Siyəzəndə şok iddia - Uşaq baxçasından oğurluq edirlər - Foto+Video
Gundem / Bolge / Video
Oxunub: 1 236
9 iy 2021 | 14:14
Siyəzəndə şok iddia - Uşaq baxçasından oğurluq edirlər - Foto+Video


Siyəzən rayon sakini Ruslan Quliyev yenidən Azinfo.tv saytına müraciət ünvanlayıb. Ruslan Quliyev bu dəfə rayon 1 saylı uşaq bağçasında baş verən qanunsuzluqları ictimaiyyətə çatdırılması istəyində olduğunu bildirir.



Möhtərəm prezident! Biz dəfələrlə Siyəzən rayon 1 saylı uşaq bağçasının müdirəsi Nabatxanım Əbdülovanın qanunsuz əməlləri barəsində şikayətlər etmişik. Hətta bu barədə dostum Elşən Məhərrəmov özünün Facebook səhifəsində dövlət tərəfindən verilən azuqələrin qanunsuz yolla daşınması barəsində fotolar və videolar paylaşıb. Lakin təəssüflər olsun ki, rayon daxilində olunan şikayətlər icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev vasitəsilə ört-basdır olunur.
Şikayətlər bundan ibarətdir ki, Nabatxanım Əbdülova işlədiyi müəssisədə dövlət tərəfindən ayrılmış ərzağı, uşaqların məşğuliyyəti üçün nəzərdə tutulan əşyaları, sanitar-gigiyenik vasitələri, yuyucu sintetik vəsaitləri qanunsuz olaraq müəssisədən çıxarır və satır. Qeyd edilən vasitələrin baxçadan çıxarılmasını sübut edən fotolar və videolar var. Nə vaxt, necə, kiminlə, hansı avtomobillə çıxarılması barədə. Biz həmin sübutlarla birlikdə şikayət ərizəmizi Siyəzən rayon icra hakimiyyətinə göndərmişik, ancaq orada faktlar ört-basdır olunub.
Nabatxanım Əbdülova haqqında araşdırma aparmaq lazımdır görək bu xanım müdirə hansı məvaciblə Siyəzən rayon Tofiq İsmayılov 51 saylı binada 3 otaqlı ev alıb və həmin evin qiyməti qədər təmirinə pul xərcləyib, üstəgəl evə alınan bahalı mebellər və digər əşyalar. Bütün bunlar sübut deyil? Axı xanım müdirənin aylıq əmək haqqısı bunları ödəmir.
Bu ilin aprel ya may ayında xanım müdirə dostum Elşən Məhərrəmovun barəsində rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdi. Rayon prokurorluğu işi baxılması üçün rayon polis şöbəsinə göndərmişdi. Nabatxanım Əbdülova dostumun anasını- ali təhsilli bir qadını qanunsuz olaraq, sifariş əsasında işdən azad edib. Elşən Məhərrəmov dəfələrlə anasının işdən azad olunması barədə qərarın ona verilməsini tələb edib və yalnız bu haqda KİV vasitəsilə çıxışından sonra qərar ona verilib. Belə ki, rayon icra hakimiyyəti başçısının müavini, humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsində çalışan Balabəy Balabəyov Elşəni çağıraraq ondan get baxçadan ananın qərarını götür deyərək onu baxçaya göndərmişdir. Elşən Məhərrəmov baxçadan qərarı alıb getdikdən sonra müdirə Nabatxanım Əbdülova baxçanın işçiləri adından rayon polis şöbəsinə şikayət edib. Güya ki, Elşən orada onu və digərlərini təhqir edib, nəticədə uşaqlar qorxub və sair. Polis şöbəsinin təhqiqat bölməsinin rəisi Əlixan Nağıyev heç bir araşdırma,üzləşmə aparmadan 27 gün sonra rayon məhkəməsində müdirə Nabatxanım Əbdülova Elşənin üzünə dayanmış və hakim də gözüyumulu Elşəni inzibati qaydada 20 sutka ərzində azadlıqdan məhrum etmişdir. Çünki mən və Elşən Nabatxanım Əbdülovanın qanunsuz əməllərini ifşa edirik.
Sonradan baxça işçiləri hamılıqla yazaraq bildirdilər ki, biz Elşənlə bağlı heç bir şikayət etməmişik və bütün bunlar Nabatxanım Əbdülova və Təhqiqat üzrə bölmə rəisi Əlixan Nağıyevin uydurmalarıdır. Sadəcə Əlixan Nağıyev gəlib soruşdu ki, bu gün Elşən bura gəlib? Biz də dedik ki, bəli gəlib anasının qərarını alıb getdi.
Biz Nabatxanım Əbdülovanın baxçadan oğurlandıqları ərzaq və sair şeylər barəsində prezident administrasiyasına, rayon prokurorluğuna və sair yerlərə müraciətlər etmişik.Ancaq bu qadının qarşısını alan yoxdur. Çünki baxçada baş verən korrupsiya əməllərinin icra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayevlə birbaşa əlaqəsi var. Əldə olunan gəlirlərin böyük hissəsi bu məmurlara çatır. Mən üzərimə düşən vətəndaşlıq borcumu yerinə yetirərək, cənab prezidentimizə müraciət edirəm.Cənab prezident! Siyəzəndə vəziyyət qeyd etdiyim məmurların ucbatından bərbaddır. Xahiş edirəm DTX-nin Siyəzəndə əməliyyat aparmasına göstəriş verəsiniz.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Elçin İsmayıllı.


Siyəzəndə şok iddia - Uşaq baxçasından oğurluq edirlər - Foto+Video
Siyəzəndə şok iddia - Uşaq baxçasından oğurluq edirlər - Foto+Video
Siyəzəndə şok iddia - Uşaq baxçasından oğurluq edirlər - Foto+Video
Siyəzəndə şok iddia - Uşaq baxçasından oğurluq edirlər - Foto+Video
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü