“İcra başçısı qardaşımı kabinetdən qovub” - Qarabağ qazisinin bacısı ŞİKAYƏTÇİDİR
Gundem / Bolge
Oxunub: 541
1 sen 2021 | 17:41
“İcra başçısı qardaşımı kabinetdən qovub” - Qarabağ qazisinin bacısı ŞİKAYƏTÇİDİR


İkinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş Əmrah Sadıqov sağlamlığını itirib.

Ağdam rayonunun Quzanlı qəsəbə sakini dövlət orqanlarının biganəliyindən gileylənir, həkimin yazdığı dərmanları belə, almağa imkanı olmadığını deyir.

“Kəkələyir, yeriyə bilmir, əsəbləri də sıradan çıxıb”

Əmrah Sadıqovun nitqində problem yaranıb. Buna görə də döyüşçünün başına gələnləri bacısı Şövkət Sadıqova danışır.

“İcra başçısı qardaşımı kabinetdən qovub” - Qarabağ qazisinin bacısı ŞİKAYƏTÇİDİR


Onun dediyinə görə, qardaşı hərbçi olmaq istəyirmiş. Buna görə də hərbi təhsil alıb, gizir olub. Müharibəyə attestatını götürməmiş könüllü yollanıb: “Oktyabrın 13-də Suqovuşanda Tülkü dərəsi adlanan yerdə yaralanıb. Laçında, Şuşada, Kəlbəcərdə olub. Yaralanandan sonra beş gün Naftalanda yatıb, ardınca Tərtərə göndəriblər. Sarıcalıdakı hospitalda yatıb. Bir az babatlaşan kimi yenidən qayıdıb. Ayağı sarıqlı vəziyyətdə döyüşüb. Evə dekabrın 10-da gəlib çıxdı”.

Əmrah Sadıqov Səhiyyə Nazirliyinin köməyi ilə üç ay ev şəraitində müalicə alıb. Müharibə iştirakçısının bacısı bunun qardaşına fayda vermədiyini, əksinə, vəziyyətinin daha da pisləşdiyini deyir: “Kontuziya almışdı, ayağı tutulurdu. Bundan müalicə alırdı. Müalicədən üç ay sonra nitqi tutulmağa başladı, danışığını itirdi. Başında əsmələr olurdu. Açıq-aşkar vəziyyəti korlanmışdı. Ağdam rayonunun Xındırıstan kəndində Ülvi adlı həkim var, təxminən bir həftə əvvəl onun yanına aparmışdıq. Məlum oldu ki, ağciyərində və qaraciyərində də ciddi problemlər var. Ağciyərinə ləkə düşüb, qaraciyər şişib. Bundan başqa, kəkələyir, yeriyə bilmir, ayağı tutulur, əsəbləri də sıradan çıxıb. Yəni o üç aylıq müalicənin heç bir xeyri dəyməyib, əksinə, ziyanı olub”.

“İcra başçısı deyib ki, çıx çölə, qapını bağla”

Əmrah Sadıqovun ailəsinin onu özhesabına müalicə etdirməyə, dərmanları almağa maddi imkanı çatmır. Həkimin resepti stolun üstündə qalır. Şövkət Sadıqova YAŞAT Fonduna ümid bəslədiklərini, amma aldadıldıqlarını bildirir. Qarabağ qazisi tamamilə müalicədən məhrum olub: “Müharibə doqquz aydır bitib. Bizi əmin eləmişdilər ki, YAŞAT Fondunda qardaşımın adı var, qeydiyyata götürülüb, növbəsi çatanda mütləq ona yardım göstəriləcək. Amma sonradan öyrəndik ki, qeydiyyatı yox imiş, bizə yalan deyiblər. Ora müraciət edəndə bildim bunu. Fondda qeydiyyatdan keçsəydi, heç olmasa, dərmanları əldə eləyə bilərdik. Günah da fondda deyil, icra hakimiyyətinin, icra nümayəndələrinin səhlənkarlığına görə belə olub. Bu gün zəng eləmişəm, deyirlər ki, maraqlanarıq görək, YAŞAT Fondunda adı var, ya yox. Deyirəm ki, neçə vaxtdır qardaşım canıyla əlləşir, sizə dəfələrlə müraciət etmişik, niyə maraqlanmamısız?”

Şövkət Sadıqova YAŞAT Fonduna lazımi sənədləri təqdim etdiyini bildirib. O, qardaşının yaxın günlərdə qeydiyyata alınacağına ümid edir.

Qarabağ qazisinin bacısı ölkə rəhbərliyində günah görmədiyini də vurğulayıb. Onun fikrincə, məmurlar göstərişlərə əməl etmir: “Məşğulluq idarəsi qardaşıma üç baş inək verib dolanışıq üçün. Bizim onları saxlamağa yerimiz olmadığına görə qardaşım icra hakimiyyətinə gedib ki, mümkündürsə, torpaq sahəsi də ayrılsın. İcra başçısı qardaşıma çox kobud cavab verib, kabinetindən qovub.

Deyib: “Sənin prezidentin torpaq verməyi tapşırıb? Çıx çölə, qapını bağla”. Qardaşıma o inəkləri də elə-belə verməyiblər. Beş gün ərzində qardaşımı sorğu-sual ediblər. Atamla birlikdə gedib götürmüşdülər. İndi heyvanlara Quzanlıda atam baxır”.

“Yaralanandan sonra nişanını qaytardılar”

Müharibə iştirakçısı bir müddət əvvəl “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Ona üçüncü qrup əlillik təyin edilib. Əmrah Sadıqov dövlət başçısına da müraciət ünvanlayıb.

“Biz şübhələnirik ki, ərizələrin prezidentə gedib çatmasına imkan verilmir. Çünki icra başçısı qardaşıma deyib ki, məndən şikayət edirsən. Deməli, məktublar açılır ki, bunun da xəbəri var. Üç dəfə icra hakimiyyətinə gedib. Bizim istəyimiz ancaq qardaşımın durumunun yaxşılaşmasıdır”, – Şövkət Sadıqova belə deyir.

Əmrah Sadıqov Prezident İlham Əliyevdən başqa, Baş nazir Əli Əsədov və digər dövlət orqanlarının rəhbərlərinə də məktub göndərib. Müraciətlərində icra hakimiyyətinin biganəliyindən gileylənib, vəziyyətinin yaxşılaşması üçün kömək istəyib.

Əmrah Sadıqovun şəxsi həyatı da alt-üst olub. Müharibəyə yollananda nişanlı imiş. Yaralanıb gələndən sonra nişanını qaytarıblar.

“Dedilər ki, sağlamlığı qaydasında deyil, gələcəkdə ailəsini necə saxlayacaq? Ona görə nişanı qaytardılar”, – Şövkət Sadıqova kədərlənir.

Meydan TV Ağdam Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı telefon nömrələri ilə əlaqə saxlamağa çalışıb. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə məxsus olduğu bildirilən nömrəyə cavab verən şəxs qarşı tərəfin iddialarını dinləyəndən sonra buranın “növbətçi hissə” olduğunu söyləyib və sualı cavablandırmayıb.

Digər telefon nömrəsindən isə suala cavab vermək səlahiyyətinin yalnız icra başçısında olduğu bildirilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun kabinetindəki telefon isə faksa qoşulduğundan, onun da qarşı tərəfin iddialarına münasibətini öyrənmək mümkün olmayıb.
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA