Əbülfəz Məlikov brokerlərini 100 min manatlarla ziyana salıb – vergiləri ödəmirmiş
Gundem / Sosial / Dunya
Oxunub: 2 299
4 in 2019 | 17:22
Əbülfəz Məlikov brokerlərini 100 min manatlarla ziyana salıb – vergiləri ödəmirmiş













Brokerlər ailəsini, evini, maşınını itirib, 100 min manatlarla vergi borcları yığılıb…

İllərlə ölkənin Gömrük sistemini tam nəzarətində saxlayan, bu qara işdən həm özünə, həm də havadarlarına milyonlar qazandıran “Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikovla bağlı ilğinc iddialar var.

Bizimxeber.az-a daxil olan məlumata görə, Əbülfəz Məlikovun qurduğu Broker xidməti yüzlərlə brokerin anasını ağlar qoyub. Daha doğrusu, “Broker MMC”də broker kimi işləyən insanlar bu sistemə girməklə həyatlarını qumara qoyublar. İllərlər borker kimi çalışan insanlardan bir neçəsi ilə apardığımız söhbət zamanı şok edici məlumatlar ortaya çıxdı. Sən demə, Məlikov milyonları bu yazıq brokerlərin həyatlarını risqə atmaqla qazanıb.

Belə ki, “Broker MMC”-də çalışan brokerlərin adına VÖEN açılırmış. “X” şirkətin gətirdiyi məhsul bu brokerin adına yazılaraq Əbülfəz Məlikovun nəzarəti altında gomrükdə rəsmiləşdirilirmiş. Daha sonra brokerə cüzi faiz verilimiş. Nəticədə brokerin adına gətirilən məhsulun vergisi ödənmirmiş. Aylarla vergi borcu yığılıb qalırmış.

Keçmiş vergilər naziri Fazil Məmmədovla razılığa gələn Məlikov bu ödənişləri “birdəfəyə” prinsipləri ilə qeyri-rəsmi həyata keçirirmiş. Fazil Məmmədov vurulduqdan sonra brokerlərə qanunu formada ödənməyən 100 min manatlarla borc yazılıb. Məlikov isə qaçıb gizlənib.

Elə bunun nəticəsidir ki, bu gün 100-lərlə “broker”-in vergilər nazirliyinə 100 min manatlarla borcu var. Ən dəhşətlisi budur ki, Ə.Məlikovun bu əməlinin qurbanı olan brokerlərin əksərinin evləri, maşınları əlindən alınıb, ailələri dağılıb. Hətta bir neçə broker intihara əl atıb, özünü öldürməyə cəhd edib. Bir sözlə, Məlikovun bu sistemi onların evini yıxıb.

Məlumata görə, bu vergi borclarını ödəməli olan Əbülfəz Məlikov da kimsəyə bir manat kömək etməyib. “Bütün ailəm dağıldı, evim əlimdən çıxdı, vergilərə 100 min manat borcum var” deyən broker qeyd edir ki, bu pulları Əbülfəz Məlikov ödəməli idi. Amma hamını aldadaraq qaçıb. İndi isə qazandığı milyonları rahat-rahat xərcləyərək 100-lərlə insanın balasını gözüyaşlı qoyub.

Məlumata görə, hazırda yeni brokerləri tora salan Məlikov eyni əməlini Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının Loqistika Mərkəzlərində davam etdirir. Amma bu dəfə daha sistemli formada. Yenə vergidən yayınmaq üçün ciddi planlarını işə salıb.

Daha bir araşdırılmalı məqam isə Əbülfəz Məlikovun üzərində açıq qalan bir neçə cinayət işi faktıdır. Bu barədə konkret bilğiləri çox yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. /Bizimxeber.Az/
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı