"Ağacı şagirdin belində sındırma" fənni təlim etdirilir -12 saylı peşə liseyində nələr baş verir
Gundem / Sosial / Dunya
Oxunub: 1 506
8 apr 2019 | 11:51
"Ağacı şagirdin belində sındırma" fənni təlim etdirilir -12 saylı peşə liseyində nələr baş verir














Sadiq oxucularımız bəlkə də xatırlayarlar 7-12-2018 tarixdə Azerinfo.az saytında "Bizə sənət öyrədin"-12 saylı Peşə Litseyindən ŞİKAYƏT" sərlövhəli tənqidi məqalə getmişdi. Məqalənin qayəsini Bakıxanov qəsəbəsindəki Şahin Bəylərovun direktor əvəzi kimi rəhbərlik etdiyi Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin 12 saylı Bakı Peşə Liseyində baş verən neqativ hallar barədə məlumatlar təşkil edirdi.

Elə həmin ərəfədə bəzi başqa kütləvi informasiya vasitələrində sözügedən peşə təhsili müəssisəsinin (bundan sonra "lisey") müəllimi Oktay Allahverdiyevlə 307-ci qrupun şagirdi Elvin Xəlilov arasında düşən mübahisəni əks etdirən video barədə məlumatlar yayıldı. Bildirilirdi ki, videoda müəllimin şagirdiyi döydüyü əks olunub. Amma direktor əvəzi o vaxt KİV-ə verdiyi açıqlamalarda bu hadisəni "uşaq şıltaqlığı", "şagirdlərin qurması", "qabaqcadan təşkil olunmuş təxribat", "müəllimi tora salma" kimi təqdim etmiş, məsələnin hüquq-mühafizə orqanlarında araşdırıldığını demişdi.

Lakin sonradan bizə məlum oldu ki, liseydə şagirdlərlə müəllimlər, müəllimlərlə müəllimlər arasında bu cür mübahisələr tez-tez düşür və cənab Şahin Bəylərov heç də bütün müəllimləri Oktay Allahverdiyevi müdafiə etdiyi kimi müdafiə etmir, kollektiv üzvlərinə ayrı-seçkilik münasibəti sərgiləyir. Yeri gəlmişkən qeyd edək ki, Şahin Bəylərovun bu cür yarıtmaz idarəçiliyi barədə əvvəllər də mətbu və elektron nəşrlərdə informasiyalar dərc olunmuşdur. Məsələn, bir neçə il əvvəl yayılmış, saytlardan birinin internet resurslarında hələ də qalmaqda olan "Lisey kollektivi Mikayıl Cabbarovdan imdad dilədi" başlıqlı yazısında kollektivin bir qrup üzvünün sabiq təhsil nazirinə açıq şikayəti təqdim olunmuşdur. Şikayət məktubunda liseydə dərəbəyliyin hökm sürməsinə iki səbəbkar göstərilmişdi - tədris-istehsalat işi üzrə müdür müavini Şahin Bəylərov və dərs hissəsinin müdürü Şəlalə Əsədova. Həmin saytın bu iki şəxsin barəsində yazdıqlarının məsuliyyətinin altına girmək istəmirik. Hörmətli oxucular elə bilməsinlər ki, biz "Azerinfo.az" olaraq araşdırmalarımızı yalnız başqa KİV üzərərindən qururuq, xeyr. Bu məqaləni aprelin 1-də redaksiyamıza təşrif buyurmuş üç qonağın söylədikləri əsasında hazırlamışıq.

Bəri başdan qeyd edək ki, təqvim üzrə "Gülüş Günü" olsa da, qonaqlarımızın - "Ağac nəqqşlığı" qrupunun rəhbəri, Azərbaycan dili-ədəbiyyat müəlliməsi Nahibə Orucovanın, məktəbin sabiq müəlliməsi Füruzə Alıyeva və valideyn Elmira Müslümova tam ciddiydilər. Nailə müəllimə deyir ki, 63 yaşı, 42 illik pedaqoji ştatı var. Oqtay Allahverdiyevin uşağı döyməsi faktını təsdiqləyərək bildirdi ki, Şahin Bəylərov o vaxt telekanallarda da getmiş həmin videonu saytlardan sildirib. Dediklərindən: "Şahin Bəylərov direktor müavini ola-ola direktor vəzifəsini icra etməsi ilə, neçə direktoru "yola salması" ilə həmişə öyünür. Yola saldığı sabiq direktorların əvəzinə rəhbər vəzifənin icraedicisi kimi həmişə o qalır. Onun yarıtmaz idarəçiliyi, müəllim kollektivinə və şagird kontingentinə qarşı korrupsiya hüquqpozmaları barədə Peşə Təhsili Agentliyinə birbaşa ünvanlanan və yaxud, yuxarı instansiyalardan (Təhsil Nazirliyindən, prokurorluqdan və s.) aidiyyəti üzrə göndərilən şikayətnamələr Agentlikdə "itib-batır". 2017-2018-ci tədris ilində 307-ci qrupun rəhbəri olmuşam. Qrupun təlim ustası Oktay Allahverdiyevlə narazılıq doğuran fəaliyyətinə görə mübahisəmiz olub. Mübahisə zəminində məni söyüb. Şikayət etmişəm. Hal şahidi olan üç nəfər şagirdə və onların valideynlərinə təzyiq göstərərək, şahidlik etmək fikirlərindən döndərməyə çalışıblar. Şagirdlərdən birini ümumiyyətlə, liseydən çıxarıblar. Bununla da kifayətlənməyib həmin şagirdin valideyinini liseyə çağırıb "sənin uşağın oyuna düşüb" deyərək mənim əleyhimə izahat yazmağa məcbur ediblər. İkinci şahid isə qız olduğundan, valideyni xəbər tutaraq qız övladının söyüşə şahidlik etməsinə razı olmayıb. Haqqın tərəfində qalan üçüncü şagirdə də təzyiq göstərməkdə davam edirlər. Oktay Allahverdiyev ilk dəfə liseyə gələndə sabiq direktor Rəhim müəllim onun sənədlərində çatışmazlıqların olduğunu, rus dili, estetika fənnini tədris etməyə ixtisasının uyğun gəlmədiyini aşkar etmişdi, ixtisara salmış, 1 saylı liseyə göndərmişdi. Rəhim müəllim lisey rəhbərliyindən gedəndən sonra Şahin Bəylərov Oktayı və digər ixtisar olunmuşları geri qaytararaq onları Şəlalə Əsədova ilə birgə yaratdığı qruplaşmaya üzv elədi. Mənim rəhbərlik etdiyim qrupun ikinci tədris ilində Oktay Allahverdiyev təlim ustası kimi fəaliyyətə başlayanda tələbə bileti üçün gənclərin hərəsindən 10 manat pul yığıb. Sonradan şagirdlər həmin biletin cəmiyyət arasında heç bir imtiyaz vermədiyini, tərtib olunmasının isə 1 manata başa gəldiyini görərək etirazlarını mənə bildirdilər. Narazılıq edirdilər ki, həftədə iki gün praktikamız var, Oktay müəllim isə təlim keçmir, yeyib-içməklə məşğuldur. Halbuki, guya keçdiyi təlimdə guya işlətdiyi taxta üçün şagirdlərdən 7-8 manat pul yığır. Qrup rəhbəri mən ola-ola məlum olurdu ki, Oktay Allahverdiyev şagirdə nəyinsə müqabilində evdə qalmasına, dərsə gəlməməsinə icazə verib. Bu kimi hallardan cana doyan valideynlər keçən ilin sentyabrından şikayət etməyə başlayanda Oktay Allahverdiyev başladı guya həqiqi dərs keçməyə. Onu da necə? - Ağacı uşağın belində sındırmaq üsulu ilə..."

Nahibə müəllimə yeyir ki, Şahin Bəylərov onun yarıtmaz siyasətinə qarşı çıxan müəllimlərə qarşı öz qruplaşmasının üzvlərini, şagirdləri və onların valideynlərini səfərbər edərək təzyiq göstərir, yaxşı halda vəziyyətlə barışmağa məcbur edir, pis halda liseydən kənarlaşdırır. Direktor əvəzinin bu cür "zərərsizləşdirdiyi" tərəqqipərvər müəllimlərdən biri də Alıyeva Füruzə müəllimə olmuşdur. Füruzə müəllimə söhbətində bildirdi ki, keçən il sentyabr ayının 15-də eyni kollektivdə (12 saylı liseydə) işləməyimin 5 ili tamam olacaqdı və mən toxunulmazlıq statusu qazanacaqdım. Şahin Bəylərov mənə onu çox gördü və avqustun 21-də ixtisasımın düz gəlmədiyini bəhanə edib Əmək Məcəlləsinin 77-ci maddəsi ilə ixtisara saldı və 7 saylı liseyə göndərdi ki, bəs sənin ixtisasın ordadı. Heç kəslə intriqam olmayıb, sadə orada məndən başqa daha iki nəfər informatika müəllimi də var ki istəmirlər onların saatları azalsın. Halbuki, mən informatika müəllimliyi üzrə imtahan verib ən yüksək sayılan 46 bal toplamışam..."

Müəllimlər "əzəli və əbədi" direktor müavini Şahin Bəylərovun qol qoyduğu digər qanunsuzluqlardan, "ağacdan bədii məmulatlar hazırlayan usta" Fərhad Hacıyevin orta ixtisas təhsili diplomu ilə həm usta, həm baş usta, həm də həmkarlar təşkilatının sədri vəzifələrini aparmasından, şagirdlərin təcrübə müəssisələrinə aparılmamasından danışdılar. Onlara görüşümüzdə iştirak edən valideyn Elmira Müslümova da qoşuldu: "Mənim nəvəm Müslümzadə Nihat Polad oğlu "Asan Peşə" vasitəsilə liseyə qəbul olunub. Oktay müəllim tez-tez evə zəng vuraraq uşaqdan narazılıq edir, gah 3, gah 5 dəqiqə dərsə gecikdiyini deyirdi. Mənə qəribə gəldi ki, hətta dərsə gəlməyən uşaqlar olduğu halda mənim nəvəmin 3-5 dəqiqə dərsə gecikməsi niyə məktəb üçün faciəyə çevrilib. Mən də öz növbəmdə bunun səbəbini soruşduqda axırda dilə gəlib dedi ki, pul ver, bu söhbət bitsin. Beləliklə, məlum oldu ki, "Asan Peşə" layihəsi üzrə imtahan edilib gələnlər, yəni, "qılınclarının altından keçməyənlər" bunlara sərf eləmir. Əlbəttə ki, onun tələbini yerinə yetirmədik. Axırda uşağı nadinclikdə suçlayıb . Qızım (uşağın bibisi) məsələni ayırd etmək üçün liseyə gedəndə onu da şərləyib verdi polisə ki, bəs guya "zauçu" söyüb. Halbuki, özü mənim nəvəmə "bicbala" deyərək təhqir edib".

Redaksiyamızın qonaqları bizə dediklərinin (hətta həm də demədiklərinin) sübutu kimi xidmət edəcək audio-video materiallar da təqdim etdilər. Hələlik öyrənilmə mərhələsində olan həmin materialların şərhini də oxucularla irəliləyən görüşlərimizdə təqdim edəcəyik.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR