TƏRTƏRÇAYIN MƏCRASI XARABA QOYULUR - KARANTİN DÖVRÜNDƏ KARXANA İŞLƏDƏN VƏZİFƏLİ ŞƏXSLƏR
Gundem / Dunya / Bolge / Video
Oxunub: 1 955
29 apr 2020 | 16:25
TƏRTƏRÇAYIN MƏCRASI XARABA QOYULUR - KARANTİN DÖVRÜNDƏ KARXANA İŞLƏDƏN VƏZİFƏLİ ŞƏXSLƏR


Azerinfo.az saytı Bərdə rayonu ərazisində aşkarladığımız ağac emalı sexlərinin fəaliyyətindəki qanunsuzluqlar və həmin neqativ hallara rəvac verən vəzifəli şəxsin - 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Nəcəfov Eyvaz adlı baş mütəxəssisinin barəsində tənqidi məqalə dərc edəndən sonra redaksiyamıza sözügedən rayonun sakinləri sırasından bəzi vətəndaşlar müraciət edərək Bərdə ərazisində ekologiya ilə bağlı çeşidli qanun pozuntuları barədə əlavə məlumatlar veriblər. Bölgədə fəaliyyət göstərən əməkdaşlarımız həmin informasiyaların izi ilə Bərdə-Tərtər yolunun üstündə çay məcrasının qanunsuz, həm də normalara əməl edilmədən istismar edildiyi, qeyri-leqal işçi qüvvəsinin əməyə cəlb olunduğu çınqıl karxanasını aşkar ediblər. Məlum olmuşdur ki, karantin dövründə icazə verilməyən fəaliyyət növləri sırasında olan bu karxananın faktiki sahibi Təvəkkül, işlədəni isə Vidadi adlı şəxslərdir.

Vidadi bəylə əlaqə saxlayıb karxananın hazırki şəraitdə fəaliyyətinə kimin icazə verdiyini soruşduqda, o, çox kobud cavab verdi və bildirdi ki, Eyvaz Nəcəfov vaxtaşırı gəlib onlardan haqqını alır. Biz də ilkin olaraq belə nəticə çıxardıq ki, karxana rəhbərliyi Eyvazla hesablaşdığına görə başqalarının onların işi ilə maraqlanmasını ədalətsizlik sayır. İllah da ki, cəmiyyətin güzgüsü sayılan jurnalistlərin. Məhz Eyvaz Nəcəfov kimi orta ranqlı məmurların yarıtmaz fəaliyyətinin nəticəsidir ki, bəzən KİV işçiləri vicdanlı yanlışlıqlara yol verir, Elnur müəllim kimi idarə rəislərinin, Vaqif Əliyev kimi kiçik vəzifə daşıyan şəxslərin də xidmətlərinə kölgə düşür.

Onu da qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdovun, "Qarabağ-ER" MMC-nin (keçmiş “Qarabağsutikinti” müəssisəsi) direktoru, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bölgə üzrə layihə rəhbəri olmuş Vəli Albəndovun da Tərtər çayı üzərində karxanaları mövcuddur. Bildirilir ki, Vəli Albəndov Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 13-cu tağımının komandiri işləyən bir oğlu Rövşənin, respublika prokurorluğunda birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi vəzifəsini daşıyan digər oğlu Elşənin cəmiyyətdəki nüfuzundan bir növ “toxunulmazlıq statusu” kimi istifadə edir, onlara arxalanaraq qanunsuz əməllərindən əl çəkmir.

Bəziləri hətta “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyindən lisenziya almayan belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.

Azerinfo.az bu kimi neqativ halların aşkarlanaraq üzə çıxarılmasında, qanunsuzluqlara rəvac verən vəzifəli şəxslərin ictimai qınağa verilməsində həmişə fəallıq göstərib. Olub ki, qanunsuz karkanalarda çəkliş aparmaq istəyən əməkdaşlarımız karxana sahibi və əlaltılarının hücumuna məruz qalıb. Hətta ağırtomnajlı maşınlarını jurnalistlərin üstünə sürənlər də olub. Amma haqlı mövqeyimizdən geri durmamışıq. İndi də durmayacağıq. Dəfələrlə etdiyimiz müraciətlərə məhəl qoymayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sözçüsü Raquf Mirzəyevin bunu bilməsi lazımdır. Sonda xatırladaq ki, ötən məqalədə toxunduğumuz məsələ - ağac emalı sexlərini işlədənlərlə bağlı Departament yalnız inzibati tədbirlər görüb, hansı ki, əslində həmin əməllərə cinayət tərkibli hərəkətlər kimi hüquqi qiymət verilməliydi. Ən son ərəfədə Xalıqverdi Hüseynovun departamentin direktoru vəzifəsindən daha aşağı vəzifəyə keçirilməsi heç də onun rəhbərlik etdiyi dövrdə baş vermiş neqativ halların üstündən sükutla keçməyə əsas vermir.

Mövzuya qayıdacağıq.

İbrahim Qubadoğlu










Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib