Dövlət Departamentinin Azərbaycanın İŞİD-ə qarşı mübarizəsindən bəhs edən hesabatı – TAM MƏTN

ABŞ Dövlət Departamentinin "2014-cü il terrorçuluğa qarşı mübarizə" adlı hesabatı açıqlanıb
Azerinfo.az Azərbaycanla bağlı məqamlar əks olunan hesabatın tam mətnini əldə edib.
Hesabatın “Azərbaycan fəsli” adlanan hissəsində qeyd olunur ki, Azərbaycan terrorçuluğa qarşı mübarizədə ABŞ-la böyük tərəfdaşlıq münasibətlərinə malikdir: “Azərbaycan aktiv surətdə Qafqaz vasitəsilə insan resursları və pul vəsaitinin daşınmasına cəhd göstərən terrorçu təşkilatların fəaliyyətinin qarşısının alınmasında iştirak edir. Azərbaycan özünün anti-terror səylərini müvafiq əməllərdə ittiham olunan şəxslərin hüquqi çərçivədə təqib olunması, mühüm sayda qeyri-leqal silah və sursatın müsadirəsi, habelə xarici ölkələrdə terrorçu qismində vuruşmuş şəxslərin geri qayıtdıqdan sonra həbsi məsələlərinə yönəldib. Azərbaycan özünün anti-terror qanunvericiliyində müvafiq dəyişikliklər edərək, xarici ölkələrdə terror birliklərinin tərkibində vuruşma hallarına qarşı cəza tədbirlərini gücləndirib”.
Hesabatda o da qeyd olunur ki, Azərbaycanda İŞİD-ə qarşı mübarizədə də öz iradəsini göstərib: “Müvafiq iradə informasiya mübadiləsi və xarici terrorçuların İraq və Suriya ərazisinə yollanmasının qarşısının alınması, həmin ərazidə ekstremizmin dəstəklənməsi hallarının maliyyələşdirilməsi və qarşısının alınması müstəvisində özünü büruzə verib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri kimi mühüm təsir imkanlarına malik fiqurlar İŞİD ideologiyasına qarşı açıq mövqe tutublar.
Həmçinin, terrorçuluğa qarşı mübarizədə əsas məsul qurum Milli Təhlükəsizlik Nazirliyidir (MTN). Daxili İşlər Nazirliyinin (DİN) də ölkənin əsas hüquq-mühafizə orqanı kimi bu səpkidə rolu vardır. Hər iki nazirlik terrorçuluğa qarşı səmərəli mübarizə imkanlarını (terror fəaliyyətlərinin ifşa edilməsi və qabaqlanması) nümayiş etdiriblər. Səlahiyyətli orqanlar ölkəyə giriş limanlarında axtarışda olan şəxslərin siyahıları üzrə səmərəli iş, bioqrafik və biometrik məlumatların istifadəsi sahəsində imkanlarını nümayiş etdiriblər.
2014-cü il ərzində anti-terror tədbirləri çərçivəsində nəzərə çarpacaq işlər aşağıdakılar olub:
20 iyun tarixində MTN bəyanat yayıb ki, Badamdar adlanan ərazidə 18 ekstremist yaxalanıb. Bildirilib ki, radikal təmayüllü müvafiq şəxslər Suriyaya səfər etmək niyyətlərinə malik olublar.
23 sentyabr tarixində BMT bəyanat yayıb ki, Azərbaycandan kənarda xarici terrorçu döyüşçü qismində vuruşmuş, əksəriyyəti Suriya və İraqdakı İŞİD birliklərinə bağlı olan 26 şəxs həbs edilib.
1 dekabr tarixində səlahiyyətli qurumlar tərəfindən Bakı məscidlərindən birinə olan hücumun ardınca, anti-terror əməliyyatı həyata keçirilib. Müvafiq hücumu həyata keçirənlərdən birinin Suriyada İŞİD-ə qarşı vuruşmuş kürd silahlıları ilə əlaqəli şəxs olduğu bildirilib”.
Hesabatda həmçinin deyilir ki, Azərbaycan MONEYVAL-ın üzvüdür: “2009-cu ildən etibarən, Azərbaycan çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində mübarizə peşəkarlığını artırıb. Ölkədə Maliyyə Monitorinqi Xidməti təsis edilib, şübhəli maliyyə əməliyyatlarının müəyyən və məruzə edilməsi ilə bağlı maliyyə institutları üzərinə öhdəliklər qoyulub. Formal maliyyə sektorundan kənarda fəaliyyət göstərməklə maliyyə əməliyyatları həyata keçirən institutlara məruzə təqdim edilməsi ilə bağlı öhdəliklərin qoyulması və risk potensialı yaradır.
Ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan MONEYVAL-ın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində tövsiyələrinin icrasını davam etdirir. ABŞ Maliyyə Monitorinqi Xidmətinin əsas tərəfdaşlarından biridir. Müvafiq tərəfdaşlıq texniki yardım və təlim komponentləri xarakterizə olunur. USAİD təşkilatı da əvvəllər bu təşəbbüsləri dəstəkləyirdi”.
Hesabatda bildirilir ki, Azərbaycan ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatların fəal üzvüdür: “Azərbaycan anti-terror məsələsində NATO ilə əməkdaşlığı davam etdirir. Azərbaycan Xəzəryanı dövlətlərin işçi qrupları vasitəsilə terrorçuluğa, qaçaqmalçılığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə səylərinin əlaqələndirilməsində də iştirak edir.
Sünni-sələfi elementlərinin artması, həmçinin bir çox Azərbaycan vətəndaşlarının Suriya və İraqda döyüşlərdə iştirakı ilə bağlı məlumatlar fonunda ölkə rəsmiləri tərəfindən radikalizm və zorakı ekstremizm hallarının qabaqlanması istiqamətində təşəbbüslər həyata keçirilib. Bu müstəvidə, xüsusən məscidlərin daxilində kameraların quraşdırılması ilə nəzarət işinin gücləndirilməsi, sələfi din xadimlərinin loyal kadrlarla əvəzlənməsi, sələfilərə məscidlərdə rəhbər mövqelərin tutulmasının qadağan edilməsi, ekstremizmi təbliğ edən ədəbiyyatların yayılması, dövlət televiziyası üzərində nəzarət tədbirlərinin həyata keçirilməsi qeyd edilə bilər. Bundan əlavə, hökumət liderləri mütəmadi olaraq radikalizmə qarşı bəyanatlarla çıxış edir, tez-tez xüsusən radikal qrupların siyasi təsirinə qarşı mübarizə aparmaq və subyektlərin maliyyə dəstəyini sarsıtmaqla bağlı vədlər verirlər”.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi