İsmayıllıda aşağı Zərnava kəndində bir ailənin ürəkparçalayan hekayəsi
Gundem / Bolge / Video
Oxunub: 1 417
18 in 2021 | 00:27
İsmayıllıda aşağı Zərnava kəndində bir ailənin ürəkparçalayan hekayəsi



Son illər ərzində ölkəmizdə saysız-hesabsız xeyriyyə marafonları həyata keçirilmişdir. Bu tədbirlərin böyük hissəsi imkanlı şəxslər tərəfindən həyata keçirilmiş, xəstə, ölkədə və xaricdə müalicəyə ehtiyacı olan şəxslər bu tədbirlər nəticəsində sağlam həyata dönmüş və şəfa tapmışlar. Ancaq hələ də belə tədbirlərə qatıla bilməyən, sağlamlığında ciddi problemləri olan minlərlə vətəndaşlarımız var. Bunların içərisində bütün yaş qruplarında olan insanlara rast gəlmək mümkündür. Ümumiyyətlə, bu problemin qarşısını almaq üçün dövlətin konkret olaraq tədbirlər planı hazırlanıb icraya yönəldilməlidir. Axı dövlətimizin buna imkanı çatır. Təəssüf ki, günümüzdə işinə biganə yanaşan dövlət qurumları da var. Məsələn, Sahil Babayevin rəhbərlik etdiyi ƏSMN. Bu insanlar anadangəlmə xəstələri də digər kateqoriyadan olan xəstələrə qataraq, onları əzab-əziyyətə düçar edirlər. İndi sizə təqdim edəcəyimiz bu ailə, İsmayıllı rayonu aşağı Zərnava kəndində yaşayır. Fərhadovlar ailəsinin üç övladı var və iki övladı anadangəlmə əlildir. Ailə uzun illərdir ki, zülm-zillət içərisində yaşayır.



Ailə başçısı Babaxan Fərhadov. Mən özüm də əliləm, övladlarım anadangəlmə əlildir. Əlil övladım Fərhadov Vadim Babaxan oğlu 1982-ci il təvəllüdlü, əlil qızım Fərhadova Zeynəb Babaxan qızı 1995-ci il təvəllüdlüdür. Uşaqlar dəfələrlə Maştağada yerləşən Ruhi dispanserdə qalaraq uzun müddət müalicə olunub. Həkimlərin daşdan keçən rəyi var ki, bu uşaqlar ömürlük sağalan deyil. Ancaq bunlara dövlətimiz 2-ci qrup əlillik dərəcəsi təyin edib. Axı bu haqsızlıqdır. Bu uşaqların müalicəsi, dərmanı hər ay külli miqdarda pul tələb edir. Niyə dövlətimiz belə ədalətsizlik edir? Respublikada, yazmadığımiz ünvan qalmayıb, döymədiyimiz qapı qalmayıb, kömək edəcək bir şəxs tapılmır. Kiv vasitəsilə dövlət başçısından kömək istəyirik. Bizi çıxılmaz vəziyyətdə qoymayın.

Ana Fərhadova Qeysi. Mənim daha gücüm çatmır. 62-yaşım var. Bu uşaqlar dərmansız keçinə bilməz, çünki pis təsir edir və ALLAH qorusun hansısa hadisə törədə bilərlər. Buna görə həmişə dərmanlar alınmalıdır. Dərmanlar çox bahadır. Bu xəstələr onsuzda sağalan deyil. Heç olmasa birinci qrup əlillik dərəcəsi təyin etsələr, pulu bəlkə dərmanlarına çatar. ALLAH haqqı çatdırmaq olmur, bir oğlum da Qarabağ qazisidir, evlidir onun da 3 uşagına biz baxmaq məcburiyyətindəyik. Çünki döyüşdən gələndən bəri işsizdir. Hara müraciət etmişsə cavab bu olub ki, iş yoxdur, olan kimi xəbər edərik. İsmayıllı rayon icra hakimiyyətinin bir əməkdaşı mənim qapımı açıb maraqlanmayıb ki, evində əlil övladların var, oğlun Qarabağ qazisidir, görək nə problemin var?
Deputatımız Novruz Aslanov bizə dəfələrlə söz verib, ancaq heç bir kömək etməyib. Hamısından narazıyam. İcra başçısı, deputat, bələdiyyə və sair. Bələdiyyə o qədər pul yığır körpüdən, niyə bircə dəfə xəstə sakinləri ilə, qazilərinə, şəhid ailələrinə baş çəkmir?Danışanda yuxarıdan dəm vururlar. Mən də prezidentimizden, birinci xanım Mehriban Əliyevayadan və sair şəxslərdən xahiş edirəm bizə kömək edin. Heç olmasa uşaqlara birinci dərəcə əlillik təyin etsələr bir az dərmanlarını almağa kömək olar.
Həmin ailənin video çıxışını təqdim edirik. Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Elçin İsmayıllı.


İsmayıllıda aşağı Zərnava kəndində bir ailənin ürəkparçalayan hekayəsi
İsmayıllıda aşağı Zərnava kəndində bir ailənin ürəkparçalayan hekayəsi
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib