Mühəddin Zeynalov vətəndaşlar arasında ayrı-seçkilik edərək onları get-gələ salır
b]Ölkənin Notarial sistemi-mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquqi hərəkətləri tənzim etməklə Azərbaycanda rəsmi və doğru sənədlərin hüquqları və hüquqi əhəmiyyətli faktların təsdiqini və digər notarial əməliyyatların aparılmasını təmin edən Ədliyyə qurumudur. [/b]
Dövlət və xüsusi notariat fəaliyyəti ilə məşğul olan notariuslar, əqdlərin və etibarnamələrin təsdiq edilməsini, miras əmlakın mühafizə olunmasını, vərəsəlik hüququnu təsdiq edən şəhadətnamələrin verilməsini, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsini, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi və o cümlədən vacib olan sənədlərdəki imzaların həqiqiliyini təsdiq edən bir sıra mühüm vəzifələri yerinə yetirir. Lakin dövlət qanunlarının qeyri-obyektiv məcraya yönəlməsini təmin edən bir çox notarial kontorlar var ki, onlardan biri də, barəsində söhbət açacağımız Hacıqabul Rayon Dövlət Notariat Kontorudur. Vacibliyinə görə hüquqi institutlar arasında cəmiyyətin tərkibi sayılaraq əhaliyə ən yaxın olan notariatlar sırasında xüsusi "təqdirəlayiq" fəaliyyəti ilə digərlərindən kəskin fərqlənən Hacıqabul Rayon Dövlət Notariat Kontorunun, vətəndaşlara verdiyi əziyyət hələ çox illər onların xatirəsindən silinməyəcək. Göstərdiyi bu və ya digər xidmətlər müqabilində vətəndaşlara çek-filan təqdim etmədən onların hüquqlarını pozmaqla məşğul olan adıçəkilən qurum, ora üz tutan sakinlərin haqlı narazılıqlarına səbəb olur. Bizlər də məhz redaksiyamıza daxil olan sakinlərin müraciətlərinə adekvat reaksiya verərək baş verənlərlə əlaqədar xüsusi araşdırma aparmağa qərar verdik. Həqiqətən də Hacıqabul Rayon Dövlət Notariat Kontorunda şok olayların yaşanması faktl doğruluğunu tapdı. Hacıqabul Rayon Dövlət Notariat Kontorunda vətəndaşlara sərgilənən qayğısızlıq və etinasızlıq, burada ölkə qanunlarına göstərilən diqqətsizlikdən xüsusi ilə xəbər verirdi. Belə ki, Ədliyyə Nazirliyinin bu sahədə təyin etdiyi qərar və sərəncamlar, adıçəkilən Kontorda süqut dövrünü yaşayır. Ölkə qanunvericiliyinə əsasən hüquqi və fiziki şəxslərə aparılan notarial hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrinə bilavasitə hörmətsizlik nümayiş etdirilən Hacıqabul Rayon Dövlət Notariat Kontorunun rəhbəri Mühəddin Zeynalova gəlincə isə, vətəndaşların qanuni mənafelərini qorumaq əvəzinə, onların alqı-satqı kimi mühüm əməliyyatlarda aldanılmasına göz yumaraq, hüquqi məlumatsızlığın onlara vuracağı ziyanın qarşısının alınması kimi vacib məsələni qəti şəkildə nəzərə almayaraq, bu sahədə üzərinə düşən missiyanı yerinə yetirmir. Mühəddin Zeynalov kimi rəhbərlərin fəaliyyətinə göz yuman Ədliyyə Nazirliyinin müvafiq rəhbərliyi isə, çoxsaylı vətəndaş şikayətlərinə, dilənən imdadlara qətiyyən məhəl qoymayaraq onun neçə-neçə yeni qanunsuz əməllərinə imza atmasını təmin edir. Hacıqabul Rayon Dövlət Notariat Kontorunda sadalanan nöqsanlar bununla bitmir. Özbaşınalıq meydanı olan Kontor, notariat hərəkətinin aparılması üçün vətəndaşların təqdim etdiyi sənədlərin kortəbii şəkildə tərtib edilməsinə göz yumaraq, habelə müxtəlif alqı-satqı proseslərində etibarnamələrin alınması zamanı tərəflərdən birinin imzasının olmadığı təqdirdə belə onlara "güzəştlər" edərək istəyini "yerinə yetirir". Alicənab müdir olan Mühəddin Zeynalov, dövlət qanunlarını özü üçün adiləşdirərək onları şəxsi maraqlarına xidmət etdirir. Vətəndaşlar arasında ayrı-seçkilik salaraq onları get-gələ salan Mühəddin Zeynalov, dövlət qurumundan öz məqsədləri üçün yetərincə qaynaqlanır. Adi bir misal gətirək; gün ərzində yüzlərlə vətəndaşın müraciət edərək ayaq açdığı Dövlət Kontorunda, sənəd surətinin əsli ilə düzgünlüyünün təsdiq edilməsi ilə bağlı olan müraciətlərdən kifayət qədər artıq məbləğ alınması, bu proses müqabilində dövlətin vergi mexanizmini tənzimləyən qəbzlərin verilməməsi ilə müşayiət olunur. Bu xidmətin dövlət qiymətinin 25 qəpik olmasını nəzərə alsaq, o zaman alınan artıq pulların ümumi məbləğinin neçəyə bərabər olduğundan xəbərdar olmuş olarıq. Məhz bu alınan artıq pulların nəticəsidir ki, Hacıqabul Rayon Dövlət Notariat Kontorunda alınan dövlət rüsumları, qiymət etibarı ilə ölkənin digər Notariat Kontorlarından kəskin şəkildə fərqlənir. P.S. Gələn sayımızda Mühəddin Zeynalovun Pirsaat sakininin şəxsi mülkiyyətinə müdaxilə edərək bilinməyən möhür vasitəsi ilə gördüyü işdən bəhs olunacaq.
Dünən, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
3-10-2026, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
3-10-2026, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
3-10-2026, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
3-10-2026, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
3-10-2026, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
3-10-2026, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
3-10-2026, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
3-10-2026, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
3-10-2026, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
3-10-2026, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı