İmişlidə ekoloji terror: Şükür Astanov qış otlaq sahələrini balıq gölünə çevirib – VİDEO
Gundem / Bolge / Video
Oxunub: 517
7 iy 2021 | 14:39
İmişlidə ekoloji terror: Şükür Astanov qış otlaq sahələrini balıq gölünə çevirib – VİDEO


“Topdağıtmaz sərvət toplayıb, adı bir çox qalmaqallarda hallanıb. İmişlinin sabiq koirrupsioner icra başçısı Vilyam Hacıyevin oğlunun toyuna 5000 manat nəmər salması və başqa əndazəni aşan işdəycələri ilə medianın gündəmində olub. Bununla belə yığdığı haram kapitaldan ara-sıra xeyirxah işlərə xərcləyərək, özünü cəmiyyətə “xeyriyyəçi” kimi sırımağı da bacarıb.”

Bütün dünyada olduğu kimi, respublikamızda da qlobal istiləşmə ilə əlaqədar su ehtiyatlarının azalması müşahidə edilir. Bu günlərdə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin əməkdaşı Qulu Kərimov KİV-ə müsahibəsində bildirib ki, ölkədə su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-müəyyən paylanması və əsas əkinçilik bölgələrində torpaqların şoranlaşmağa meylli olması qurumu zəruri tədbirlər görməyə sövq edib: “Bu çətinliklərin aradan qaldırılması üçün ASC tərəfindən respublikanın əsas su kanalları olan Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalında suyun bölüşdürülməsi tam nəzarətə götürülüb və hər bir rayona suyun verilməsi ilə bağlı limit qoyulub. Bundan başqa, su götürən obyektlər dəqiqləşdirilib və ETSN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə icazə alınması üçün müraciət olunub. Sugötürmə qabiliyyəti və il ərzində götürülən su barədə məlumatlar ESTN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub”.

Ancaq görünür, bu limitlərin və icazə məsələsinin İmişli rayon ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyinin tələblərini pozmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaratmış Şükür Astanova dəxli yoxdur. Maraqlıdır ki, illərdir balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilən həmin gölməçələrin su ilə təminatında problem olmayıb. İmişli rayonunun Məmmədli və Ağamalı kəndləri ərazisində kənd təsərrüfatına aid olan qış otlaq və əkinə yararlı torpaq sahələrində süni şəkildə yaradılmış 6 gölün ərazisi tikanlı məftillərlə və kollektor-drenaj kanallarla mühafizə olunur. Gölün ərazisinə yaxın durmaq çox müşkül məsələdir. Lakin çətinliklə də olsa, maneələri aşaraq gölə yaxınlaşıb çəkiliş aparmağa müvəffəq olmuşuq. Öyrənmişik ki, süni şəkildə yaradılmış balıq gölünün sahiblərindən biri İmişli rayonunda uzun illər 6 saylı Regional Yol İstismarı İdarəsinin müdiri işləmiş, yol infrastrukturuna ayrılan vəsaitin “yerbəyer” edilməsi üzrə püxtələşmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun etibarlı sirdaşlarından olan “Tərəqqi” medallı Şükür Astanovdur. Onun ortağı isə hazırda İmişli rayonunda Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur. O da bildirilir ki, Şükür Astanovla Qasım Qasımov balıq ortaqlığından əlavə həm qohumluq əlaqələri mövcuddur. Bu ortaqlığın təzahürü kimi, əkin sahələrinə verilməli olan suyun qarşısı bağlanaraq həmin süni balıq gölünə yönəldilir. Astanov – Qasımov cütlüyünün süni gölləri kənd təsərrüfat təyinatlı (qış otlaq) torpaq sahəsində, aidiyyəti qurumların – Rayon İcra Hakimiyyətinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və ETSN-nin mûvafiq rəyi olmadan yaradılıb.



Xatırladaq ki, Şükür Astanov vəzifədə olduğu zaman ən oliqarx məmurlardan biri kimi tanınıb. Topdağıtmaz sərvət toplayıb, adı bir çox qalmaqallarda hallanıb. İmişlinin sabiq koirrupsioner icra başçısı Vilyam Hacıyevin oğlunun toyuna 5000 manat nəmər salması və başqa əndazəni aşan işdəycələri ilə medianın gündəmində olub. Bununla belə yığdığı haram kapitaldan ara-sıra xeyirxah işlərə xərcləyərək, özünü cəmiyyətə “xeyriyyəçi” kimi sırımağı da bacarıb.
Yeri gəlmişkən, bu mövzuda qələmə aldığımız ötən yazımızda ehtiva olunan məsələlər barədə ETSN-ə məlumat vermişik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bizə bildirdi ki, artıq məsələ ilə əlaqədar göstəriş verilib, həmin göllərlə bağlı məsələnin araşdırılması istiqamətində 3 saylı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti müəyyən addımlar atıb, İcra hakimiyyətinə və ƏMDK-nə məktublar göndərilib.
Redaksiyadan: Süni göllər bir neçə il əvvəl salındığından, qazılan torpağın kim tərəfindən və hara daşınmasını sübut etmək çətindir. Amma bu da həqiqətdir ki, ETSN-nin əraziyə nəzarət etmək vəzifəsi daşıyan aidiyyati qurumları o vaxt baş verən qanunsuzluqları görməyə və qarşısını almağa borclu idilər.
O da məlumdur ki, Şükür Astanov avtoyol təsərrüfatında idarəçilik işindən rəsmən kənarlaşsa da, de-fakto bu fəaliyyət müstəvisində hələ də söz sahibidir. “Niyə və necə” suallarının cavabı isə ayrıca söhbətin mövzusudur.
RealMedia.az
Bu gün, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü