Şəki rayon məhkəməsi və cəzaçəkmə müəssisəsinin rüşvət sevdası
Gundem / Bolge
Oxunub: 968
3 may 2021 | 12:25
Şəki rayon məhkəməsi və cəzaçəkmə müəssisəsinin rüşvət sevdası




Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 117 ünvanında yaşayan Nağıyeva Salatın Nuru qızı KİV vasitələri ilə dövlət başçısına, birinci vitçe prezidentə, baş prokurora, ədliyyə naziri və bütün KİV nümayəndələrinə müraciət edərək qardaşı jurnalist Nağıyev Mübariz Nuru oğluna qarşı Şəki məhkəməsi və cəzaçəkmə müəssisəsinin törətdiyi ədalətsizliklərdən danışıb.

Bildiyiniz kimi, prezident cənab İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə ölkədə apardığı siyasətin prioritet istiqamətlərindən biridir. Eyni zamanda biz prezidentin dilindən rüşvətlə bağlı cəmiyyətimiz üçün xoş olan xeyli sayda sözlər eşitməkdəyik. Gördüyümüz kimi dövlət başçısı rüşvətlə mübarizədə qətiyyətli mövqe ortaya qoyub. Rüşvətə, korrupsiyaya bulaşmış şəxslər mövqeyindən, tutduğu vəzifəsindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Ölkə ictimaiyyəti də tez-tez bu kimi addımların şahidi olur. Təəssüf ki, bəzi məmurlar baş verənlərdən hələ də nəticə çıxarmırlar və öz rüşvətxor əməllərini davam etdirirlər. Şəki rayon məhkəməsi və Şəki cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Fərhad Hüseynov əyri əlləri ilə məhkum ailələrinin cibinə girərək öz korparativ maraqlarını qanunun aliliyindən üstün tuturlar. Məhkumun törətdiyi cinayətin ağırlığı, ictimai təhlükəliliyi nəzərə alınmır, yalnız məhkum ailələrinin verdiyi dörd-beş (4000-5000) min manat rüşvət hər şeyi həll edir, qanunların üzərinə kölgə salır. Şəki rayon məhkəməsi, cəzaçəkmə müəssisəsinin rəisi ilə əlbir olub, əsassız varlanmaq eşqinə düşüblər. Narkotacirlərin, dəfələrlə cinayət törətmiş,məhkumluğu ödənilməmiş hətta qatilləri belə qeyd olunan rəsmilər azadlığa buraxırlar. Bütün bunları sübuta yetirməyə görə böyük əziyyət çəkməyə ehtiyac yoxdur. Sadəcə Şəki məhkəməsinin elektron qaydada tətbiq etdiyi hökmlərinə baxmaq kifayətdir ki, buradakı rüşvət hallarının nədən ibarət olduğu aşkarlansın. Əgər məhkəmə və cəzaçəkmə müəssisəsi bu deyilənləri yalanlamağa çalışsa, həmin məhkumların ad və soyadlarını açıqlamağa hazırıq. Əks halda məhkəmə cinayətkarlara qarşı göstərdiyi bu cür təəssübkeşliyini necə izah edə bilər?Görəsən ağır cinayət törətmiş, cəzası ödənilməmiş 1 il 11 ayı və daha artıq çəkilməmiş cəzası qalmış məhkumların azadlığa buraxılması cəmiyyətdə ikrah hissi yaratmırmı? Bu kimi hallar insanları qanunun aliliyi prinsipinə dırnaqarası baxmağa sövq etmirmi? Bəs məhkəmə və şəxsən cəzaçəkmə müəssisəsinin rəisi Fərhad Hüseynovun qeyd edilən məhkumların azadlığa çıxması üçün cani-dildən çalışmasını necə başa düşüb, izah etmək olar? Bəli, məram yalnız rüşvət almaq,daha çox sərvət əldə etmək. Yoxsa məhkəmə heç kəsin qara qaşına, qara gözünə aşıq olmaq prinsipi ilə hər hansı məhkumun azadlığa çıxmasına çalışmır. Burada ancaq şəxsi maraqlar güdülür. Əgər belə olmasaydı məhkəmə və rəis Fərhad Hüseynov qardaşım Mübariz Nağıyevə qarşı belə ədalətsizlik edib onu həbsdə saxlamaz, onun taleyinə biganə qalmazdı. Deməli, bunlar üçün insan taleyi əsas deyil. Məhkəmə və rəis qardaşımdan umduqları rüşvəti ala bilmədiklərinə görə onu azadlığa buraxmadılar. Məhkəmə qardaşımın 10 aydan az cəzasının qalmasını, ayağının sınıq halda olmasını, himayəsində 3 az yaşlı övladının olmasını, himayəsində 76 yaşlı insult keçirmiş yataq xəstəsi olan qoca atasını, talesemiya,epilepsiya xəstəsi olan bacısını, özünün gündəlik qayğılarını qarşılaya bilməməsini, ailə qayğısına möhtac olmasını nəzərə almadan onu yenidən həbsdə saxladı. Bu nə qədər ədalətlidir? Niyə məhkəmə narkotacirlərə, qatillərə qarşı mehriban, ancaq qardaşıma qarşı qərəzlidir? Sanki məhkəmə qardaşımın bu vəziyyətdə cəza çəkməsindən zövq alır. Düşünürəm ki, bütün bunlar qardaşıma işgəncə, şəxsiyyətinin alçaldılması və doğmalarına qarşı təhqirdir. Şəki məhkəməsi və cəzaçəkmə müəssisəsinin rəisi rüşvət ortağıdır. Onlar ölkəmizin qanunlarını saya salmır, cənab prezidentimizin tələblərini eşitmək istəmirlər. Bunlar üçün insan faktoru önəmsizdir, pul isə müqəddəsdir. Rəis Fərhad Hüseynov pulu görəndə gözlərinə işıq gəlir, az qalır səni belində gəzdirsin. Onun üçün məhkumların milçək qədər dəyəri yoxdur. Axı biz mütərəqqi, hüquqi dövlətdə yaşayırıq. Niyə qanunları pozan, dövlətimizi gözdən salan şəxslər barəsində ölçü götürülmür? Ölçü götürülürsə niyə bu məmurlara-Fərhad Hüseynov kimi şəxslərə növbə çatmır? Bu adamlar utanmadan dövləti vəzifələrdə əyləşib rekerdliklə, quldurluqla, soyğunçuluqla məşğuldurlar. İnanıram ki, qardaşımın jurnalist həmkarları bu ədalətsizliyi daha çox ictimailəşdirərək haqq-ədalətin zəfər qazanmasında ailəmizə dəstək olacaqlar. Cənab prezident dəfələrlə xalqa müraciət edərək onları rüşvətə qarşı mübarizədə fəal olmağa, ictimai nəzarətə çağırıb. İnşallah inanıram ki,dövlət qurumlarımız Şəki məhkəməsi və cəzaçəkmə müəssisəsinin rəhbərliyi barəsində araşdırma aparıb baş verənlərə hüquqi qiymət verəcəklər. Ümid edirəm ki, Şəki apelliyasiya məhkəməsi qardaşım barəsində daha ədalətli qərar çıxaracaq.

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin İsmayıllı.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"