İmişli “MERO”-da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir – FOTOFAKTLAR
Gundem / Bolge / Maraqli
Oxunub: 766
11 avq 2021 | 18:50
İmişli “MERO”-da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir – FOTOFAKTLAR


İmişli Rayon Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində nəqliyyat vasitələrinin “texniki baxış”ı vatsap vasitəsilə həyata keçirilir.

Teref.az xəbər verir ki, bu barədə Azsiyaset.com saytına məlumat daxil olub.

Məlumatda bildirilir ki, İmişli “MERO”-da baş verən bu qanunsuzluqların əsas səbəbkarı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılovdur. Düzdür, qanunla Qeydiyyat-imtahan və Texniki baxış regional idarələri Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat – İmtahan İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyevə tabedir.

Lakin F.Mayılov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun ən sevimli kadrı və “qara kassa”sı kimi öz “kardinal”lığını qoruyub saxlamaqdadır. Qeyri-rəsmi şəkildə ölkənin əksər rayonlarındakı “MERO”lara nəzarət F.Mayılovun kurasiyasındadır, bu sahənin qeyri-rəsmi kuratoru məhz odur.

İmişli “MERO”-da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir – FOTOFAKTLAR


Qeyd edək ki, İmişli “MERO”sunun rəisi təüqaüd yaşına çatmış Qulu Qüdrət oğlu Quliyev 2019-cu ildə Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə təyin olunub. Təqaüd yaşı keçmiş, nəqliyyat vasitələrini vatsap nömrələrlə texniki baxışdan keçirən, ağlagəlməz “rüşvət piramadası”na rəhbərlik edən Q.Quliyevin təqdimatını R.Zeynalova F.Mayılov verib. R.Zeynalov da onun təqdimatını Nazirin masasına qoyub.

Q.Quliyevin İmişli Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinə rəis təyin edilməsinin ilginc səbəbləri barədə növbəti yazıda bəhs olunacaq.

Bəs “texniki baxış” altında vətəndaşlar soyğunçuluğua necə məruz qalırlar?

Məlumdur ki, avtomobili olan şəxslər ildə bir dəfə olmaqla, “MERO”-ya getməli və avtomobilinin saz vəziyyətdə olub-olmaması ilə bağlı sənəd almalıdır. Əgər vətəndaş öz avtomobilini texniki baxışdan keçirmirsə, hər 20 gündən bir 50 manat cərimə ödəməli olur.

Əsas mətləbə keçək! Qanunlardan varlanmaq üçün istifadə edənlərin sərvətlərinin sayı-hesab yoxdur. Məsələn, DYP-nin alay komandir Fuad Mayılov kimi.

R.Zeynalovun şəxsi və xüsusi tapşırığı ilə “MERO”lardan yığılan pullar birbaşa F.Mayılovun iştirakı ilə ünvana çatdırılır. Artıq məsələ o həddə gəlib çatıb ki, texniki baxış əməliyyatları yeni “meyar”larla həyata keçirilir. Məsələ bundadır ki, F.Mayılova yaxınlığı ilə seçilən “MERO” rəisləri “kreativ” üsul seçiblər. Belə ki, onlar nəqliyyat vasitələrini vatsap nömrələr vasitəsilə “texniki baxış”dan keçirirlər.

HAŞİYƏ: F.Mayılov qardaşı oğlu Fərid Maylovu Ağcəbədiyə rəis təyin etdirib. Orada nələr baş verir, əmisinin himayəçiliyi və çətiri altında Fərid Mayılov hansıq qanunsuzluqlara imza atır, bu haqda növbəti yazıda…

Qanunda nəzərdə tutulub ki, avtomobil qeydiyyatda olduğu ərazidə texniki baxışdan keçirilməlidir. Amma F.Mayılovun adamları üçün bu elə də fərq etmir. Sən Şəkidə yaşaya bilərsən, amma avtomobilini İmişlidə və ya Ağcəbədidə “texniki baxış”dan keçirə bilərsən. Sual yaranar ki, Şəkidə olan avtomobil İmişlidə qeydiyyatdan necə keçə bilər? Təbii ki, vatsap vasitəsi ilə! Necə?

Sadəcə avtomobilə məxsus texposportun, sürücülük vəsiqənin fotosunu “MERO” əməkdaşlarının vatsap nomrələrinə göndərirsən və bu, bəs edir ki, avtomobilin “texniki baxış”dan keçsin.

Məsələn məqalədə fotosunu yerləşdirdiyimiz bu vətəndaş bu üsuldan istifadə edərək öz avtomobuli üçün “texniki baxış”nı əldə edib. Istənilən adam oturduğu yerdə öz maşınını “texniki baxış”dan keçirmək istətirsə o zaman Qulu Quliyevin rəhbərlik etdiyi İmişli “MERO”sunun əməkdaşalrının aşağıdakı qeyd olunan nömrələrinə göndərməklə həyata keçirə bilərsiniz.

İmişli “MERO”-da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir – FOTOFAKTLAR


İmişli “MERO”dakı qiymətlər belədir:

Minik -80 manat

Kamaz 140 manat

Qazel 100 manat

Qoşqu ilə 60 manatdır.

Baxmayaraq ki, bütün avtomobillər üçün dövlət rusumu 30 manatdır. Qoşqu isə dövlət rusumu 10 manatdır.

Təsəvvür edin, gün ərzində “texniki baxış”dan keçən 200-300 maşından gələn pul vəsaiti nə qədərdir? Fantastik rəqəm!

İmişli “MERO”-da avtomobillərin texniki baxışı vatsapla həyata keçirilir – FOTOFAKTLAR


Onu da əlavə edək ki, Qulu Quliyev özü üçün “təhlükəsizlik” tədbirləri də görüb. Belə ki, vatsap nömrələr vasitəsilə qanunsuz şəkildə əldə olunan pullar onun yaxınlarına şəxsi kart hesablarına köçürülür və axşam nəğdləşdirilir.

Bundan əlavə olara, Q.Quliyev müştəri göndərən sığortaçılardan da özünü “qorumağı” bacarıb. O, işlədiyi sığorta şirkətinə bəribaşdan şərt qoyur ki, əgər bu barədə haradasa danışsalar qanun qarşısında məsuliyyət daşıyamalı olacaqlar.

Ardı var…

P.S. İmişli “MERO”da maşınların vstapla “texniki baxış”ı aşağıda göstərilən bu nömrələr vasitəsilə həyata keçirilir. (Nömrələr “MERO”nun əməkdaşlarına məxsusdur).
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı