Siraqəddin Cabbarov vətəndaşa hücum çəkib - Sabirabadda ŞOK ÖZBAŞINALIQ
Gundem / Dunya / Bolge
Oxunub: 1 943
13 iy 2019 | 16:19
Siraqəddin Cabbarov vətəndaşa hücum çəkib - Sabirabadda ŞOK ÖZBAŞINALIQ



Bu günlərdə Sabirabad rayonu, M.H.Şəhriyar adına kənd sakini, 72 yaş həddində çatmış ağsaqqal Əhədov Abuzər Fərrux oğlu, ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova və digər yüksək çinli vəzifə sahiblərinə yazmış olduğu şikayət ərizəsinin bir surətini, Nyus.az saytının redaksiyasına da təqdim edib. Adı çəkilən bu şəxs redaksiyamıza təqdim etdiyi ərizəsində yazır: “Bir neçə gün bundan öncə 15 nəfər kənd sakini ilə birlikdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun qəbuluna getmişdik. Görüş zamanı icra başçısı bir qədər bizi dinlədi, az sonra üstümə hücum çəkdi, nəlayiq söyüşlər söyüb məni təhqir etdikdə qaçıb zorla onun əlindən çıxa bildim. Siraqəddin Cabbarovun Binəqədi rayonunda 100-lərlə avtobusu var ki, onların hər biri marşrut xətlərində işləyir. İmişli rayonunda asfalt zavodu var. Bu şəxs Bakı şəhərində ayrı-ayrı şəxslərin adına neçə-neçə villa, mənzil və digər daşınan, daşınmaz əmlaklar alıb. Siraqəddin Cabbarov bu gün Sabirabadda Allahlıq iddiasına düşüb. O, İmam Hüseyni lağa qoyub gülür və deyir ki, “ölən də, öldürəndə ərəbdir, biz nə üçün onlara ağlamalıyıq”. İcra başçısı məscidlərə qadağa qoyub, azan verilməsinə imkan vermir. Bir sözlə, bu icra başçısı Prezidentə problem yaradan reketə bənzəyir.
Mən 20 il Quşçuluq Stansiyasının müdiri, kolxoz sədri, kənd sovet sədri, icra nümayəndəsi, 16 il isə poçt şöbəsinin müdiri vəzifələrində işləmişəm. Harada işləmişəmsə hər zaman vicdanım özümə hakim olub. Bu gün mənim heç “su putkam” da yoxdur. Hazırda Siraqəddin Cabbarov rayon sakinlərini vahimədə saxlayır. Məgər indi quldarlıq dövrüdür? İcra başçısı daim vurğulayır ki, “mən “yeraz”am, Prezidentin yerlisiyəm və sizi məhv edəcəyəm”. Mənim az yaşım yoxdur, heç vaxt nə mərhum prezidentimiz Heydər Əliyev, nə də ki, cənab İlham Əliyev ölkəmizi regionlara bölməyib. Bu şəxsin sahib olduğu sərvət 100 min dollarla ölçülür.
Siraqəddin Cabbarov Saatlıda icra başçı olan zaman 84 yaşlı Ağavəli Həsənova məxsus şirkəti buldozerlə darmadağın etdirdi və həmin yerdə Bayraq meydanı inşa olundu. Ondan şikayət edən Ağavəli Həsənova küçədə xəsarət yetirtdirdi və o, dörd gün hüuşsuz qalıb dünyasın dəyişdi. Saatlı Su-Kanal İdarəsinə məxsus boruları satdırıb mənimsədi. İdarənin müdiri guya meşədə özün asıb öldürüb. Əgər belə bir fakt lazımınca araşdırılarsa, o halda bəzi həqiqətlər ortaya çıxar. Bu şəxs “yırtıcı”dır. Əgər onun qəbulunda olduğum zaman qaçmasaydım, bəlkə mənim də taleyim lap pis olardı. İcra başçısının qəbulunda olarkən telefonlarımızı müsadirə etdirdi ki, onun atdıqları addımlarla bağlı heç bir çəkiliş çəkə bilməyək”.
Hörmətli oxucular! Dərc etdiyimiz bu açıqlamada səslənən fikirlər Sabirabad rayonu, M.H.Şəhriyar adına kənd sakini Əhədov Abuzər Fərrux oğluna məxsusdur. İcra başçısı Siraqəddin Cabbarovun ünvanına səslənən belə bir ittihamlarla bağlı bir redaksiya olaraq hələlik konkret nəsə deyə bilməsək də, deyəcəyimiz fikir o olacaq ki, biz bu yöndə araşdırmalarımızı davam etdirəcəyik. Əgər yetərincə təsdiq olunmuş məlumatları əldə edə biləcəyiksə, o halda sizləri baş verən olaylarla bağlı ətraflı məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.\\Nyus.Az
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”