Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində süründürməçilik halları getdikcə artır
Ağakişi Alıyev 6 ay ərzində hələ ki, müsbət tərəfdən yadda qalmağı bacarmayıb
Bu ilin aprel ayında kənd təsərrüfatı naziri Heydər Əsədov bir sıra kadr islahatları apardı. Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Nazim Babayev və baş mühasib Vahid Niyazəliyev işdə ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifədən azad ediliblər. Təqaüd yaşı çatmış iki nəfər əməkdaş isə təqaüdə göndərilib. Kənd təsərrüfatı naziri Heydər Əsədov müfəttişliyin müasir tələblər səviyyəsində yenidən qurulması, elektron uçot sisteminin təşkili, hüquqi bazanın yaradılması və sürücülük vəsiqələrinin verilmə mexanizminin təkmilləşdirilməsi məqsədilə nazirliyin müvafiq şöbələrinə tapşırıq və tövsiyələrini verib. Nazirin müvafiq əmri ilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinə Ağakişi Alıyev rəis təyin edilib. Məlumat üçün deyək ki, Ağakişi Alıyev 1960-cı ildə Ağsu rayonunda anadan olub. 1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1992-ci ildə Elmi-tədqiqat üzümçülük və şərabçılıq institutunun aspiranturasına daxil olub. 1995-2000-ci illərdə Azərbaycan Ali Məhkəməsinin Xalq iclasçısı təyin olunub. Əmək fəaliyyəti dövründə bir sıra vəzifələrdə çalışıb. Belə ki, 1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsində idarə rəisi, 2001-2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində şöbə müdiri, 2009-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Aparat rəhbərinin müavini vəzifələrində işləyib. Komitə ləğv olunandan sonra bir müddət işsiz qalan Alıyev 2015-ci ilin aprel ayından etibarən Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsinə təyin edilib. Onu da bildirək ki, müfəttişliyin rəisi sabiq məmur Qərib Məmmədovun yaxın qohumudur. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, rəis dəyişikliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinə heç bir müsbət təsir göstərməyib: "Nazim Babayevin dövründən yığılıb qalmış problemlərin əksəriyyəti həllini tapmayıb. Müfəttişliyin paytaxt və kənd rayonlarında yerləşən şöbələrində narazılıq halları durmadan artır. Bu qurum Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikalarının dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olmasına baxmayaraq, üzərinə düşən səlahiyyətləri uğurla icra edə bilmir. Dövlət Müfəttişliyi Əsasnaməsinə uyğun olaraq kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparmalı, dövlət texniki baxışını keçirməli, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini, dəyişdirilməsini təmin etməlidir. Keçmiş rəis Nazim Babayevin vaxtında bu işlərin həyata keçirilməsi sahəsində bəzi problemlər mövcud idi. Məhz bu səbəbdən Heydər Əsədov müfəttişliyin rəisini dəyişmək qərarına gəldi. Lakin təzə rəis hələ ki, ümidləri doğrultmağı bacarmır. 6 aydır ki, rəis vəzifəsində oturan Ağakişi müəllim heç nə ilə yadda qalmayıb. Məsələn, bölgələrdə kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət aşağı səviyyədədir. "Aqrolizinq" ASC-nin xətti ilə fermerlərə güzəştli şərtlərlə verilən texnikaların əksəriyyəti bərbad hala salınıb. Qurum hüquqi və ya fiziki şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan kənd təsərrüfatı texnikasında zəmanət müddətində yaranmış nasazlığın müqavilə şərtlərinə uyğun olaraq aradan qaldırılmasına lazımi səviyyədə nəzarət etmir. Digər tərəfdən, dövlət qeydiyyatına alınmış mexaniki nəqliyyat vasitələrinin nişanları və qeydiyyat şəhadətnamələrinin verilməsində də xoşagəlməz məqamlar mövcuddur. Müfəttişliyin mərkəzi aparatında, eləcə də yerlərdəki şöbələrində işləyən şəxslər bunun qarşılığında vətəndaşlardan nəysə umurlar. Özü də bunu açıq-aşkar şəkildə deyirlər. Halbuki, nazir Heydər Əsədov belə işlərə görə Nazim Babayevi işdən çıxarmışdı. Deyəsən, Ağakişi müəllim Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindəki iş üsulundan əl çəkə bilmir". Məlumatlı mənbə bildirir ki, vətəndaşlar kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınması, dövlət texniki baxışının keçirilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müfəttişliyə həm şifahi, həm də elektron formada müraciət etsələr də, süründürməçiliyə məruz qalırlar: "Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlar mütləq müfəttişliyin rəhbərliyinin müəyyənləşdirdiyi "şərt"lərə əməl etməlidir. Yoxsa onların sürücülük vəsiqəsi alması müşkülə çevrilə bilər". Mövzu ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var. (Davamı olacaq)
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi