Nazirlik təşvişdə-saxta akt tərtib edilir
Gundem / Sosial / Dunya
Oxunub: 960
26 iy 2019 | 16:00
Nazirlik təşvişdə-saxta akt tərtib edilir


132 ağacı bir gecədə qırıb yox ediblər-BAKININ DÜZ ORTASINDA

Saleh Məmmədovun agentliyi yenə yalan məlumat verir- ŞƏKİLDƏ 132 AĞACDAN CƏMİ 20-si VAR


Xəbər vermişdik ki, bir müddət əvvəl Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindənƏbdürrəhman Haqverdiyev küçəsinə qədər 800 metr məsafədə yolun genişləndirilməsi ilə bağlı yol tikintisi altına düşən ağacların köçürülməsinə ETSN Dövlət Ekspertiza İdarəsində baxılıb. Baxış zamanı həmin ərazidə 132 ədəd şəhər yaşıllığına aid ağac- 31 tut, 32 ayland, 5 meliya, 6 qladiya, 2 sərv, 3 şərq çinarı, 10 qarağaç, 4 iydə, 13 göyrüş, 3 ağcaqayın, 10 liqust və sakinlər tərəfindən əkilmiş meyvə ağacları siyahıya alınıb. Bu ağaclar Azərbaycan Nazirlər Kobinetinin 30 avqust, 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə qaydalara əsasən kök torpağı ilə köçürülməli idi. Ancaq ağaclar kökündən çıxarılıb və heç yana köçürülməyib.

Dünən AAYDA həmin yazıya münasibət bildirib. Guya bu vaxta qədər budanaraq 45 ağacın köçürülməsi həyata keçirilib. Hal-hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü tam başa çatdırılmadığı üçün, həmin tikililərin ətrafındakı yaşıllıqlar da köçürülməyib.Köçürülən 45 ağac suvarma ilə təmin edilmiş münbit torpaq sahələrinə köçürülüb. Bu ağaclara daim aqrotexniki qulluq göstərilir.

Bu yazıya aid bir foto da göndəriblər- Qol-budağı kəsilmiş, yarımcan olmuş 20 ağac olar ya olmaz. Bəs qalanı hanı? Həmin yeri niyə əyani olaraq jurnalistlərə göstərmək istəmirlər? Axı bizdə o qırılan ağacların siyahısı var, hansı növ, nə qədər. Adi bir foto ilə istəyirlər ki, media qane olsun.

132 ağac qırılıbsa 45 ağac niyə köçürülür.

Qqeyd edək ki, ağacların kəsilməsini bizə elə Ekologiya Nazirliyində olan mənbəmiz məlumat verib. Tam dəqiq. Elə həmin gün Bakı Ekologiya İdarəsində həmin əraziyə məsul olan Elman müəllimlə əlaqə (0552191155) yaratmışıq.O bildirib ki, “yazın getsin”.

Sonra Yol Yaşıllaşdırma İdarəsin ilə əlaqə yaratmışıq. Susublar.

İndi məsələ qabarandan sonra Elman müəllim deyir ki, ağaclar kəsiləndə guya orda olub. Akt da tərtib edib. 45 ağac kəsilib köçürülüb, 87 ağac yerindədir.

Sual veririk- hanı o 87 ağac, köçürdüyünüz 45 ağac bəs hanı? Fotosu yox, real yeri.

Yoxdur. Saxta aktla cənab naziri bir daha aldatmağa çalışırlar.

İnformasiyaya görə bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovunda birebaşa məsuliyyəti var.

Araşdırmamız davam edəcək.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...