İsmayıllı rayon məhkəməsi vətəndaşı zəlil günə qoyub - VİDEO
Gundem / Bolge / Video
Oxunub: 1 110
25 iy 2021 | 22:48
İsmayıllı rayon məhkəməsi vətəndaşı zəlil günə qoyub - VİDEO


Məni məcbur etməyin ki, hakimi özüm iş başında cəzalandırım

İsmayıllı sakini Azinfo.tv vasitəsilə ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq üçün video-müsahibə ilə çıxış edib. Həmin müsahibədən qısa ixtisarla müəyyən hissələri dərc edirik. Video-müsahibə tam şəkildə yazının sonunda veriləcək. İzləyicilərdən video-müsahibəni izləməyi və sosial şəbəkələrdə paylaşmağı xahiş edirik. Eyni zamanda kanalımıza abunə olmağı unutmayın.

Mən Balayev Heybət Əlibaxış oğlu.İsmayıllı rayon Füzuli küçəsi, dalan 2, ev 1-də müvəqqəti yaşayıram. 1986-cı ildən 2019-cu ilə kimi həm sovet ölkəsi dönəmində, həm də Azərbaycan dövləti bütün sübut və dəlillərlə göstəriblər ki, İsmayıllı rayonunda Məhəmməd Əsədov küçəsində yerləşən əmlak mənə məxsusdur. Qeyd etdiyim kimi, evimin bir otağında vəhabilər kirayə qalırdılar və 2016-cı ildə mənim xəbərim olmadan İsmayıllı rayon məhkəməsində iddia qaldırıblar ki, güya ev onlara məxsusdur. Həmin dönəmdə məhkəmə evin mənə məxsus olduğunu qət etdi. Lakin 2017- ci ildə İsmayıllı rayon məhkəməsinə yeni təyin olunmuş hakim Rəfael Şirinov vəhabilərə xidmət edərək onların lehinə qərar çıxardı.



Bu zaman ortalıqda olan bütün şahidlər, dövlət qurumlarının nümayəndələri və xitama verilmiş iş yenidən ləğv olunaraq, baxılması üçün icraata qəbul edildi. Məhkəmə 2019-cü ilin iyun ayının 7-də qərar çıxardı ki, bu əmlak vəhabilərə məxsusdur. Hakim qarşı tərəfin heç bir sübutları olmadan, məhkəmə prosesində heç bir iştirak olmadan Azərbaycan respublikasının qanunlarına zidd olaraq mənim qanuni mülkiyyətimi 19 il bundan əvvəl dünyasını dəyişmiş bir şəxsə satdı. Sanki həmin ölünü hakim Rəfael Şirinov dirildərək onun məhkəmə prosesində iştirakını təmin etmış və nəticədə bu qərarı çıxarmışdır.
Artıq 2016-cı ildən bu günə kimi mən öz qanuni mülkiyyətimə sahib çıxa bilmirəm. Bu illər ərzində 700- dən çox şikayət yazmışam. Ədliyyə naziri bu ölkədə yoxa bərabərdir. Teleqram və şikayət məktublarıma arxiv sənədlərini də əlavə etmişəm ki,baxsınlar ki, Məhəmməd Əsədov küçəsində yerləşən bu əmlak mənə məxsusdur. Ancaq məhkəmə 19 il bundan əvvəl dünyasını dəyişmiş oğlumu dirildərək əmlakımı ona satıb. Hansı ki, qarşı tərəfin nə bələdiyyədən, nə dövlət reyestrindən, nə arxivdən heç bir sənədi yoxdur. Hazırda 84 yaş mənim, 82 yaş isə həyat yoldaşımın var. Qalmışıq nəvəmizin evində. Belə ədalətsizlik, belə zülm olmaz axı. Mən dövlət qurumlarına müraciət edərək haqqımın bərpa olunmasını tələb edirəm. Məni məcbur etməsinlər ki, hakimi iş başında özüm cəzalandırım.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Sonda bütün tərəfləri sülhə,qarşılıqlı kompromisə dəvət edirik. Hər kəsi qanunların imkan verdiyi tərzdə davranmağa dəvət edirik. Videonu mütləq izləyin.

Elçin İsmayıllı.
Bu gün, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü