Vitse Prezidentin tapşırıqları Samux rayonunda icra olunmur - VİDEO
Gundem / Bolge / Video
Oxunub: 570
22 in 2021 | 12:12
Vitse Prezidentin tapşırıqları Samux rayonunda icra olunmur - VİDEO


Hər zaman redaksiyamıza daxil olan müraciətlər və məlumatları araşdırıb, sonra yayımlayırıq. Araşdırılma isə təbii haldır ki, hər variantla aparılır. Həmçinin də internet üzərindən.


Demək olar ki, son günlər "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına müraciət edənlərin əksəriyyətini Samux rayon sakinləri təşkil edir.

Hər edilən müraciətdə də sakinin narazılıq etdiyi İcra Hakimiyyəti başçısı haqqında yeni araşdırmaya başlayırıq.

Bu dəfə də redaksiyamıza üz tutan "ürəyidolu", yerli İcra orqanlarından, bələdiyyədən gileyli vətəndaşlar da Samux rayon sakinləridir.

İnternet üzərindən "Alı Qocayev" yazıb, axtarış vermək kifayət edir ki, 73 yaşlı məmur Alı Qocayevin bu gün sayıb, dinləmədiyi sakinlərin hesabına hansı sərvətlərə sahib olduğundan xəbərdar olaq.

Biz "olmasın", yaxud "niyə var" demirik. Özünə qismət. Allah bərəkət versin.

Amma, gərək hər kəs çörəyini yediyi vəzifəyə layiqincə xidmət etsin ki, həm o çörəyi həmişə yesin, həm də halalı olsun.

Bu məmura da aiddir, fəhləyə də!

Əlqərəz...
Demək, Samux rayon Sərkar kəndindən redaksiyamıza müraciət edən aztəminatlı ailə başçısı Məmmədov Anar bildirir ki: - "bir neçə gün əvvəl yağan yağışlar yaşadığım evin içinə yağırdı. Bununla bağlı Sərkar kənd İcra nümayəndəliyinə, həmçinin Samux rayon İcra Hakimiyyətinə, başçının müavini Tahir Qarayevə, Arif Ağayevə müraciət etmişəm.

Bu günə qədər nəyinki mənə köməklik göstərmək, ümumiyyətlə gəlib baxış da keçirən olmayıb.
Üzümü tuturam Cənab İlham Əliyevə. Cənab prezident Samux rayonunda İcra özbaşınalığıdır."



Amma, atalar deyir: "çoxbilmiş quş dimdiyindən ilişər". Bir də deyirlər "aşağıdan kəsən varsa, yuxarıdan baxan var." Yerli İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, həmçinin yerli bələdiyyələr "kreslo"ya güvənib, millətin haqqını yeyərkən, düşünmürlər ki, bir gün kiminsə səbri tükənəcək...

Yeri gəlmişkən Tehran xanım müraciətində onu da bildirir ki, bu süründürməçilikdən cana doyduğu üçün ilk növbədə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin qəbulunda olub, Qarayeri bələdiyyəsi barədə şikayət edib. Alı Qocayev də hər kəsin içində Nizami Ələsgərovu "danlayıb", xanımın işinə baxmadığına görə irad bildirib.

Bütün bunlara baxmayaraq məsələnin hələ də həll olunmamış qalması iki şübhə yaradır.
Ya Alı Qocayev müəllimlərə şagirdlərdən "pul yığmaq" əmrini verib, sonra valideynlər arasında "bizim məktəbdə pul yığılması söhbəti ola bilməz. Olsa mənə bildirin, xahiş edirəm." deyən, bəzi məktəb direktorları kimi görüntü yaradır, ya da Alı Qocayevin sözü Samux rayonunda fəaliyyət göstərən yerli dövlət qurumlarında eşidilmir.

P.S: Redaksiyamıza daxil olan müraciətlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Samux rayon İcra Hakimiyyətinin şəxsi internet səhifəsində qeyd olunan telefon nömrəsi vasitəsilə başçının müavini-ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Kəmalə xanım Xəlilova ilə əlaqə saxlamağa çalışdıq. Təəssüflər olsun ki, nömrə cavab vermədi.
Ardınca, İcra Hakimiyyətində ümumi şöbə ilə əlaqə saxladıq. Dəstəyi qaldıran operator xanım bizə ümumi şöbənin müdiri Elşad müəllimin telefon nömrəsini verib, onunla əlaqə saxlamalı olduğumuzu bildirdi.
Daha sonra xanımın verdiyi əlaqə nömrəsi vasitəsilə Elşad müəllimə zəng etdik. Elşad müəllim suallarımızı cavablandırmaq səlahiyyəti olmadığını bildirdi.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq