaitini mənimsəyib.
Sudan milyonlar qazanan Rafiq Aslanovun oğlu Afiq Aslanovun təkcə avtomobil kolleksiyasına baxanda adamı dəhşət bürüyür.
Əgər su itibsə, bəs dəyəri milyonlar olan bu avtomobillər hansı pulla alınıb ?
Əgər su buxarlanıb, göyə çəkilibsə, bəs, Rafiq Aslanovun Londona qədər uzanan biznes şəbəkəsini hansı hesaba yazaq ?
Ataların bir sözü də var. Deyir hamam suyundan özünə dost tutur.
Rafiq Aslanov isə suyun hesabına bütün qohum-ərəbasını vəzifələrə doldurub, onları milyonçuya çevirib.
Bəli, Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir.
İlqar Əliyev üçün qanun anlayışı yoxdur, kim çox pul verirsə, suyu ona verir və deyir ki, pulun yoxdursa, canın çıxsın.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Rafiq Aslanov ASC sədrinin sıradan bir müavini deyil, MALİYYƏ məsələləri üzrə müavinidir. Bəli, MALİYYƏ.
Təsəvvür edirsiniz, Rafiq Aslanov özü bir yana, hətta bacısı oğlu İlqar Əliyev dövlət vəsaiti hesabına, özünə təzə kabinet, 40 min manata mebel, hətta işdə hamam düzəltdirir, istirahət otağı-filan, sauna-zad, inanmayanlara yoxlamada olanlardan öyrənməyi tövsiyə edirik.
Bir faktı deməsək olmaz. Rafiq Aslanovun bacısı oğlu dövlətə məxsus, dəyəri 1 milyon olan kranı yararsız kimi sənədləşdirib satır və pulları cibinə qoyur.
Görün, bacısı oğlu belə harınlayıbsa, indi dayısının 100 milyonlarını təsəvvür edin.
Bəli, Rafiq Aslanovun paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli yeni binasının dəyəri bir neçə milyondur.
Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyəri isə ölçüyə gəlməzdir.
Bəlkə, bu adamın Türkiyədəki biznesindən, otellərindən danışaq.
Bəlkə, Qarabağda müharibə gedən günlərdə Rafiq Aslanovun oğlu Afiq Aslanova Londonda aldığı milyonluq mənzildən danışaq.
Təsəvvür edirsiniz, Füzulidə gənc oğlanlar döyüşür, şəhid olur, can verir, Rafiq isə həmin günlərdə Londonda öz oğulbalasına mənzil alıb hədiyyə edir.
Bunları saymaqla qurtaran deyil. Ona görə də, keçək yuxarıda qeyd etdiyimiz “xoruz səsi eşitməyən” xəbərə.
Bəli, əbəs yerə demədik ki, su sənəyi suda sınar, yaxud dəryada gəmi məsələsi…
Deməli, sudan milyonlar qazanan və doymaq bilməyən Rafiq Aslanov yuxuda da milyonlar qazanmaq üçün planlar cızır, xəyallar qurur, yeni daha yüksək vəzifələr tutmaq üçün çalışır.
Necə deyərlər, uzaq gəmilərin kapitanları yeni-yeni torpaqlar tutmaq üçün okeanlara üz tutan kimi…
Rafiq Aslanov da 38 ildir yığdıqlarını 10 milyonluq gəmiyə yükləyib səfərə çıxmaq, Azərsuyun sahillərinə yan almaq istəyib. Amma Rafiq Aslanovun xəzinə dolu gəmisi dəryada batıb. İt də gedib, ip də gedib.
İndi Rafiq Aslanov kimi görürsə deyir ki, evim yıxılıb, dəryada gəmim batıb.
Bu adama deyən lazımdır ki, sən bu az ağılınla dəryada gəmi sürmək istəyirsən, ay zavallı.
Böyük gəmiləri böyük kapitanlar idarə edir. Səninki gölməçələrdir, get tilovunu salla…
Rafiq Aslanovun gəmisini kimlər batırıb ? -Çox əcəb ediblər, sən bu pulları haradan qazanmışdın sualına cavab isə növbəti yazının mövzusudur.
P.S. Dostları deyir ki, Rafiq son vaxtlar “Dəryada gəmim qaldı, sona bülbüllər” mahnısına təkrar-təkrar qulaq asır. Qulaq asmaqla yanaşı orda-burda kimlərinsə adını hallandırır. Daha bilmir ki, ağızdan çıxan hər bir sözün mahiyyətinə varmaq lazımdır.
Olmayan, başın sağ olsun, Rafiq müəllim.
gundelik baki.com
Facebook-da paylaş
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...