Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR
Gundem / Dunya / Bolge
Oxunub: 4 615
11 noy 2019 | 10:49
Qaraşov və Sultanov məxvi rejimə keçib, Vaqiv Cavadov inciyib- ŞİMAL MEŞƏLƏRİNDƏ EKOLOJİ FƏLAKƏT DAVAM EDİR

Ötən sayımızda şimal meşələrimizin kütləvi halda qırılıb yeşik sexlərinə daşındığı haqda yazmışdıq.

Əslində bu sexlərin harada olması, necə işləməsi baradə hamı bilir.

Başda Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov olmaqla düz sıravi meşə gözətçisinə kimi.

Azerinfo.az olaraq Meşələrin İnkişafı Departamentinin direktoru vəzifəsini daşıyan Ağaqardaş Qaraşov haqda yazdıq. Sahib olduğu var-dövlət, obyektləri, işdən necə qovulması, sonradan kim tərəfindən yenə dəstəklənərək vəzifəyə qaytarılması.

Sank nazirlikdə kim ağacları daha vəhşicəsinə qırır, kim daha çox korrupsiya piramuidası qura bilir-daha çox dəstəklənir.

Xalkıqverdi Hüseynovun nəyinə lazımdır aeroport yolunda min zəhmətlə əkilən və məhz Ağaqardaş Qaraşovun sayəsində quruyan pğhrələr haqda düşünsün.

Hələ bu Qaraşovun böyründə agac genosidində özündən geri qalmayan dosti da var-hazırda Quba Regional Meşə Təsərrüfati Mərkəzinin direktoru olan Vüqar Sultanov. Həmin ağac qurumasına görə köhnə nazir onları işdən qovmuşdu.

Nazir dəyişən kimi bu işbaz kadrların sənədlərini yeni nazirə soxuşdurdular.

Yazılarımızı da oxuyublar. Yeşik sexlərinə də siqnal veriblər ki, day ehtiyyatlı işləsinlər. Meşədən qanunsuz kəsilən ağaclar sexlərə gecələr daşınır.

Qaraşovla Sultanov partizanlar kimi məxfiliyi qorumağı tapşırıblar. Dolaylardakı ağac cəlladlarına da minumum səssiz işləmək tapşırılıb.

Ancaq əlimizdə yeni foto və video materiallar var. Onları dərc edəcəyik.

Vitse-prezident Mehriban Əliyeva bu il 650 min ağac əkilməsi kompaniyası başladarkən Şimal rayonlarımızda ağac kəsimi yarışı getməsi yolverilməzdir və cinayətdir.

Həm də ötən sayımızda bir az 5 saylı Regional Ekologiya İdarəsi haqda yazmışdıq.

Bu da həmin idarənin rəisi, cənab Vaqif Cavodovun xətrinə dəyib.

Deyir bizdə nə çayların mənsəbini qazan var, nə də daş-çınqıl sexləri. And içir ki, təmiz işləyir. İdarədə korrupsiya yoxdu və s.

Sovet vaxtı Bakıda məşhur dəli vardı-Mişoppa. O da həmişə deyirdi ki, “təmiz oğlanam, hamamın yanında oluram.”

Mişoppanın lətifəsi uzaq, indi bu müəllimə cəmi bir sual vermək istəyirəm.

Yaxşı, deyək ki, yeşik, parket sexlərini görməzdən gəlirsiz. Saxta sənədlərlə nəyisə ört-basdır etmək olur.

Cənab Vaqif Cavadov, bəs kömür sexlərinin fəaliyyətini necə anladacaqsız? Axı bu sexlərə ümumiyyətlə icazə yoxdur. Rusiyada kömür sexi açılanda bir ərazi verirlər ki, müəyyən yerdən ağac qırın və kömür istehsal edin. Həm də o kömür labarotor şəraitdə yoxlanılır. Sonra satışçına icazə verilir.

Bizdə o cürə laboratoriya yoxdur. Nə də ərazimiz Rusiya boyda deyil ki, hansısa meşə ərazisini verək ki, orda kəsilən ağacdan kömür istehsal olunsun.

Bəs bu Şimal rayonlarında fəaliyyətdə olan onlarla kömür sexi ağacı hardan alır, niyə bunları bağlamırlar? Ekologiya İdarəsinin hər yerdə işçiləri, xəbərçiləri var- görmürlər? Ya görmək istəmirlər...

O sexlərdən də süjetlər verəcəyik. Sexlərdən kimlərin haqq yığması, kimlərə çatması, kimlərin hansı varidat sahibi olması da açıqlanacaq.

Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib