Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakiminin çıxardığı qərarların bir çoxu etirazla qarşılanır
Gundem / Siyaset
Oxunub: 1 848
2 okt 2015 | 05:34
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakiminin çıxardığı qərarların bir çoxu etirazla qarşılanır











Onun tələbə oğlu Rüfət Allahverdiyev hansı pullarla qlamur həyat yaşayır?

Hər bir dövlətin Konstitusiyasının daha çox diqqət yetirdiyi məsələlərdən biri məhkəmə hakimiyyətini həyata keçirən şəxslərin, yəni hakimlərin statusu ilə bağlıdır. "Məhkəmələr və hakimlər haqqında" Qanunun 92-ci maddəsinə görə, hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.

Hakimlərin hüquqi statusu Konstitusiyada və qanunlarda əks olunmuş bir sıra prinsiplərlə müəyyən olunur. Bu prinsiplər sırasına aşağıdakılar daxildir: hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin müstəqilliyi, hakimliklə bir araya sığmayan fəaliyyətlə məşğul olmaması. Hakimlərin təyinatı isə birbaşa ölkə başçısının səlahiyyətinə aid olan məsələdir. Təəssüf ki, bəzi hakimlər ölkə rəhbərliyinin onlara göstərdiyi etimadı doğrulda bilmir, ədalətsiz qərarlar çıxararaq vətəndaşlara ciddi problemlər yaradırlar. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin də fəaliyyətində müəyyən nöqsanlar mövcuddur. Bu barədə dünənki sayımızda məlumat vermişdik. Bildirmişdik ki, bu hakimin çıxardığı bəzi qərarlar əksər hallarda vətəndaşlarda narazılıq yaradır və apelyasiya instansiyasında həmin qərarların əksəriyyəti ləğv edilir. Məlumat üçün qısaca qeyd edək ki, Elbəy Allahverdiyev 1971-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyəti dövründə

1990-1992-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1992-1995-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə icraçısı, 1995-1997-ci illərdə Sumqayıt Hərbi Prokurorluğunda stajçı müstəntiq, 1997-2001-ci illərdə Bakı Hərbi Prokurorluğunda müstəntiq, 2001-2005-ci illərldə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq, 2005-2011-ci illərdə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb.

2011-ci ildən bu günə kimi isə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Qeyd edək ki, Elbəy Allahverdiyev çıxardığı ədalətsiz məhkəmə qərarları ilə yanaşı, oğlunun keçirdiyi bahalı həyat tərzi ilə də zaman-zaman gündəmə gəlib. Heç kimə sirr deyil ki, bəzi vəzifəli şəxslər var ki, onların övladları, yaxın qohumları özlərindən daha çox tanınır. Az qala hər gün mediada vəzifəli şəxslərin, deputatların övladları haqqında geniş yazılara yer verilir. Amma bu, həmin məmur balalarının hansısa müsbət işləri ilə yox, daha çox onların törətdiyi özbaşınalıqlarla bağlı olur. Hətta ölkə prezidenti 2013-cü ilin fevral ayında keçirdiyi məlum müşavirədə vəzifəli şəxslərin övladlarının qudurğanlıq etməsinə diqqət çəkib: "Vəzifəli şəxslərin övladları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər.

Cəmiyyətdə kim onlara bu statusu verib? Necə deyərlər, onların güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm, lazım bildikdə mən də çıxaracam. Əgər bir də bilsəm kiminsə ailə üzvü haradasa xuliqanlıq edib, nadanlıq edib, özünü apara bilmir, o adam həbs olunacaq, atası işdən qovulacaq". Qeyd edək ki, prezidentin bu xəbərdarlığından sonra mətbuatda lüks həyat yaşayan və bunu ictimailəşdirən bəzi məmur balaları barədə yazılar dərc olundu. Sərt tənqidlərə baxmayaraq, yüksək rütbəli şəxslərin yaxın qohumları və uşaqları yekəxana hərəkətlərindən əl çəkmirlər. Prezident İlham Əliyevin oğlu, ADA tələbəsi Heydər Əliyevin bir müddət əvvəl sosial şəbəkələrdə yayılan fotolarının da nümunə olduğunu xatırlatmaq yerinə düşər. Bir tələbənin ətrafının kimliyi, hansı fəaliyyətlə məşğul olmasını məgər həmin fotolardan nümunə götürmək olmazmı? Əgər bu ölkənin prezidentinin oğlu bu cür sadə həyat tərzi yaşayırsa, məmur-biznesmen oliqarxlar hansı mənəvi haqla özlərinin, övladlarının malik olduqları var-dövləti, cah-cəlalı ictimailəşdirməkdən utanıb-çəkinmirlər?

Prezidentin oğlu sadə həyat yaşadığı halda, hansısa üçüncü, dördüncü dərəcəli məmurların övladları və yaxın qohumları cah-cəlallarını nümayiş etdirirlər. Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyev də qlamur həyat tərzinə üstünlük verir. Adıçəkilən gənc yaşadığı dəbdəbəli həyatı sosial şəbəkələrdə ictimailəşdirib. O iştirak etdiyi kef məclislərində və səyahət etdiyi xarici ölkələrdə müxtəlif şəkillər çəkdirərək "Facebook" səhifəsində yerləşdirib. Şəkillərə baxanda görünür ki, məhkəmə hakiminin oğlu krallara layiq həyat tərzi keçirir. Apardığımız qısa araşdırmalar nəticəsində öyrəndik ki, Rüfət Allahverdiyev Azərbaycan Diplomatiya Akademiyasında (ADA) təhsil alır. O imkanlı dostları ilə onların öz dili desək "kruq" yaradıb. Bu "kruq"da təmsil olunan şəxslər isə heç də kasıb uşaqlar deyil. Axı kasıbın imkanlıların əhatəsində nə işi var? Elbəy Allahverdiyevin kef içində yaşayan oğlu imkanlı insanların övladları ilə dostluq edir. Rüfət Allahverdiyev və dostları günlərini paytaxtın elit məkanlarında istirahət etməklə keçirirlər. Həmin məkanların sırasına isə "R&B cafe", "Meqapolis club", "Hilton hotel", "Günaydın restoran", "Paxlava" çay evi, "Təzə bəy hamamı", "Kitchenette", "Buddha Bar Baku", "Hollivud" şadlıq sarayı, "Sehirli təndir", "Şəki" restoranı, "The club Port Baku" və sair daxildir. Məlumat üçün deyək ki, sözügedən restoran və klublarda əsasən paytaxtın elit təbəqəsinin üzvləri toplaşırlar. Çünki bu obyektlərdə qiymətlər çox bahadır. Orta səviyyəli azərbaycanlı sadaladığımız məkanlardan hansınasa girsə, hesabı verə bilməyəcək. Əldə etdiyimiz məlumatlara görə, Elbəy Allahverdiyevin oğlu, eləcə də dostları hər dəfə bu kimi istirahət mərkəzlərində yığışaraq külli miqdarda pul xərcləyirlər. Bir gün hamamda, bir gün hoteldə, bir gün çay evində xoş güzəran keçirirlər. Onlar üçün pul xərcləmək sanki bir hobbiyə, məşğuliyyətə çevrilib. Rüfət Allahverdiyev arabir ölkə daxilində istirahətdən bezərək xaricə də üz tutur. Məsələn, o bir müddət əvvəl atasının maliyyə dəstəyi hesabına Fransaya səyahət edib və orada əyləncəli vaxt keçirib. Bir sözlə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu kefinə qəti korluq çəkdirmir. Amma onlardan fərqli olaraq on minlərlə vətəndaşımız min bir problem içində yaşayır. Yenə də sağ olsun ölkə başçısı ki, sosial durumu zəif olan insanları yaddan çıxarmır, onların qayğısına qalır. Yazının əvvəlində qeyd etdik ki, cənab prezidentimiz İlham Əliyevin oğlu Heydər Əliyev öz sadəliyi ilə hər kəsə nümunədir. Bəs niyə Elbəy Allahverdiyevin oğlu ondan nümunə götürmür? Axı onun nə haqqı var yaşadığı lüks həyatı ictimailəşdirib başqalarına göstərsin. Biz hesab edirik ki, bu tip xoşagəlməz halların ortalığa çıxması vətəndaşlar arasında ruh düşkünlüyü yaradır.

Bəzi insanlar günlərlə ət yemir, amma Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyev dünyanın bütün naz-nemətlərini dadır. Budurmu ədalət? Elbəy müəllim, bizim bildiyimiz qədərilə sizin aylıq vəzifə maaşınız o qədər də yüksək deyil. Buna baxmayaraq, oğlunuz dəbdəbəli həyat yaşayır. Görəsən, ona pul quş dimdiyində gəlir, yoxsa?.. Bizim heç kimin pulunda, var-dövlətində gözümüz yoxdur. Çünki dünya malı dünyada qalan şeydir. Bizə maraqlı olan məhkəmə hakiminin oğlunun yaşadığı bahalı həyatın maliyyəsinin haradan qaynaqlanmasıdır. Bu barədə gələn saylarımızda şok faktları açıqlayacağıq.

Qarşı tərəfə cavab haqqı tanıyırıq.

P.S. 12 minin səs-sorağı çox pis çıxacaq.
Dünən, 16:00
Tehranın dirəniş siyasəti: ABŞ və İsrail bunu istəyirmiş
Dünən, 15:30
Xameneinin ölən 14 aylıq nəvəsinin FOTOSU yayılıb
Dünən, 14:52
Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
Dünən, 14:33
Prezident dövlət maliyyəsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılmasını təsdiqləyib
Dünən, 14:22
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
Dünən, 14:00
Son Dəqiqə: Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı
Dünən, 12:46
İran səfiri Azərbaycana təşəkkür etdi
Dünən, 12:02
İrandan Azərbaycana təxliyyə prosesi davam edir
Dünən, 11:58
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR
Dünən, 11:50
Ankaradan İran qərarı: Sərhədlər bağlandı
Dünən, 11:35
Müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?
Dünən, 11:27
Laricanidən Trampa cavab: O çoxsaylı Amerika əsgərlərinin itkisindən narahatdır
Dünən, 11:24
ABŞ səfirliyi və qırıcısı vuruldu - VİDEO - FOTO
Dünən, 10:14
İsrail İranla savaşa 100 min ehtiyat əsgərini hərbi xidmətə çağırır
Dünən, 10:10
"Bizi tək qoymayın" - "Traktor" Azərbaycandan yardım istədi
Dünən, 09:54
Tramp: Xameneinin yerinə 3 namizədim var
Dünən, 09:47
Ronaldo futbol tarixində görünməmiş addım ata bilər
Dünən, 09:42
Tramp: İranın 48 lideri öldürülüb
Dünən, 09:37
Britaniya İrana qarşı öz bazalarından istifadə etməyə icazə verib
Dünən, 09:32
Britaniya bazası vurulub, İran hücumları genişləndirmək istəyir - KİV
Dünən, 09:24
Tehrandan Ağ Evə cavab: Heç bir danışıq olmayacaq
Dünən, 09:18
Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib
Dünən, 09:00
560 ABŞ əsgəri ölüb və yaralanıb - İran
1-03-2026, 08:46
İranda 40 günlük matəm elan olundu
1-03-2026, 08:36
İranın ali dini rəhbəri Əli Xamenei öldürülüb - RƏSMİ
1-03-2026, 00:12
İsrail Xameneinin öldüyünü açıqladı - Yenilənir
28-02-2026, 23:20
İran xalqını küçələrə çıxmağa çağırdı - “Kömək gəldi”