ŞAMAXI “NEQODNI” MƏMURLARIN ƏLİNDƏ OYUNCAĞA ÇEVRİLİB – ŞİKAYƏTLƏR
Gundem / Dunya / Bolge / Video
Oxunub: 2 485
17 apr 2020 | 13:49
ŞAMAXI “NEQODNI” MƏMURLARIN ƏLİNDƏ OYUNCAĞA ÇEVRİLİB – ŞİKAYƏTLƏR


1-ci Şikayət - Sənəddə 404 adam yazılıb, işə çıxan cəmi 20 adam-ŞAMAXIDA MÜDHİŞ KORRUPSİYA





Şamaxı rayonunda yerli Kommunal Təsərrüfat Birliyində “DOST” Mərkəzinin aldadılaraq, saxta yollarla milyonlarla büdcə vəsaitlərinin mənimsənilməsi, Birliyin rəhbəri Murad Mahmudovun korruptiv əməlləri barədə yazmışdıq. Bu mövzuda qələmə aldığımız 16 mart 2020-ci il tarixli birinci məqalənin qayəsini təşkil edən məsələ bundan ibarət idi ki, “DOST” Mərkəzlərinə “haqqı ödənilən ictimai işlərlər”lə bağlı 404 nəfərin işə cəlb edildiyi barədə məlumat verildiyi halda reallıqda işə çıxanların sayı 40-50 nəfərdir.

Həmin yazı dərc olunandan sonra Şamaxı rayon sakinləri olan bir neçə vətəndaş redaksiyamıza zəng vuraraq əməkdaşlarımızın rayona göndərilməsini xahiş etdilər. Onların dəvəti ilə Şamaxıya ezam olunan əməkdaşımız yerlərdə vətəndaşlarla görüşmüş, onların məşğulluq və digər problemləri ilə əlaqədar şikayətlərini dinləmiş, çəkilişlər aparmışdır.

Hazırki məqaləyə qoşma kimi saytda görüntülənən birinci video-materialda vətəndaşlar Vaqif Bürcəliyev və Raqif Ağayev müraciətlərini KİV üzərindən ölkə başçısı cənab İlham Əliyevə ünvanlayıblar. Onlar bildirirlər ki, 14 aydır ki, haqqı ödənilən ictimai işlərdə çalışırlar. Fevral ayında onların məvacibi verilməyib: “Səbəbini soruşanda dedilər ki, guya işə çıxmamışıq, o üzdən maaşımız kəsilib. Halbuki, elə deyil, biz fevral ayında işləmişik, əlimizdə hər gün işə çıxdığımızın sübutu kimi xidmət edəcək video-çəkilişlər də var. Belə halların əsas səbəbkarı yanvar ayında bizim müqavilələr təzələndikdən sonra kommunal təsərrüfat rəhbərliyini ailə biznesinə çevirən direktorun qarşımıza qoyduğu əsassız tələblərdir.

Bir başqa vətəndaş kamera önündə danışır ki, yaxın qohumun vəfatı ilə əlaqədar 7 gün işdə olmayıb. Onu xəbərdarlıq etmədən işdən çıxarıblar. Deyir ki, Prezidentə, vitse-prezidentə elektron formada müraciət edib. Aidiyyati üzrə baxılması üçün ƏƏSMN - ə göndəriblər. Oradan da Şamaxı Məşğulluq Mərkəzinə. Şamaxı Məşğulluq Mərkəzinin rəhbəri olan Ceyhun adlı şəxs nəhayət məktub göndərib vətəndaşı dəvət edib ki, götürüb sənədlərini gəlsin, işə bərpa ediləcək: “ Mən getdim, o məni “yola verdi”, yenə dedi ki, gözləməlisən. Mənim əgər heç bir yerdən gəlirim yoxsa, gəlib mənim borc səbəbindən qazımı, işığımı kəsirlərsə, bu labüd ölüm deyilmi? Artıq borc almaq imkanı da tükənib. Hətta cinayət törədən şəxsi də həbs edəndə onu qida ilə təmin edirlər. Bizim nə boyda təqsirimiz var ki, bu adamlar bizlə nə qədər düşməndilər ki, bizi bir başa aclığa məhkum edirlər? Bunların xalqla düşmənçiliyi nədi, niyə elə eləmək istəyirlər ki, camaat tamamilə narazı olsun ölkə rəhbərliyindən? Artıq dərəcədə xahiş edirəm, Şamaxı məmurları barədə bir tədbir görülsün. Gəlib yoxlanılsın ki, nə işlər gedir bu “DOST” MMC-də”.

Şamaxı rayonunun Quşçu kənd sakini İldırım kişi isə rayon icra hakimiyyəti başçısının Quşçu kənd ərazi vahidi üzrə nümayəndəsi Bəşir Bəhrəmovun hərbi xidmətə yararsız olduğu halda dövlət qulluğunda işə götürülməsini başa düşmədiyini deyir: “Mən uşağım “Şərədil” Plazada qabyuyan işləyirdi. “Neqodnı” olduğunu əsas göstərib ordan işdən azad elədilər. Necə olur - Boşqabyuyanın işi icra nümayəndəsinin işindən belə vacibdimi ki ondan hərbi bilet tələb olunsun, yaxud əksinə, icra nümayəndəsinin vəzifəsi qabyuyandan belə əhəmiyyətsizdirmi ki, ondan hərbi xidmətə yararlılıq tələb olunmasın?”

Həmin kəndin başqa bir sakini həmkəndlisinin sözünə qüvvət verərək deyir: “Dəfələrlə yığışıb getmişik icra başçısı Tahir Məmmədovun yanına ki, bu (Bəşir Bəhrəmov) tuberkulyoz xəstəsidi, necə dövlət qulluğunda işləyir. Əgər işləmək ixtiyarı yoxdusa, demək dövləti aldadıb, ona cinayət işi açılmalıdı. Mənim iki oğlum xüsusi təyinatlı əsgər olublar. Bu gün ikisi də bekardırlar. Günü sabah Ali Baş Komandan əmr versə ki, torpaqlarımız azda olunmalıdı, elə oğullar hansı ruh yüksəkliyi ilə orduya gedəcəklər, əgər Bəşir kimi “neqodnılar” vəzifəyə yerləşdirilirsə?..”

Şamaxılıların bu kimi şikayətləri çoxdur. Sadəcə, tətbiq olunan karantin rejiminin şərtlərini gözləmək üçün bu yöndə apardığımız işləri bir müddət təxirə salmışıq. Ümid edirik ki, tezliklə bu mövziuya qayıdacağıq.

Azerinfo.az
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...