Xeyir əməl sahibləri başçının qəzəbinə tuş gəlir - İDDİA // FOTO - VİDEO
Gundem / Bolge / Video
Oxunub: 461
3 avq 2021 | 17:45
Xeyir əməl sahibləri başçının qəzəbinə tuş gəlir - İDDİA // FOTO - VİDEO


"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Siyəzən rayon sakini Quliyev Ruslan tərəfindən videomüraciət daxil olub.

Ruslan Quliyev müraciətində Siyəzən rayon "Yenikənd" kəndində yaşayan 6 nəfərdən ibarət bir aztəminatlı ailədən bəhs edib.

Hansı ki, ailənin başçısı Cığalıyev Arif Kiçikağa oğlu hazırda işsizdir. Həyat yoldaşı Cığalıyeva Cahan Mürvət qızı yataq xəstəsidir. 4 azyaşlı övladları var.

Xeyir əməl sahibləri başçının qəzəbinə tuş gəlir - İDDİA // FOTO - VİDEO


Sözügedən ailənin heç bir gəlir yeri yoxdur. Nə ailədə pensiya alan var, nə də ünvanlı sosial yardım.

Yaşadıqları evin (ev demək olarsa) şəraiti də bu fotolarda gördüyünüzdür.

Xeyir əməl sahibləri başçının qəzəbinə tuş gəlir - İDDİA // FOTO - VİDEO
Xeyir əməl sahibləri başçının qəzəbinə tuş gəlir - İDDİA // FOTO - VİDEO


Ailənin halına acıyan bəzi rayon sakinləri onların durumu haqqında dəfələrlə rayon icra hakimiyyətinə və rayonda fəaliyyət göstərən digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq, sözügedən ailə müraciət edilən qurumlar üçün hələ də "gözəgörünməz" olaraq qalır. Ya da rahatlıqları naminə özləri görməzdən gəlirlər.

Ruslan Quliyev iddia edir ki, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov "Yenikənd" kəndinin ərazisində 30 hektar torpaq sahəsini mənimsəyib.

Deyəsən İcra başçısı Novruz Novruzov təkcə kəndin ərazisindən deyil, həm də sakinlərin evinə gələn hər "tikə"dən də xəbərdardır.

Ruslan Quliyev deyir: - "Rayonda dövlət işində çalışan bəzi insanlar bu ailəyə maddi yardımlar edirdilər. Bundan xəbər tutan kimi icra başçısı Novruz Novruzov həmin şəxsləri işindən azad edib ki, "özünüzü yaxşı adam edirsiniz, məni pis"."

Xeyir əməl sahibləri başçının qəzəbinə tuş gəlir - İDDİA // FOTO - VİDEO
Xeyir əməl sahibləri başçının qəzəbinə tuş gəlir - İDDİA // FOTO - VİDEO
Xeyir əməl sahibləri başçının qəzəbinə tuş gəlir - İDDİA // FOTO - VİDEO


Əslində Novruz Novruzov istəsəydi özü də "yaxşı adam" ola bilərdi.

Yəni tabeliyində olan rayonun sakinlərinə, bu aztəminatlı ailəyə kömək etmək 67 yaşlı İcra başçısı Novruz Novruzovun vəzifə borcudur.

Milyonlarla ölçülən sərvətlərin sahibi İcra Hakimiyyətinin büdcəsindən 5-10 manat ayırıb, bu ailənin evini təmir etməyə qadir deyilmi?

Yoxsa o qədər tender keçirən rayon İcra Hakimiyyətinin büdcəsində aztəminatlı, daha doğrusu təminatsız bir ailənin həyətində bir hamam, bir ayaqyolu tikəcək qədər vəsait yox idi ki, bir xanımın təşəbbüsü ilə rayon sakinləri toplaşıb o ailəyə hamam, ayaqyolu tikdirib. Hazır tikilmiş balaca yerin təmirinə belə rayon İcra Hakimiyyətinin "gücü çatmadı"?...

(Siyəzən rayon İcra Hakimiyyətinin keçirdiyi tenderləri hər dəfə yalnız bir qurumun udması özü də biraz şübhə doğurur. Bu da ayrı mövzudur. Növbəti yayımlarımızda bu mövzuya qayıdacağıq.)

67 illik ömrünün 27 ilini Siyəzən də daxil olmaqla, digər rayonlarda İcra başçısı vəzifəsində çalışan İcra başçısı görünür bu qədər iş təcrübəsində yalnız sərvət toplamaq öyrənib. Rayon sakinlərinin problemi ilə maraqlanmaq və aradan qaldırmaq bunca illik icra başçısı fəaliyyətində olmadığı üçün bu gün Siyəzən sakinləri rəhbər qayğısından məhrum edilib.( Belə deməyə Novruz Novruzovun əvvəllər başçılıq etdiyi Goranboy, Şabran, hazırda Siyəzən rayonlarının sakinlərinin ümumi narazılıqları əsas verir.)
Bu gün sözügedən ailənin dolanışığı və kommunal xərcləri "Yenikənd" kəndinin sakinləri tərəfindən ödənilir.
Kənd bələdiyyəsinin, kənd İcra nümayəndəsinin və rayon İcra başçısının isə başları nə "mühüm işlər"ə qarışıbsa, 44.000(qırx dörd min)lik rayon əhalisinin vəziyyəti Allah ümidinə qalıb.

P.S: Qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Siyəzən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Aqşin Ağayev və Başçının müavini-İctimai-siyasi-humanitar məsələlər şöbəsinin müdiri Təhminə Bəxtiyarova ilə telefon əlaqəsi saxladıq. Lakin, təəssüflər olsun ki, telefonlara cavab veren olmadı.

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Daha ətraflı aşağıdakı videogörüntüdə:

Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib