Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Gundem / Bolge
Oxunub: 1 173
16 iy 2021 | 00:28
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


“Azerinfo.az” saytı Haqqin.az saytına istinadən xəbər verir ki, Haftonidə meşə qırğını ilə bağlı Baş Prokurorluq araşdırmaya başlayıb. Facebook sosial şəbəkədəki “ecofront” səhifəsi isə məlumat yayıb ki, prokurorluğun araşdırması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovu vəlvələyə salıb, o üzdən Xidmət rəisi aradan çıxmaq, aranın sakitləşməsini gözləmək məqsədilə məzuniyyət üçün rəhbərliyə müraciət edib.

İndi isə “Azerinfo.az saytının özünün bu müstəvidə araşdırmalarının nəticələrinə və “meşə mafiyası”nın əməkdaşlarımızın peşə fəaliyyətinə mane olma cəhdlərindən söz açaq.







Bu mövzuda qələmə aldığımız son yazıda xəbər verdiyimiz kimi, 25 iyunda Lerik rayonun meşə ərazisində 17-ci, 18-ci, 20-ci , 23-cü dolaylarda olduq. Aşkar etdiyimiz meşə qırıntılarını video-qeydə alıb görüntüləri ETSN-nin elektron poçtuna göndərdik. Nazirlikdən iyunun 29-da əraziyə baxış keçirmək üçün iki nümayəndə göndərildi. 1 saylı Regional Ekologiya İdarəsinin əməkdaşı Cavidan adlı şəxs , Lerik Meşə Təsərrüfatı və Bərpası İdarəsinin Nazir Orucovun meşəbəyi olduğu Razband meşəbəyliyinin ərazisində 19-cu dolayda Rizvan adlı sürücünün idarə etdiyi “ZİL-131” markalı yük avtomobili Lənkəran istiqamətinə hərəkət edərkən 19-cu kilometrdə saxlanılaraq onun üzərində baxış keçirildi və xeyli material aşkarlandı. Məlum oldu ki, həmin material Rüfət adlı şəxsin həmin ərazidə fəaliyyət göstərən yeşik sexinə aparılırmış. Əvvəllər də ora xeyli material yığılıbmış. Nazir Orucovun meşəsindən çıxan həmin maşın onun qardaşı Təyyar Orucovun həyətinə aparıldı, hazırda orda sənədləşdirmə aparıldı. Qeyd edək ki, Nazir və Təyyar Orucov qardaşlarının özlərinin də şəxsi “pikap” avtomobilləri var və həmin avtomobillər mütəmadi olaraq ərazidəki meşələrdən doğranmış ağacları taxta sexlərinə daşıyırlar.

Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Digər bir mənbə xəbər verir ki, Nazir Orucovun qaynatası Sadiq Əsgərov əvvəllər Lerik Meşə Təsərrüfatı və Bərpası Müəssisəsində işləyib və müəyyən səbəblərə görə rəhbər vəzifədən azad edilərək gözətçi vəzifəsinə keçirilib. Ancaq onun qardaşı Əsgərov Ramik Rakif oğlu hazırda 23-cü dolayda gözətçi vəzifəsində işləyir. Sadiq Əsgərov meşələrin talanması işində çox mahir adam olduğu üçün Lerik MTBM-nin baş meşəbəyisi “Xan Eyvaz” kimi tanınan Eyvaz Babayev tərəfindən ona mühüm işlər tapşırılaraq müstəsna səlahiyyətlər verilib. Belə ki, meşədən çıxan materialı ünvanına çatdırır və hər maşına görə ona 100 manat pul verilir.

Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Xatırladaq ki, Eyvaz Babayevi vaxtilə sabiq nazir Hüseynqulu Bağırov məhz elə bu işlərinə görə tutduğu vəzifədən azad etmişdi. Sonradan hazırki nazirin dövründə özünə yol aça bilən Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi Füzuli Məmmədov “Xan Eyvazı” yenidəın meşə təsərrüfatına qaytardı və onun əliylə bu gün də meşələri talayıb satılmasından faydalanır. Yəqin, Füzuli Məmmədovu bu addımı atmasına səbəb onun özünün sahədə təcrübəsizliyi, peşəsinin hərbçi olmasıdır.

