Şəhərin mərkəzində "çobanı əskik olan" mal ferması hansı məmurundur? - VİDEO
Gundem / Sosial / Video
Oxunub: 485
12 may 2021 | 14:22
 Şəhərin mərkəzində "çobanı əskik olan" mal ferması hansı məmurundur? - VİDEO

1. Uzun müddət ərzində çirkli hava ilə nəfəs alan insanlarin dərketmə qabiliyyəti zəifləyə bilər. Çində aparılmış yeni tədqiqatın nəticələri belə güman etməyə əsas verir.

ABŞ və Çinin qarışıq elmi qrupu 4 il ərzində 20 min adamın riyazi və danışıq qabiliyyətinin havanın təsiri altında necə dəyişdiyini izləyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir ki, "Görünməz qatil" adlanan çirkli hava təxminlərə görə, hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur,

2. Alimlər aşkar edib ki, milçəklər zənn edildiyindən daha çox sayda xəstəlik törədicisinin daşıyıcısı ola bilər.

Bu bakteriyaların əksəriyyəti insan xəstəlikləri ilə əlaqəlidir. O cümlədən bağırsaq xəstəlikləri, qan zəhərlənməsi və sətəlcəm ilə.

Təcrübələrdən müəyyən olunub ki, milçək bakteriyaları ayaq və qanadları ilə yayır.

Tədqiqatın müəlliflərindən biri, Pensyvania Dövlət Universitetinin professoru Donald Bryant BBC-yə deyib:
''Milçəklərin bakteriya yaydığı məlum idi, lakin bunun bu dərəcədə böyük miqyasda baş verməsi barədə təsəvvür yox idi".

Sözümüzə başlamazdan əvvəl milçəklər və çirkli havanın insan həyatındakı zərərli tərəflərinin 1-2 cümləsini nəzərinizə çatdırmaq istədik.

Amma, əslində biz bu zərərləri sizin deyil, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin və Binəqədidə, şəhərin "göbəyində" ferma saxlayan, sakinlərin "Şahin" adı ilə tanıdıqları sahibkarın diqqətinə çatdırmaq istəyirik.

Belə ki, Binəqədi rayon. Biləcəri qəsəbəsi. Məlik Aslanov küçəsi. Döngə 5. Dalan 3 ünvanında yaşayan bir qrup sakin DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət edib.



Uzun müddətdir təmiz havaya həsrət qalan sakinlər "yayın gəlişindən narahatdırlar". Bu ifadə çoxlarınıza qəribə gələ bilər. Lakin, sözügedən ünvanda bircə dəfə belə olan kimsə üçün bu təəccüblü deyil. Biz sakinlərin müraciətini yerində görüb, lentə almaq üçün əraziyə getdiyimizdə hətta maska taxmağımıza baxmayaraq, ətrafdakı qoxuya dözə bilmirdik. O ki, qaldı orada gecə-gündüz yaşamağa məcbur olmaq.
Yay aylarında həmin ərazidə nəfəs almaq daha da çətinləşir. Həmçinin, milçəklər və ağcaqanadlar "aktiv fəaliyyət"ə başlayırlar.

Yuxarıda yerləşdirdiyimiz linkdə gördüyünüz kimi sakinlər iribuynuzlu heyvan fermaları ilə çox yaxın məsafədə yaşayırlar.

Səhiyyə Nazirliyi bildirir ki, heyvandarlıq təsərrüfatı ilə yaşayış ərazisi ən az 500 metr məsafədə olmalıdır.

Çox təəsüf ki, Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən bu fermalar ilə yaşayış ərazisinin məsafəsi heç 5 metrə belə çatmır.

Sakinlər bildirirlər ki, dəfələrlə keçmiş İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova və digər aidiyyəti qurumlara müraciət ediblər. Hətta, Sanepidemstansiya - dan nümayəndələr gəlib, əraziyə baxış keçirib və fermanın bağlanmasına qərar verilmişdir. Lakin, qərar hələ də icra olunmayıb.

Əməkdaşımızın "hazırkı İcra başçısı Elxan Allahverdiyevə də bu barədə müraciət etmisinizmi?" sualına, sakinlər elə sualla cavab verdilər:
"Elxan Allahverdiyev özü bilmir ki, şəhərin ortasında bu boyda ferma var?! Bu günə qədər bir dəfə belə olsun maraqlanmayıb heç."

Əslində sakinlərin haqlı sualı bizi də düşündürdü.

Uzun illərdir şəhərin mərkəzində hektarlarla ərazini əhatə edən fermaların varlığı niyə yalnız orada yaşayan sakinləri narahat edir?

Doğrudan mı Elxan Allahverdiyev və digər aidiyyəti dövlət qurumları məsələdən xəbərdar deyil?

Şəhərdə fəaliyyət göstərən ən kiçik bərbərxanadan belə xəbərdar olub, "yoxlama" adı altında "həftə 8, mən 9" kiçik sahibkarların "cibinə girən" qurumlar az qala şəhərin yarısını zəbt edən fermaları görmür mü ?

Kiçik qəssabxanalarda "bir dünya" antisanitariya aşkar edən AQTA, bütöv bir şəhər üçün antisanitar vəziyyət yaradan bu fermaları niyə görməzdən gəlir?

Əlbəttə görürlər.

Amma, bəlkə də bizim gördüyümüzdən daha uzağını da görə bildikləri üçün susmağa ya məcbur olurlar, ya da susmağı onlara "sevdirən" başqa səbəblər var.

Atalar deyir : - "Danışmaq gümüşdürsə, susmaq qızıldır.".

Bəlkə də sözün əsl mənasında qızıl qiymətinə başa gəlir onlara susmaq.

Bəllidir ki, illərdir şəhərin mərkəzində, həm də bütün sakinləri narahat etdiyi, şəhərin gigiyenasına zərərli olduğu halda hələ də heç bir şey olmamış kimi öz fəaliyyətinə davam edən fermanın sahibi heç də bizim bildiyimiz adi sahibkar deyil.

Yəqin, sadə dillə desək "adamı var" ki, bu vaxta qədər ona "gözün üstə qaşın var" deyən olmayıb.

Ümumiyyətlə, internet üzərindən kiçik axtarış etdiyimizdə belə bu barədə bir cümlə də olsa həqiqəti əks etdirən məlumata rast gəlmədik.

Bütün bunlar bu məsələlərin kökünü hansısa məmura aparıb çıxarır.

Hansı məmur olduğunu isə hələlik qeyd etmirik.

Çünki, araşdırmalarımız hələ davam edir. Zamanı gəldiyində araşdırmalarımızın nəticəsini ətraflı, sübutları ilə birlikdə sizinlə bölüşəcəyik.

P.S: Mövcud vəziyyəti əks etdirən videogörüntüləri "MUM.TV" YouTube kanalımızda yayımlamadan öncə Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb məsələyə münasibət bildirmələrini istəmişdik.
İcra Hakimiyyətindən bizə bildirdilər ki: "Məsələdən xəbərdarıq. Lakin, fermanın fəaliyyətini dayandırmaq iqtidarında deyilik."

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"