Ölkəyə gətirilən bahalı mebellər çox ucuz rəsmiləşdirilir - Kimsənin də xəbəri yox?
Gundem / Sosial
Oxunub: 1 279
23 in 2021 | 12:24
Ölkəyə gətirilən bahalı mebellər çox ucuz rəsmiləşdirilir - Kimsənin də xəbəri yox?


Dövlət Gömrük Komitəsində sahibkarlara əlavə qanunsuz rüsumların ödətdirilməsi ilə yanaşı müəmmalı gömrük rəsmiləşdirilməsi kimi əməliyyatlar davam etməkdədir.

Bizimxeber.az-a daxil olan məlumata görə, uzun müddətdir Bakı Baş Gömrük İdarəsi ölkəyə xarici ölkələrdən mebel gətirənlərin əməllərinə loru dildə desək "göz yumur".

Belə ki, redaksiyaya daxil olan məlumatda deyilir ki, mebel tacirləri tərəfindən ölkəyə qanunsuz fəaliyyət göstərən şirkətlərin adına gətirilən bahalı mebellər daha ucuz qiymətə - 15 min manat civarında rəsmiləşdirilir.

Məlumata görə, olduqca bahalı olan bu mebellərin çox ucuz qiymətə rəsmiləşdirilməsi dövlət büdcəsinə külli miqdarda ziyan vursa da, sözügedən qurumda çalışan rəhbər şəxslərin - Kənan Məmmədovun və ondan da yuxarı şəxslərin ciblərinə böyük gəlir gətirir.

Bakı Baş Gömrük İdarəsindəki mebel oyunu bununla bitmir. Hələ mebellərin arasına "dürtülən" diğər mallar isə ya gömrük rəsmiləşdirilməsindən keçmir, ya da olduqca ucuz qiymətlə sənədləşdirilir. Bu da dövlətə və büdcəyə daha bir ziyan...

Elə isə maraqlıdır, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun bu məlum mebel əməliyyatından xəbəri varmı?

Yaxud Dövlət Gömrük Komitəsi rəhbəri Səfər Mehdiyevin necə?

Kənan Məmmədovun vəzifə baxımından Baş gömrükçüdən bir pillə aşağı olması faktı onu deməyə əsas verir ki, birinci, yəni K. Məmmədov bu qanunsuz əməli təkbaşına etməz. Mütləq ki, baş verənlərdən baş gömrükçünün xəbəri olar. Əgər xəbəri varsa, o zaman cinayət əməlinə şərik olur.

Yox, xəbərsizdirsə, o zaman bir dedik, araşdırsın, yoxlasın. Bəlkə Kənan Məmmədov cənab Mehdiyevi allah eləməmiş kimi aldadır... Adamın inanmağı gəlməsə də, hər halda araşdırılmalıdır.

Amma burda bir məqam da var ki, gərək gözdən qaçmasın.

Tutaq ki, Səfər Mehdiyev mebel oyununu görmür, ona bu əməliyyatlardan heç baxım-görüm də etmirlər, onu aldadırlar, bəs, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov da görmür?

Axı bu qurumun işi elə gömrükdən keçən bahalı mebellərin neçəyə və necə sənədləşməsinə nəzarət etməkdir... Necə ola bilər ki, bu yekəlikdə mebellə dolu maşınları, onların hansı qanunsuz şirkətin adına gətirilib rəsmiləşdirilməsini görməsinlər, Fatmanisə xalanın 20 kq-dan artıq unu ölkəyə gətirməsini görsünlər...

Hər halda mən cənab Səfər Mehdiyevin yerinə olsam dərhal araşdırma başladaram. Bəlkə doğrudan da onu aldadırlar...
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi