Sahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLAR
Gundem / Dunya / Bolge / Video
Oxunub: 3 051
12 iy 2020 | 17:53
Sahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLAR





Lerik meşələri ilə baģlı araşdırmalarımız davam etdikcə demək olarsa hər gün zidiyyətli xəbərlər almaqdayıq. Sanki məqsədli şəkildə bu meşələrin qəsdinə durulur. Bilərəkdən korporativ maraqlar xatirinə meşədəki ən sağlam, samballı ağaclara divan tutulur. Artıq burada meşə qırıntıları öz adət halını almışdır. Əldə etdiyimiz məlumatlara görə hələ bir müddət əvvəl Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin Direktoru işləmiş Qardaş Əfəndiyevin işlədiyi dövrlərdə nəzarət çox güclü olduğundan meşə qırıntılarına ümumiyyətlə rast gəlmək olmurdu. Olsada çox az və dərhal ölçü götürülürdü. Amma indi isə bütün bu neqativ hallar get - gedə dahada intensivləşib.

Bilərəkdən ən çirkin məqsədlər üçün meşələrə total hücumlar başlanıb. Çox təssüflər olsun ki bütün bu qanunsuzluqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1saylı Lənkəran reğional şöbəsinin rəisi Rəfael Tahirovun gözü qarşısında baş verir. Lənkəran regional Meşə Təsərrüfatı idarəsinin Direktoru işləyən Füzuli Bayramov günü -gündən öz yerini bərkidərək sanki öz biznes şəbəkəsini genişləndirir. Vəzifəli şəxslərin havadarlığı ilə meşələrin qırılması, ağacların məhv edilməsi hesabina biznes və alver baş alıb gedir. Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından artıq bu işlərlə aidiyyatı qurumların və hüquq mühafizə orqanlarının məşğul olması vacıbdır. Neqativ hallarla qətiyyətli mübarizə aparmaq, ən ciddi tədbirlər görmək, bu qanunsuz əməllərə hüquqi qiymət verməyin artıq vaxtı çatmışdır. Düşünirik ki, sabah artıq gec olacaq.

Sahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLAR


Bizə verilən bilgilərə görə Lerik meşələrində ən çox neqativ hallar və meşə qırıntıları Qəribov Tərlanın ərazisində baş verir. Apardığımız araşdırma zamanı məlum oldu ki 20-ilə yaxın bəlkədə çox təcrübəsı olan Qəribov Tərlanın bu işlərdə təcrübəsi,
"qabiliyyəti", "peşəkarlığı " çox oldüğu üçün rəhbərlik onunla həmişə hesablaşır.

Ən çox kütləvi meşə qırıntıları onun ərazisində baş verir. Bu yaxınlarda 18-ci dolayı Rəzvandə ərazisində meşə qırıntıları aşkar edilmişdir. Bu ərazinin meşəbəyisi Qəribov Tərlan meşə gözətçisi isə İlqar Şahbazovdur. Bu adlar Lerik meşələrinə işi düşənlərin arasında yaxşı tanınır. Bizə xəbər verən mənbə bildirdi ki, Lerik meşələrindən Yardımlı rayonunun bəzi sərhəd kəndlərinin ərazilərindən Lənkəran istiqamətində, İsti suyun üzərindən Masallı istiqamətində mal çıxarılır. Biz bunu gələcəkdə nə qədər doğru olub olmadığını mütləq araşdıracağıq. Çünki hər şeyin zamana ehtiyacı var. Lerikdə olarkən bizə çox ilginc bir məlumatda daxil oldu. Ola bilsin bəlkədə dezinformasiyadı. Məsələ təsdiqini tapmarsa təkzib verməyə, üzrxahlıq etməyə hazırıq.

Sahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLAR


Amma jurnalist araşdırmalarımızı davam etdirərək bu məsələnin nə dərəcədə doğru olub olmadığının sonuna qədər gedəcəyik. Xülasə bizə verilən təsdiqlənməmiş bilgilərə görə Rəfael Tahirovun cənub bölgəsinin bəzi meşələrində və yaxın ərazilırində yeşik(tara-rutu)sexləri, mebel sexləri fəaliyyət göstərir. Yaxud da Masallı, Yardımlı, Lənkəran meşələrində və ona yaxın ərazilərdə Rəfael Tahirovun patronluq etdiyi, bəlkədə nəzarət etdiyi həmən sexlər fəaliyyət göstərir.

Aldığımız məlumatlara görə hər il yerli əhaliyə qış mövsümü ilə əlaqədar meşələrdən bəlli normativlərə uyğun yandırmaq üçün odun ehtiyatları ayrılır. Əlbəttə yəqin ki, bu proseslər aidiyyati məsul şəxslərin nəzarəti altında həyata keçirilir. İndi dəqiq bilmirik (hal hazırda) əvvəllər bu odun məmulatlarının bir kuba metri 5,28 azn oldüğu halda əhaliyə on beş manata satılır. Açıq aydın koorupsiya. Bu işlərədə Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin Direktoru işləyən Füzuli Bayramov rəhbərlik edir. Bu gün Füzuli Bayramovdan çox böyük narazılıqlar var və onun fəaliyyətindən ciddi siqnallar gəlməkdədir. İndiyəcən yazılanlara seyriçi mövqeyində qalması, susması çox qaranlıq məqamlardan xəbər verir. Ondan bəzi sakinlər soruşanda ki bunun (odun ehtiyatları nəzərdə tutulur) qiyməti 5,28azn olduğu halda niyə camaata bur kuba metrini 15-manata satırsınız? cavabında O istehza ilə ironiya ilə bəs mən burada boş oturmağa gəlməmişəmki cavabını özünə xas olan tərzdə vermişdir.

Sahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLAR


Biz Lerik meşələrində bəzi yerlərdə də olduq. Çayın içində ekologiyaya aid və onların nəzarətində olduğu ərazidə-Pirhan kəndində qum, çınqır və daşların ekskavatorla kamazlara yığılıb daşınmasının canlı şahidi olduq.

Sahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLAR


Gəldiyimiz qənaət budur ki, belə məsul şəxslərin səhlənkarlığı, səhvi və bəlkədə tamahlarından meşələrin qırılması ilə yaranan problemlər neçə illərdir aradan qalxmır.
Doğrudanda bu gün ölkəmizdə meşələrə qarşı arzu etdiyimiz münasibət yoxdur. Sırf korparativ maraqlar dayanır. Son olaraq və adətimizə sadik olaraq qarşı tərəfində mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.
Azərinfo.az ailəsi olaraq araşdırmalarımızı davam etdirəcək və aidiyyatı qurumlardan cavab gözləyəcəyik.


Sahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLARSahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLARSahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı..? - VİDEO+FOTOLAR
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...