11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi naziri aldadır? - VİDEO
Gundem / Sosial / Dunya
Oxunub: 2 139
31 iy 2019 | 11:05
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi naziri aldadır? - VİDEO


“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti və Bakı Şəhər Ekologiya İdarəsi 132 ağacın məhv edilməsini ört-basdır etmək istəyir.

Qeyd edək ki, Azerinfo.az bu məsələni xeyli vaxtdır araşdırır. Məsələ ondadır ki, bu məliumatı elə Ekologiya nazirliyində olan mənbəmiz məlumat vermişdi ki, bəs 132 ağac yoxa çıxıb.

Həmin məlumat ilkin olaraq belə idi:

“Bir müddət əvvəl Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindənƏbdürrəhman Haqverdiyev küçəsinə qədər 800 metr məsafədə yolun genişləndirilməsi ilə bağlı yol tikintisi altına düşən ağacların köçürülməsinə ETSN Dövlət Ekspertiza İdarəsində baxılıb.

Baxış zamanı həmin ərazidə 132 ədəd şəhər yaşıllığına aid ağac- 31 tut, 32 ayland, 5 meliya, 6 qladiya, 2 sərv, 3 şərq çinarı, 10 qarağaç, 4 iydə, 13 göyrüş, 3 ağcaqayın, 10 liqust və sakinlər tərəfindən əkilmiş meyvə ağacları siyahıya alınıb.

Bu ağaclar Azərbaycan Nazirlər Kobinetinin 30 avqust, 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə qaydalara əsasən kök torpağı ilə köçürülməli idi.

Ancaq ağaclar kökündən çıxarılıb və heç yana köçürülməyib.”

Hər zaman Heydər Əliyev yoluna sadaqətdən Saleh Məmmədov heç maraqlanmaytıb ki, 132 ağac hara getdi.

Yaşllığın məhvi həmçinin onun köçürülməyə nəzarət etməli olan 11 saylı Regional Ekologiya və TəbiiSərvətlər İdarəsinin rəisi Əlişah Rəcəbovla “qarşılıqlı faydalı” işbirliyi nəticəsində mümkün olub.

Çünki biz həmin məlumatı alan kimi, 11 saylı Regional Ekologiya və TəbiiSərvətlər İdarəsi ilə əlaqə saxladıq. Oiradan Eldar müəllim bildirdi ki, həmin ağacları “Azəryolservis”-in Yaşıllaşdırma İdarəsi köçürəcək. Guya onların mütəxəssisləri var.

Lakin sonra məlum oldu ki, bu “mütəxəssislər” yoldan tutulmuş adi fəhlələrdir. Ağacları qırıb çatıblar. Cavab olaraq da bildirirlər ki, 45 ağacı guya harasa köçürüblər, 87-si yerində. Köçürülmüş 45 ağacın da yoluq şəklini yollayıblar. Bilinmir haradı, nə ağaclardı. Real yerini göstərən yoxdu.

87 ağac da real olaraq yerində yoxdu. Biz bu məsələni qabardandan sonra Bakı Şəhər Ekologiyavə Təbii Sərvətlər Departamentinin rəsmisi Eldar müəlllimin qəfildən yadına düşdü ki, köçürülmə zamanı o da orda olub, hətta akt tərtib edib. Bəli, cənab nazir Muxtar Babayevə axı izahat vermək lazım idi.

Amma boş , sonradan yada düşmüş akt köməyə gəlməz. 45 ağac hara köçürülüb-demirlər. Qalan 87 ağac hanı-yenə bilinmir.

Bakı Şəhər İcra Hakimiyyəti nəzdindəki Yaşıllaşdırma İdarəsinin rəsmisi deyir ki, onlara müraciət edilsə idi ağacları münasib parklara köçürərdilər. Yaxşı mütəxəssisləri də var. Amma onlara müraciət olunmayıb.

11 saylı Regional Ekologiya və TəbiiSərvətlər İdarəsinin bu ilk işi deyil. Məsələn bir müddət öncə Bakıxanov qəsəbəsində, Yavər Əliyev 4 küçəsi ünvanda ağacların başına gətirilən oyunla məlumat verdik. Guya getdilər akt tərtib olundi filan. Real iş haqda heç bir xəbər verilmədi. Nəticə nədi, bilinmədi.

Videoçəkilişdə həmin yerdəki ağacların halı görünür.



P.S, Görün ağaclar nə gündədir

11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi naziri aldadır? - VİDEO


Ardı var.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...