Cavid Qurbanovla Vüsal Aslanov “TOPAZ” qumarında uduzdu - Təfsilat
Gundem / Sosial
Oxunub: 628
28 may 2021 | 11:50
Cavid Qurbanovla Vüsal Aslanov “TOPAZ” qumarında uduzdu - Təfsilat


"Topaz” bukmeyker oyunlarının aqibətinin necə olacağı suallar doğurur. Son illər durğunluq dövrünü yaşayan, bukmeyker kontorlarının sayı artmayan “Topaz”ın onsuz da işləri yaxşı getmirdi, bundan sonra idarəçiliyin kimlərin əlində olacağı maraqla gözlənilir.
TİA.Az-ın əldə etdiyi xəbərə görə, bir müddət Azərbaycan Dəmiryolları QSC sədri Cavid Qurbanov tərəfindən qeyri-rəsmi idarə olunan kofiçent biznesi indi tam sahibsiz qalmaqdadır.
C.Qurbanov “Topaz” dan əlini çəkdikdən sonra bu biznes iflas dövrünü yaşayır. Rəsmi olaraq “Caspiantech” tərəfindən mərc oyunları təşkil edilsə də, “Topaz” həmişə məmurların himayəsində olub. Lakin bu mərc oyunları özünü doğrulda bilməyib.
Bir yandan əcnəbi bukmeykerlər daha yüksək əmsal təklif ediblər, bir tərəfdən isə “Topaz” mərc qoyuluşlarının məbləğini artıraraq 3 manata qaldırıb. Bu da oyunçulara sərf etmirdi və ondan uzaqlaşmağa başladılar. Üstəlik, ölkə üzrə “Topaz” məntəqələrinin sayı azdır. İndi C.Qurbanovsuz qalan şirkətin taleyi isə sual altındadır.
Qeyd edək ki, “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxartması barədə məlumat yayılmışdı.
Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı.
Ölkə mətbuatının apardığı araşdırmada məlum oldu ki, adı xarici şirkət olan “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur. bildirilir ki, hazırda “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir.
Belə ki, QSC sədri öz müavininə bu işləri daha yaxşı bildiyi və vaxtı ilə “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olması ilə əlaqədar futbol-mərc oyunlarından cavabdeh təyin edib.
Bildirək ki, V.Aslanov 2010-2014 illərdə futbol-mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub.
Məlumatda qeyd edilirdi ki, “TOPAZ” şirkətinin maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır.
Ancaq baş dəmiryolçu bu biznesdə uduzub, istədiyi nəticəni əldə edə bilməyib deyə “Topaz” qumarından uzaqlaşıb.
İddialara görə, “Azərlotereya”nın bukmeyker oyunlarını təşkil etməsi ilə tez bir zamanda “Topaz”ın tamamilə sıradan çıxacağı gözlənilir. Görünür ki, V.Aslanovla C.Qurbanovun qumar planları rəvan getməyib və bu işə girişməkdən peşman olaraq tez oyundan çıxıblar.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib