Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI
Gundem / Dunya / Bolge / Video
Oxunub: 4 169
21 sen 2019 | 22:16
Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... - ŞOK SƏS YAZISI

Bugünlərdə redaksiyamızın elektron poçtuna SHXÇDX-nin Ağdam rayon idarəsində yaşanan biabırçılıqlarla bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatların mahiyyəti ilə tanış olduqda o da bəlli oldu ki, sən demə adı çəkilən dövlət qurumuna rəhbərlik edən Elxan Feyziyev, Ağdam rayon idarəsini əməlli-başlıca “kolxoz bazarı”na çevirib. Yəni, bu şəxs müharibə şəraitində yaşayan dövlətimizdə bir çox gənclərin, bu gün də hərbi xidmətdən yayınmalarına “yaşıl işıq” yandırmaqdadır. Onu da unutmayaq ki, ərsəyə gətirdiyi “kolxoz bazarı”na kənardan “bazarkom” gətirməyən idarə rəisi, adicə altı aylıq möhlət vaxtını “bazar”da 1700 manata “satışa çıxarır”. Məlumatlı şəxsin redaksiyamıza göndərdiyi başqa bir məlumatlarda o da qeyd olunur ki, nədənsə Elxan Feyziyevin “bazarlıq etdiyi” şəxslərin hər biri “jirnı kliyentlər” olur. Rayonun strateji sahələrindən birinə rəhbərlik edən bu şəxsin “sonuncu kliyentlər”indən biri də, məhz Ağdam rayon Sukanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun olduğu söylənilir. Belə ki, daxil olan məlumatlarda o halın varlığı da vurğulanır ki, rayonun Sukanal idarəsinə rəhbərlik edən bu şəxsin oğlu Vüsal Qəhrəmanzadə, BDU-nun beynəlxalq münasibətlər fakültəsinin sonuncu kursunu başa vurub. Amma, oğul Qəhrəmanov nədənsə “qəhrəmanlıq göstərib” sahib olmaq istədiyi diplomunu heç cür əldə edə bilmir. Buna da əsas səbəb, onun əvvəlki kurslardan qalmış beş “kəsr”inin olmasıdır. Məsələnin düşündürücü tərəfi odur ki, 18 yaş həddini çoxdan keçmiş Vüsal Qəhrəmanzadə, bu gün nə BDU-dakı problemlərini qaydaya sala bilir, nə də ki, Vətən qarşısındakı xidməti borcunu yerinə yetirir. Buna da bir çox amillərin varlığı səbəb olur.Vüsal Qəhrəmanzadənin bu gün hansı səbəbdən həqiqi hərbi xidmətdə olmaması ilə bağlı atası Vüqar Qəhrəmanova sual ünvanladıqda o, “komissara” 1700 manat pul verib altı ay müddətinə möhlət vaxtı almışıq” cavabını verdi. Bu yöndə apardığımız araşdırmalar zamanı belə bir məlumata da sahib ola bildik ki, sən demə qeyd olunan “haqq-hesabı” Ağdam rayon idarəsinin rəisinə, Sukanal idarəsi müdirinin tapşırığı əsasında, adı çəkilən vəzifə sahibinin sürücüsü Cəsarət adlı şəxs çatdırır. Elə ki, qarşı tərəf olaraq “komissar”dan da daxil olan məlumatlara münasibət bildirməsini xahiş etdik, o halda o, “Vüsal Qəhrəmanzadə ilə bağlı araşdırmalar aparacağıq”, az sonra isə, “təqdim etdiyi xəstəlik kağızı əsasında ona möhlət vaxtı verilib” deyə cavab verdi. Verilmiş belə bir cavabların varlığı, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Onu da bildirək ki, redaksiyamızda adı çəkilən vəzifə sahibləri ilə danışdığımız bütün danışıqların səsyazması var.
Düşünürük ki, dərc etdiyimiz belə bir açıqlamadan sonra SHXÇDX-nin rəisi, general Arzu Rəhimov, Ağdam rayon idarəsindəki “kolxoz bazarı”nın varlığı, yəni altı aylıq möhlət vaxtının 1700 manata “satışa çıxarılması” faktının və digər addımların araşdırılması yöndə aidiyyəti üzrə lazım olan tapşırığını verəcək. Yəqin ki, o halda əksər mətləblər hər kəsə gün təki aydın olacaq.P.S. Hörmətli oxucular! Yaşanan belə bir olaylarla bağlı hələlik Ağdam rayon Sukanal idarəsinin müdirinə sürücü işləyən Cəsarət adlı şəxsin, danışdığı danışıqların səsyazmasını sizlərə təqdim edirik. Az sonra isə, Ağdam rayon Sukanal idarəsinin müdiri Vüqar Qəhrəmanovun danışıqları danışıqların səsyazmalarını sizlərə təqdim etməyə çalışacağıq.
Mövzuya qayıdacağıq. Odur ki, bizi izləməyi unutmayın. //deryaz.az//
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO