"Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir" - İTTİHAM
Gundem / Bolge / Maraqli
Oxunub: 802
30 avq 2021 | 21:48
"Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir" - İTTİHAM


“Yazanda ki, Ramiz Mehdiyev və Əli Həsənov irsi yaşayır və fəaliyyət göstərir, çoxları məni qınayırdı. Yazdıqlarımı indi konkret faktla diqqətinizə çatdırım. Bu günlərdə Ağstafa rayonundan olan şəhid, Vətən Qəhrəmanı Azər Yusiflinin adının əbədləşdirilməsinə və ailəsinə olan biganəlikdən yazmışdım. Yazıdan dərhal sonra Ağstafa icra hakimiyyəti öz səhifəsində yekə bir bəyanat yazıb məni yalanda, qərəzçilikdə suçladı. İttihama konkret faktlarla cavab verdim və səhifəni izləməyə başladım. Dərhal əvvəllər YAP-ın Gənclər təşkilatının sədri olmuş, icra başçısı Seymur Orucovun trol dəstəsi Ağstafa icra başçısı haqqında təriflər yağdırmağa başladılar. Buna baxmayaraq şəhidin doğmaları yazımda göstərdiyim faktları təsdiqlədilər və icra başçısı və onun trol dəstəsinin yalanlarını ifşa etdilər. Buna dözməyən S.Orucov bəyanatın şərh bölümünü bağlatdırdı və şəhidin doğmalarının, vətəndaşların onu ifşa edən bütün rəylərini sildirib ancaq trol dəstəsinin təriflərini saxladı. Səhifələrimi izləyənlər bilirlər ki, bütün rayonlarla bağlı yazılarım olub, ancaq heç birinə belə aqressiv reaksiya görməmişdim”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“İndi isə daha ətraflı adı çəkilən "irs" barədə. Ağstafanın icra başçısı Seymur Orucov 1984-cü ildə anadan olub, 2007-ci ildə qayınatası Şəmsəddin Hacıyevin rektor olduğu İqtisad Universitetində magistr dərəcəsi alıb və artıq 2009-cu ildə həmin Universitetin prorektoru vəzifəsini tutub. Həmin il də YAP Gənclər Təşkilatının sədri seçilib. Seymur Orucovun dayısı Səttar Mehbalıyev isə 1990-cı illərdən Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, elə o vaxtlardan Milli Məclisin deputatıdır. Ən başlıcası isə S.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, bu yaxınlarda "qoz kimiyəm" deyən Əli Həsənovla qudadırlar. Bu şəxs də hansısa fitri istedadına görə yox, məhz bu qohumluq əlaqəsinə görə ildırım sürəti ilə irəliləyib. Bəziləri isə bu təyinatı bizə islahatları həyata keçirmək üçün gənclərin vəzifəyə gətirilməsi kimi təqdim etməyə çalışırlar. İndi başa düşdünüz ki, qeyd olunan irs yaşayır və fəaliyyətdədir” – A.İsmayılov qeyd edib.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"