İsmayıllıda qaz problemi - İstehlakçıların hüquqları kobud şəkildə pozulur
Gundem / Bolge
Oxunub: 874
9 in 2021 | 13:34
İsmayıllıda qaz problemi - İstehlakçıların hüquqları kobud şəkildə pozulur



İsmayıllı rayonunda mavi yanacağın verilməsində tez-tez fasilələr yaranır. Ağsu regional qaz istismar idarəsinin, İsmayilli sahəsi olmazın fırıldaglara əl atır.
Ekspertlərin sözlərinə görə hər bir qaz istismar idarəsinin yaz, yay, payız təmiri və sair işlərlə bağlı tədbirlər planı olmalıdır. Həmin tədbirlər planına uyğun olaraq, əvvəlcədən rayon, şəhər və sair yaşayış sahələri xəbərdar olunmaqla qazın verilməsi dayandırıla bilər. Ancaq rayon, şəhər icra hakimiyyətləri təmir, tikinti işlərinin harada aparılmasını qeydə almalıdır. Bunu sübut edən dəlillər, foto, video görüntülər olmalıdır. Digər tərəfdən hər bir küçə, dalan üçün QPŞ- adlanan, qaz paylayıcı şəbəkə mövcuddur. Əgər qaz sızıntısı varsa, təmirə ehtiyac varsa həmin ərazidə yerləşən QPŞ-ni bağlamaqla qeyd edilən təmiri həyata keçirmək olar. Balaca bir iş üçün 13.000 abonenti olan rayonun qazını dayandırmaq ciddi qanun pozuntusudur. Bu istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Eyni zamanda rayon icra hakimiyyəti başçısının zəifliyidir ki, onun ideoloji rəhbəri olduğu bir ərazidə əhali narazı salınır. Fakt budur ki, İsmayilli qaz idarəsi öz itkilərini və qazın satışını əhalinin hüquqlarının pozulması ilə ört-basdır etmək istəyir. Təmir qurtardıqdan sonra xəttə uzun müddət hava qalır ki, bu da əhalinin istismar olunmasına yönəlib. Hava var qaz yanmır, ancaq sayğac yazır. Bu özbaşınalığı durduran dövlət qurumları yoxdur. Bu gün səhər saatlarından İsmayilli rayonunda qazın verilməsi dayandırılıb.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib