Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Gundem / Sosial
Oxunub: 2 224
1 may 2021 | 11:21
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR


Son vaxtlar paytaxt Bakıda addımbaşı ekologiyaya,təbiətə qəsdən müdaxilələrin şahidi oluruq. Özüdə belə müdaxilələr ümumi anlaşmalar nəticəsində baş verir. Ekologiyanın, ətraf mühitin, təbiətin mühafizəsinə birbaşa cavabdeh olan məsul rəhbər şəxslərin məsuliyyətsizliyindən belə olayların tez -tez baş verməsinə rast gəlirik. Ötən yazılarımızda və video sujetlərdə bu qanunsuz müdaxilələrlə bağlı bəhs etmişdik. Amma nədənsə aidiyyatı qurumlar və adları çəkilən obyektlərin sahibləri daha çox susmağa üstünlük verirlər. Söhbət Nizami rayonu Çobanzadə küçəsində yerləşən Topqapı restoranının qarşısında minillik üç çinar ağaclarının lüt üryan halına salınmasından, Azadlıq prospektindən Rəsulzadə qəsəbəsinə gedən istiqamətdə Vorovski qəsəbəsınə girəcəydə sol tərəfdə yerləşən təzə tikilmiş binanın qarşısında yaşıl ağaclar qəddarcasına məhv edilmişdir. Həmin MTK -nın sahibi Rəhman adlı şəxsdir. Onu yəqin ki, Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinin rəhbər şəxsləri və həmin qurumun Bitki mühafizəsi şöbəsinin rəisi, nəzarətçiləri lap yaxşı tanıyır. Çünki belə işlərə Bitki mühafizəsi şöbəsinin rəisi Şaiq Vəliyevin xeyir -duası ilə Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinin Direktoru Həsrət Əmrahovla razılaşmadan sonra razılıq verilir. Belə situasiyalarda İlkin adlı nəzarətçi nədənsə daha çox canfəşanlıq edir. Bəla ondadır ki, Təbii Sərvətlər və Ekologıya nazirliyi -11-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Bakı şöbəsinin fəaliyyəti ümumiyyətlə nəzərə çarpmır.Nə vaxt zəng etsəkdə heç nə olmamış kimi məsuliyyətdən yaxa qurtarmağa çalışırlar.
Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinin Direktoru Həsrət Əmrahova nə qədər zəng etsəkdə bizi maraqlandıran suallara aydınlıq gətirə bilmirik.

Bəzən məcbur olub əvvəllər Bitki mühafizəsi şöbəsinin rəisi işləmiş Orxan Məmmədova zəng edib bizi maraqlandıran bəzi mətləblərin üstünün açılmasını, cavablandırılmasını istəsəkdə çox təssüflər olsun ki, bunada nail ola bilmirik. Biz media işçisi kimi və ictimai nəzarətin bir qolu olaraq Bakı şəhərində, ətraf rayonlarda yeni -yeni ekoloji qanun pozuntularının, yaşıl "soyqırımın"acı mənzərəsi ilə rastlaşırıq. Papanın körpüsü deyilən əraziyə yaxın yerdə, Asiya universitetinin yaxınlığında ağacların biabırçı hala salınmasının şahidi olmuşuq. Anoloji hadisələrə Bakı şəhəri Nəsimi rayon prokurorluğunun bir addımlığında, Bakı inzibati məhkəməsinin yaxınlığında rast gəlinir.

Kimdir yaşıl "soyqırımin "qətliamına fərman verənlər? Bu biabırçı olaylar hansı zərurətdən yaranır və hansı maraqlar müqabilində baş verir? Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyi ilə Təbii Sərvətlər və Ekologıya nazirliyinin - Bakı şəhəri11-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi görəsən bu məsuliyyəti necə bölüşüb razılaşırlar? Bitki mühafizəsi şöbəsinin rəisi Şaiq Vəliyevin və nəzarət şöbəsinin məsul işçisi İlkinin bu işlərdə rolu nə qədərdir? Biz bu suallara aydınlıq gətirmək üçün bir məsul şəxs tapa bilmirik.
Əldə etdiyimiz məlumatlara görə istirahət parklarında, yaşıllıq yerlərində fəaliyyət göstərən obyektlər, kafelər, çayxanalar, restoranlar və digər iaşə obyektləri bu tipli yerlərdə göstərdiyi xidmətlərə görə həmin Yaşıllaşdırma təsərrüfatı birliyinin nəzarətçilərinə əvvəlcədən razılaşdırılmış qaydada pul ödəməli olurlar.

Tikinti şirkətləri ilə, MTK-lar ilə daha isti münasibətləri olan hər iki qurum nədənsə daha tez dil tapmaq qabiliyyətinə malikdirlər. Söhbət Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyi ilə Təbii Sərvətlər və Ekologıya nazirliyinin -11-saylı Bakı şəhəri Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iş birliyindən gedir. Dəfələrlə hər iki quruma faktlarla, foto şəkillərlə və video çəkilişlərlə sübut dəlil qoysaqda adekvat cavab olaraq hər dəfə arqumentlər gətirərək məsuliyyətdən peşəkarcasına yayınırlar. Nəticədə yenə ekologiyaya, təbiətə və Dövlətimizə ziyan dəyir. Acı nəticəsini sizlər, bizlər görürük. Bəhrəsini, qazancını bu ekoloji fəlakətlər yaşadan məsuliyyətsiz məsul şəxslər görür. Rəhmətlik Sabirin təbirincə desək: Mən salim olum cümlə cahan batsada batsın-
Tək-tək ayılan varsada haqq dadıma çatsın. Millət necə tarac olur olsun nə işim var kəlməsi lap yerinə düşür.
Son olaraq bizdə Media işçisi, Azerinfo.az xəbər portalının əməkdaşı və ıctimai nəzarətin bir qolu olaraq bu məsələləri daim diqqət mərkəzində saxlayaraq jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Təqsirkarların ictimai qınaq obyektinə çevrilməsinə və bu olayların ictimailəşdirilib rezonans doğurmasına çalışacaqıq. Və ən-ənəmizə sadik olaraq qarşı tərəfində mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.


Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR

Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"