132 ağacı bir gecədə qırıb yox ediblər-BAKININ DÜZ ORTASINDA
Gundem / Sosial / Dunya
Oxunub: 2 752
25 iy 2019 | 15:56
132 ağacı bir gecədə qırıb yox ediblər-BAKININ DÜZ ORTASINDA






İnsanlar hər zaman təbiəti qorumaq istəyəndə heç bir mexanizm işləmir. Ağaclar kəsilir, sonra cərimə, cəza yazılır, ancaq kəsilən ağacları yerinə bərpa etmək mümkün olmur.

Ulu Öndərin gözəl kəlamı var. Heydər Əliyev deyirdi ki: “Bir yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər”. Ulu Öndərin təbiətə, yaşıllığa bu qədər qiymət verməsinə baxmayaraq, Bakı şəhərində ağac “qətliamı” hələ də davam edir. Bəzən də gözümüzün önündə ağacları məhv edirlər. Növbəti ağac kəsimi hadisəsi isə Bakının düz ortasında olub,132 ağac məhv edilib.

Yol çəkilir deyə ağaclar qırılıb. Buna görə də məsuliyyət birbaşa “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədovun üzərindədir.

Azerinfo.az 132 ədəd ağacın necə məhv edilməsini araşdırmışdı.

Xəbər vermişdik ki, bir müddət əvvəl Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindənƏbdürrəhman Haqverdiyev küçəsinə qədər 800 metr məsafədə yolun genişləndirilməsi ilə bağlı yol tikintisi altına düşən ağacların köçürülməsinə ETSN Dövlət Ekspertiza İdarəsində baxılıb.

Baxış zamanı həmin ərazidə 132 ədəd şəhər yaşıllığına aid ağac- 31 tut, 32 ayland, 5 meliya, 6 qladiya, 2 sərv, 3 şərq çinarı, 10 qarağaç, 4 iydə, 13 göyrüş, 3 ağcaqayın, 10 liqust və sakinlər tərəfindən əkilmiş meyvə ağacları siyahıya alınıb.

Bu ağaclar Azərbaycan Nazirlər Kobinetinin 30 avqust, 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə qaydalara əsasən kök torpağı ilə köçürülməli idi.

Ancaq ağaclar kökündən çıxarılıb və heç yana köçürülməyib.

Hər zaman Heydər Əliyev yoluna sadaqətdən Saleh Məmmədov heç maraqlanmaytıb ki, 132 ağac hara getdi.

Bütün bunlar Saleh Məmmədovla Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisi Əlişah Rəcəbovun “qarşılıqlı faydalı” işbirliyi nəticəsində mümkün olub.

Kim cavab verəcək, kim məsuliyyət daşıyır bu 132 ağac üçün? Bir ağacdan ötrü cinayət işi açan , sahibkarları cərimələdən ETSN rəhbərliyi Əlişah Rəcəbovun hərəkətlərinə niyə göz yumur. Oğlunun xaricdə çıxardığı hoqqalarla gündəmə gələn

Saleh Məmmədov üçün qanunsuz əməllər törətmək adiləşib. Deyəsən bu Əlişah Rəcəbova da siyarət edib.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...