Abşeronda bələdiyyə sədri apartman biznesinə girişib…- Məhi Həsənov bu işlə məşğul olan 3-4 nəfər monopolistdən biridir
Gundem / Sosial
Oxunub: 1 348
8 iy 2021 | 00:09
Abşeronda bələdiyyə sədri apartman biznesinə girişib…- Məhi Həsənov bu işlə məşğul olan 3-4 nəfər monopolistdən biridir


Məlumdur ki, bələdiyyələr qanunla müəyyən olunmuş ərazi hüdudları çərçivəsində yerli özünüidarəetməni həyata keçirən bir qurumdur. Ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi və s. mövcuddur ki, onlar qəbul olunmuş qanunlar çərçivəsində səlahiyyətlərinə aid çoxsaylı sosial məsələləri müstəqil şəkildə həll etməyə borcludurlar. Bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın göstəricisidir. Vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunur ki, hər kəs öz yaşayışında bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin.

Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində bələdiyyələr yalnız “torpaqsatan” kimi ad çıxardılar. Bələdiyyə sədrləri isə şəhər – rayon icra hakimiyyətlərinin başçılarından asılı şəxslərə çevrildilər. Bu gün hamıya gün kimi aydındır ki, bələdiyyə başqanları yalnız kağız üzərində “seçilir”, de-fakto şəhər-rayon rəhbəri tərəfindən imperativ göstərişlə təyin olunurlar. Onlar təkbaşına qərar verir, bələdiyyənin üzv və qulluqçuları ilə məsləhətləşməyə belə lüzum görmürlər. Korrupsiyalaşmış bələdiyyə sədrləri arasında cinayət məsuliyyətinə cəlb olunanlar da az deyil. Amma çoxu bələdiyyə mülkiyyətində və sərəncamında olan vəsaitlərlə öz ata malı kimi davranıb kəmiyyəti böyük rəqəmlərlə ölçülən haram kapitala sahib olublar. Belələrindən biri də Abşeron rayonunun Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənovdur. Adam o qədər “şişib” ki, rayonun inzibati mərkəzi sayılan Xırdalan şəhərində son dövrlər vüsət almaqda olan apartman biznesinə girişib və deyilənə görə, bu işlə məşğul olan 3-4 nəfər monopolistdən biridir. Aydın məsələdir ki, Məhi Həsənov bələdiyyə başqanlığının ona qazandırdığı fürsətdən yararlanaraq ələ keçirdiyi kapitalı daha da artırmaq üçün məhz bu biznesə sərmayə yatırıb. Monopolistlər rayonun yaşayış üçün ən cazibədar yeri alan, Bakı şəhərinə paytaxtın özünün əksər qəsəbələrindən də yaxın olan Xırdalanda yerləri bələdləyir, sonra orada apartman tikib satırlar. Həm də belə binaların tikintisində heç bir şəhərsalma və arxitektura prinsipi gözlənilmir, tamamilə maddi maraq güdülür.

Bu əsnada RealMedia.az-a etibarlı mənbədən verilən məlumata görə, Məhi Həsənov iştirak etdiyi məhrəm məclislərdə Dövlət Şəhərsalma və Arixtektura Komitəsinin ünvanına gileylənir ki, bu qurumun nəzarətedici funksiyaları artırılandan bəri işlər çətinləşib, yəni, əvvəllər olduğu kimi yalnız RİH başçısı İradə Gülməmmədova ilə hesablaşmaq daha sərfəli idi. Xatırladaq ki, ötən ay Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olmuşdu. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirmişdi. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov komissiya yaradaraq sözügedən ünvanda tikintinin dayandırlması ilə bağlı qərar qəbul edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də bir sıra qurumların birgə rəyi əsasında qanunsuz tikinti dayandırılıb. Qeyd edək ki, həmin ərazidə apartman tipli hündürmərtəbəli binanın tikintisi FHN-nin az öncə işdən çıxarılan əməkdaşı Araz Musayev həyata keçirirdi. Yəqin, Tahirovun narahatçılığına səbəb belə qərarların davamlı olacağı gözləntisidir.

P.S. Saray qəsəbəsi Abşeron rayonunda həmişə torpaq alveri üçün münbit şəraiti ilə seçilib. Bələdiyyənin sabiq xanım sədri də torpaq üstündə mübahisə zəminində sürücüsü tərəfindən qətlə yetirildi. İstintaqın gedişində mərhumənin çoxlu sayda belə mübahisələrlə qayğılı olduğu üzə çıxmışdı. Görünür, hazırki sədr də onu belə bir aqibətin gözlədiyini nəzərə alıb fəaliyyətini biznes müstəvisinə keçirməyə qərar verib. Növbəti bələdiyyə seçkilərində onu namizədlər sırasında görməsək, təəccüblənməyə dəyməz.

RealMedia.az
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov