Direktor Elmira xanım bağçanı tar-mar etməklə özünə sərvət qazanır
Hər birimizin vətəndaş kimi formalaşmasında ibtidai tərbiyə müəssiələri sayılan uşaq bağçalarının əməyi danılmazdır.
Bir çoxlarımızın cəmiyyətə ilk addımlarımızın məhz bağçadan başlaması, bu sahəni bizlərə doğmalaşdırmaqla yanaşı, həm də aktual olmasından xəbər verir. Hər zaman olduğu kimi, Şirvan bağçalarında qeyri-nizamlılıq hökm sürür. Şirvanlı valideynlərin uşaqlarının tərbiyə məkanı kimi üz tutduqları bağçalar ciddi problemlər girdabında boğulur.
Bizim media operativliyimiz, bu sahədəki problemləri qabarıq şəkildə büruzə veməyə imkan verdiyindən, redaksiyamıza üz tutan valideynlərin sayı gündən-günə çoxalır. Qəzetimizin ötən saylarında əhalinin qarşılaşdığı bəzi neqativ faktları əks etdirdiyimiz bir neçə materialımız, bu sahədə baş verən növbəti mənfi halların üzə çıxmasına təkan verdi. Şirvan şəhəri, 3 nömrəli "Yasəmən" körpələr evi uşaq bağçasında da analoji hal yaşanır. Bağçada azyaşlıların qidalanma rejimi olduqca aşağı səviyyədədir. Dilsiz-ağızsız balacalar, adi gündəlik normal qidalanmaya həsrət qalmaqla yanaşı, tərbiyəçilər tərəfindən müxtəlif cəza metodlarına məruz qalırlar. Uşaqlarının qidalanma rejimindən ciddi narahatlıq keçirən valideynlər, hər gün uşaqlarına müxtəlif ərzaq məmulatları almaq məcburiyyətində qalırlar. Bağçanın müdiri Elmira xanıma gəlincə isə, fəaliyyətinin sırf korrupsiya xarakterli olması ilə yanaşı, sözügedən bağçanın təsərrüfat subyektlərinin (qaz, istilik təchizatı, su,kanalizasiya və s) yararsız olmasına göz yumaraq müəssisənin ərzaq ehtiyatını öz bildiyi kimi istismar edir. Uşaqlara sanki düşmən münasibət bəsləyən Elmira xanım, onların yataq dəstlərinin belə qeyri- normal şəkildə təşkil olunmasına əhəmiyyət vermir, nəticədə zavallı uşaqların bədən nahiyələrində qızartılar müşahidə olunur ki, bu da hər bir valideyndə ciddi narahatlıqlar yaradır. Elmira xanım üzərinə düşən tərbiyəçi metodikasına deyil, sırf ambisiya maraqlarının təmin olunmasına xidmət etməklə, Azərbaycan Respublikasının Qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydalara əməl etmir.. Gələcək Azərbaycan vətəndaşları olan uşaqlarımızın düzgün tərbiyə olunmasına, nitqi inkişafına, danışıq tərzinə və o cümlədən söz ehtiyatı mənbəyini formalaşdırmaq əvəzinə, özünə maddi sərvət toplayaraq sanballı dolaşığa sahib olub. Şəxsi mənafeyini dövlətçilik maraqlarından üstün tutan Elmira xanım şəhər rəhbərliyindən belə çəkinməyərək hər bir valideyndən uşağının müdir olduğu bağçasına qəbulunu təmin etmək üçün nəysə tələb edir.. Verilmədiyi təqdirdə, valideyn müxtəliv bəhanələrlə üzləşir.
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimiz isə, şübhəsiz ki, hər şeydən önəmlidir. Tərbiyə müəssisəsini bu meyarlarla deyil, ərzaq maxinasiyası və sərt rejimlə idarə edən Elmira xanımlar ibtidai tərbiyə müəssisələrindən tez bir zamanda uzaqlaşdırılmalıdırlar. Çünki hər biri, hansısa ailənin sevinc payı olan körpələr, bizlər üçün ən əziz varlıqlardır..
P.S.Gələn sayımızda Elmira xanımın nəysə tələb etdiyi və həmçinin aylığa oturtduğu zavallı valideynlərin adları açıqlanacaq..
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?