1 saylı Regional Ekologiya İdarəsinin Əlizamin Həmidovun bu məsələdən xəbəri var, ancaq bu gün məsələ şişdiyinə, nazirlik səviyyəsinə çatdığına görə məsuliyyətdən birmənalı şəkildə boyun qaçırır, xəbəri olmadığını deyir. Nazirliyin Meşə Xiudmətinin rəisi Namik Xıdırov da bölgədə, meşə ərazisində gedən qanunsuz meşə qırıntılarından xəbərdardır. Ancaq çox təəssüflər olsun ki, problemin həllinə töhfə verməkdə maraqlı görünmür. Bu da belə düşünməyə əsas verir ki, Xıdırov həmin şəxsləri (Eyvaz Babayevi, Əlizamin Həmidovu, Füzuli Məmmədovu və digərlərini) himayə etməklə məşğuldur.

Hazırki nazir Muxtar Babayev öz işinin səriştəli bilicisi olmaqla yanaşı, həm də olduqca humanist, həlim xüsusiyyətli adam kimi xarakterizə olunur. Məsələ burasındadır ki, onun belə həlimliyindən, insanpərvərliyindən yerlərdəki bu yazıda adlarını çəkdiyimiz və çəkmədiyimiz idarə müdirləri sui-istifadə edirlər, nəticədə ziyan ekologiyaya dəyir. Əgər meşə qanunvericiliyinin tələblərinin pozulması barədə səhih məlumatlar cənab nazirə vaxtında, operativ surətdə çatdırılsa, inanmırıq ki, o, belə qanunsuzluqlara göz yumsun, neqativ hallara rəvac verən vəzifəli şəxslər barədə ölçü götürməsin. Təəssüf ki, yerlərdəki bəzi işbazlar, məhz ekologiyanın qorunmasına cavabdeh olan şəxslər cənab naziri səhv məlumatlandırırlar və bu üzdən meşələrin qorunması yönündə əməli nəticələrə nail olunmur.

Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR


Bu yerdə ötən məqaləmizdə haqqında söz açdığımız insidentlə bağlı bəzi təfərrüatları da oxucularımıza çatdırmaq istəyirik. Xəbər verdiyimiz kimi, əraziyə baxış keçirərkən, reyddə iştirak etmiş Əfqan adlı bələdçimiz Razband meşəbəyisi Nazir Orucovun təhdidinə məruz qaldı və aralarında yaranmış mübahisə az qala əlbayaxa savaşla nəticələnəcəkdi. Əfqan məcbur olub DİUN-nin “102” xidmətinə məlumat verməli olmuşdu. İnsidentə konstruktiv müdaxilə etməyə çalışan baş redaktor İbrahim Qarabağlı da təzyiqlə üzləşdiyindən, hadisə yerini tərk etmək zorunda qalmışdı. Ibrahim müəllimin sözlərinə görə, sayt əməkdaşlarının çəkiliş aparmağa başladıqları iyun ayınun 25-dən Nazirlik əməkdaşlarının əraziyə təşrif buyurduqları 29 iyun tarixinə kimi aralıq günlərdə meşəqıranlar “qara məni basınca, qoy qaranı mən basım” prinsipinə uyğun hərəkət edərək, iyunun 26-da və 27-də aşkarladığımız qırıntıları da, yəni, köküstə kəsilən ağacları “çəkicləmiş” və guya məhz 25 iyunda aşkarlanmış fakt kimi aktlaşdıraraq möhürləmişdilər. Tərəfimizdən Nazirliyə bu saxta tarixli aktlar barədə də ciddi araşdırma aparılmasının vacibliyi barədə əlahiddə müraciət etmişik.

Yeri gəlmişkən, keçirdiyimiz birgə monitorinq zamanı müşayiət etdiyimiz Nazirlik əməkdaşlarının özlərinin də işi yubasda-yubada gördüklərini, sanki meşə qənimlərinə vaxt qazandırmaq üçün astagəllik göstərdiklərini, bizim prokurorluğa xəbər vermək təklifimizi dəstəkləmədiklərini müşahidə etdik. Yubada-yubada iş həftəsinin sonunu gətiriblər və Bakıya qayıtmalı olduqlarını deyiblər. Nazirliyin tapşırığı ilə onları əvəzləmək üçün gəlmiş Regional Ekologiya İdarəsinin iki əməkdaşı isə iş görməyə həvəsli görünmədiklərindən, digər yandan Nazir Orucov və onun meşə gözətçisi ortaya çıxmağa üzləri olmadığından, çəkiliş qrupumuz da paytaxta qayıtmağa qərar vermişdir.

“Azerinfo.az” olaraq qeyd olunan məsələləri nəzərimizdə saxlayırıq və təxmin edirik ki, yaxın günlərdə daha ciddi faktlar ortaya qoya, meşə düşmənlərini rəzil edə biləcəyik.

İ.Hümbətov










Bu gün, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü