Cılız maraqlardan doğan XIRDA KİŞİ... - Cavid Qurbanov kim idi... KİM OLDU?!
Gundem / Sosial
Oxunub: 566
30 iy 2021 | 23:39
Cılız maraqlardan doğan XIRDA KİŞİ... - Cavid Qurbanov kim idi... KİM OLDU?!


Cavid Qurbanov Azərbaycan cəmiyyətinə kifayət qədər bəlli, hazırda siyasi elitanın mühüm forpostuna çevrilmiş məmurlardandır. O, son 30 ildə Azərbaycan idarəçilik müstəvisində məmur karyerasını minimum itkilərlə qurmağı bacaran azsaylı şəxslərdəndir. C.Qurbanov “Kəlbəcər epoxası”nın ən xarizmatik və ölkə oliqarxiyasının vitrin şəxslərindəndir. Azərbaycan siyasətində şahmat oyunlarının mühüm hərəkətverici subyektləri İsgəndər Həmidov, Sərdar Həmidov və Eldar Həsənovla eyni rayondan olan C.Qurbanov həm də oliqarxiyanın tamamilə fərqli müstəvisində özünü təsdiqləyə bildi.

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun hakimiyyəti dövründə Kontor direktoru, AXC-Müsavat iqtidarı zamanı isə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Baş direktor vəzifəsində işləyən C.Qurbanovun sürətli məmur karyerasında Kəlbəcər amili az rol oynamamışdı. Xüsusilə də, keçmiş Daxili İşlər naziri İ.Həmidovun siyasi çətiri altında olmadan həmin vaxt heç bir kəlbəcərli ciddi post tuta bilməzdi.

C.Qurbanov mərhum prezident Heydər Əliyevin hakimiyyəti dövründə də yüksək vəzifələrə təyinat almağı bacarmışdı. Onun bundan sonrakı inkişafı keçmiş Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənovun sayəsində mümkün olmuşdu.

Düşünək: C.Qurbanov 1994-cü il noyabrın 15-də H.Əliyevin 237 saylı fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən qovulur.

Cılız maraqlardan doğan XIRDA KİŞİ... - Cavid Qurbanov kim idi... KİM OLDU?!


Heydər Əliyevin fərmanı

Həmin vaxt Azərbaycanın Baş prokuroru vəzifəsi boş idi, Əli Ömərov 1994-cü il oktyabrın 8-də bu vəzifədən çıxarılmışdı. Ə.Ömərov vəzifədən gedən günün səhəri E.Həsənov Baş prokurorluğun binasına daxil olur, işlərlə tanış olur. Artıq hər kəs ölkənin gələcək Baş prokurorunun kim olacağını bilirdi və 3 ay sonra - 1995-ci il martın 22-də Eldar Həsənov Baş prokuror olur. Novruz bayramı günü bu vəzifəyə təyin edilən E.Həsənov qohumu, yerlisi C.Qurbanova tezliklə vəzifə “hədiyyə” edəcəyini də bildirir. Və çox keçmir... İşdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə H.Əliyev tərəfindən vəzifədən qovulan C.Qurbanov məhz E.Həsənovun ciddi səyləri nəticəsində yenidən böyük vəzifəyə - “Azərərzaqnəqliyyat” Birliyində direktoru postuna təyinat alır. C.Qurbanovun sonrakı karyerası yüksəlişi hər kəsə bəllidir. Ümumiyyətlə, onun bu günə qədərki inkişafında iki “xətt”in elementləri açıq diqqət çəkib. Lakin C.Qurbanovu ilk dəfə siyasi elitanın vitrininə daşıyan məhz E.Həsənov olub.

E.Həsənovun təqdimatı və C.Qurbanovun “inzibati məsələləri” həll etməsi nəticəsində Kəlbəcər rayonunun Quzeyçirkin kəndindən olan Əlövsət Ağalarov 1995-ci ildə Milli Məclisin deputatı seçilir. E.Həsənovun Baş prokuror vəzifəsindən getməsi və Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfir postuna təyinat alması ilə Ə.Ağalarovun siyasi karyerası bitir, o, bir daha Milli Məclisə seçilə bilmir. Lakin Ə.Ağalarov E.Həsənovun tapşırığı ilə bundan sonra C.Qurbanovun himayəçiliyinə verilir. Hər kəsə bəllidir ki, Ə.Ağalarov ADDY rəhbərinin çətiri altında E.Həsənovun qardaşı Şahin Həsənovla birlikdə onun Bakıda işlərini görürdü. Təsadüfi deyil ki, bu ilin avqustun 13-də DTX tərəfindən Azərbaycanın Serbiya, Bosniya, Hersoqovina və Monteneqrodakı səfiri kimi həbs edilən E.Həsənovla bağlı aparılan istintaqa Ə.Ağalarov da cəlb edilib və o, saatlarla dindirilib.

İyul ayında cəbhənin Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı bəlli oldu ki, Serbiya Ermənistana müxtəlif kalibrli silahlar göndərib. E.Həsənovun həbsi ilə bağlı verilən məlumatda deyilirdi: “Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib”. Lakin Serbiyanın Ermənistana göndərdiyi silahlarla bağlı məsələdə E.Həsənovun məsuliyyətinin miqyası barədə hələki ciddi müzakirələr aparılmır.

Vaxtilə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun da “udulması”nda ciddi rol oynayan C.Qurbanov əksər oyunlardan uduşla çıxan məmurlardandır.

O, təkcə hakimiyyətdə oliqarxiyanın ən ciddi iqtisadi-maliyyə “resurs”larından biri sayılmır, həm də ölkə siyasətinin, ictimai-siyasi sferanın mühüm istiqamətlərində müxtəlif inzibati yollarla ciddi təmsilçiliyə malikdir. E.Həsənovu həbsi onun siyasi karyerasına toz qondura bilməyibsə, deməli, ortada ciddi məqamlar var.

Ciddi nüfuza malik olan, “Kəlbəcər oliqarxiyası”nın rəhbəri sayılan E.Həsənovun həbsindən sonra estafet C.Qurbanova ötürülüb. Yəqin ki, onun bundan sonra ölkə həyatının bütün sahələrində aktivliyini müşahidə etmiş olacağıq. Əslində C.Qurbanovun imkanları buna yol verir. Məsələn, böyük şirkətlərin, biznes imperiyasının sahibi olan C.Qurbanov Qarabağ epoxasının ən ciddi qanadlarından birinə komandanlıq edə bilər.

Amma düşündürücü məqamlar çoxdur: C.Qurbanov siyasi proseslərdən necə uduşla çıxa bilir, gərgin, bir çox hallarda isə həbslərlə nəticlənən proseslər məngənəsində hansı yolla sığortalanır və ən əsası, o forposta necə çevrilib?

Samir Feyruzov
Demokrat.az
Bu gün, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü