Gəncə RİH-in Rusiya bayrağı ŞOUSU: - Zabelin nə vaxtdan Duma deputatıdır?
Gundem / Bolge / Maraqli
Oxunub: 1 046
8 sen 2021 | 21:18
Gəncə RİH-in Rusiya bayrağı ŞOUSU: - Zabelin nə vaxtdan Duma deputatıdır?


Dünən Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının, Rusiya səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin, “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı ilə Gəncə şəhərində “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin və digərləri iştirak edib.

Tədbirdən yayımlanan fotolarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin qarşısında Azərbaycan və Rusiya bayraqları qoyulub.

Mixail Zabelin Azərbaycanda, Bakı şəhərində doğulub, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Milliyətcə rus olsa da, Mixail Zabelinin Rusiyaya heç bir aidiyyatı yoxdur. Zabelin Azərbaycan Rus İcmasının sədri olsa belə, o Milli Məclisdə hansısa icma yox, Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçilib. Zabelin hətta Rusiyada rəsmi səfərdə olsa, onun qarşısına Rusiya yox, məhz Azərbaycan bayrağı qoyulmalıdır və qoyulur da. Çünki Zabelin Azərbaycanı, Azərbaycan xalqını təmsil edir, Rusiyanı yox. İrad oluna bilər ki, tədbir Rusiya səfirliyinin və “Rossotrudniçestvo”nun Azərbaycandakı Nümayəndəliyinin, habelə “VTB” Bankın təşkilatçılığı keçirilib, bu səbəbdən masanın üzərində Azərbaycan və Rusiya bayraqları qoyulub. Bu da yalnışdır. Rusiya bayrağı masanın üzərində olacaqsa, bu məhz həmin nümayəndələrin qarşısında olmalı idi. Tədbirdən yayımlanan foto və videolara baxdıqda məlum olur ki, iki ölkənin bayrağı məhz Niyazi Bayramov və Mixail Zabelinin qarşısına qoyulub. Rusiya bayrağı da Zabelinin qarşısında dayanıb. Zabelin tədbirdə Rusiyanı təmsil edirdi? Niyazi Bayramov bilmir ki, Zabelin Rusiya Dövlət Dumasının yox, Azərbaycan Milli Məclisinin deputatıdır?

Gəncə RİH-in Rusiya bayrağı ŞOUSU: - Zabelin nə vaxtdan Duma deputatıdır?



Məmurlarda bu rus sevgisi haradan qaynaqlanır? Niyazi Bayramov bilmir ki, bayraqlar milliyətə görə yox, vətəndaşlığa, təmsil etdiyi dövlətə görə qoyula bilər? Rusiya səfirliyindən nümayəndə tədbirdə iştirak edərdisə, Rusiya bayrağı onun qarşısında qoyula bilərdi. Ancaq məhz onun qarşısında. Mixail Zabelinin yaxasında Azərbaycan bayrağı olan yaxa sancağı var, qarşısında isə Rusiya bayrağı. Təbii ki, bu cür səhvlər qonağın yox, kraldan daha çox kralçılıq edən ev sahibinin olur.

Niyazi Bayramov Rusiyaçılıq etməkdən daha çox niyə icra başçısı olduğu şəhərlə maraqlanmır, bu da ayrı bir mövzudur. Azərbaycanda ən çox tənqid edilən icra başçısı Elmar Vəliyev idi. Onun zamanında Gəncə şəhəri bu səviyyədə deyildi. İndi Niyazi Bayramov Elmar Vəliyevin ölənlərinə rəhmət oxutdurmaqla məşğuldur.

Elmar Vəliyev güllələndikdən sonra onun qardaşı Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev açıqlamasında qardaşını güllələyən şəxs haqqında bunları demişdi: “O adamın özünün anası ermənidi və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır”. Xanlar Vəliyev qardaşının güllələnməsində Rusiya xüsusi xidmət orqanlarının əli olmasını dolayısı ilə açıqlamışdı. Elmar Vəliyevin yerinə təyin edilən icra başçısı, yoxsa Rusiya xüsusi xidmət orqanlarından qorxur?teref.az
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”