"Azərbaycan Avropa Oyunlarını nüfuzdan salma cəhdlərinin şahidi olur" - İlham Əliyev
Gundem / Siyaset
Oxunub: 1 619
2 may 2015 | 18:44
"Azərbaycan Avropa Oyunlarını nüfuzdan salma cəhdlərinin şahidi olur" - İlham Əliyev




















"Ümid edirik ki, Birinci Avropa Oyunları bütün Avropa idmançılarının ümumi bayramına çevriləcək. Bu bizim üçün böyük məsuliyyətdir"

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Prezident qeyd edib ki, Azərbaycan bu Oyunların keçirilməsinə yeganə namizəd idi: "Ümumiyyətlə, əgər o zaman buna razılığımızı verməsəydik, yəqin ki, bu, ideya olaraq qalacaqdı. Mən bu ideyaya həmişə dəstək verən Avropa Olimpiya Komitəsinin Prezidenti cənab Patrik Hikkinin müstəsna rolunu qeyd etmək istəyirəm. Bu bizim üçün böyük məsuliyyət idi, lakin bizi daha böyük - Olimpiya Oyunları ilə müqayisəyə gələn Avropa Oyunlarını 2,5 ilə və hətta daha az müddətə keçirmək şərəfi gözləyirdi. 6 mindən çox idmançı, idmanın 20 növü".

Dövlət başçısının sözlərinə görə, ancaq Azərbaycan vəzifənin öhdəsindən gələ bildi: "Məşəl artıq alovlandırılıb. Biz onu qədim Atəşgah məbədində alovlandırdıq, bu, Zərdüştlüyün qədim məbədidir. Bildiyiniz kimi Azərbaycan bir çox dinlərin – Zərdüştlük, İslam, Xristianlıq, Yəhudilik – bir araya gəldiyi diyardır, ölkəmizdə xalqlar arasında unikal qardaşlıq mühiti və dinlərarası əməkdaşlıq yaradılıb. Buna görə də məşəl artıq ölkəmiz üzrə səyahət edir".

İlham Əliyev bildirib ki, Azərbaycan Oyunlar yaxınlaşdıqca, bu hadisəni nüfuzdan salma cəhdlərinin daha aydın şahidi olur: "Bu, bizdə yalnız təəccüb və heyrət doğurur. Bu nəyə lazımdır? Sanki bu, kimisə necə deyərlər cana gətirib ki, Azərbaycan belə Oyunları keçirə bilər. Buna görə də hazırda biz Soçi Olimpiadası ərəfəsində yaşadığınızın demək olar ki, eynisini yaşayırıq – nüfuzdan salma, yalan, uydurma, guya bizim xərclərimizlə bağlı tamamilə astronomik rəqəmlər qeyd edilir. Prinsipcə, Oyunları keçirmək üçün əməliyyat xərclərinə cəmi bri neçə yüz milyon dollar xərclənib. Malik olduğumuz idman obyektlərinin 90 faizi ya tikilmişdi, ya da qərar qəbul edilməzdən əvvəl tikintisinə başlanılmışdı, yəni biz onları Oyunlar üçün tikmirdik. Bakının nəqliyyat infrastrukturu bundan əvvəl də inkişaf etmişdi, siz bizdə tez-tez olursunuz və bunu görürsünüz. Buna görə də hazırda belə yalan, nifaq və kin kampaniyasına məruz qalmışıq. Lakin əsas bu deyil, əsas odur ki, dostluq və idman bayramı yaradacağımıza əminəm və əsas qonaqlarımız əlbəttə ki, idmançılar olacaqlar. Biz bu bayramda iştirak etmək istəyən hər kəsi – idmançıları, turistləri, Avropa, MDB ölkələrinin sıravi vətəndaşlarını dəvət edirik, özünüzü evinizdəki kimi yaxşı mühitdə hiss edin. Və Rusiya komandasına uğurlar arzulayıram, fikrimcə, Rusiya bu Oyunların əsas favoriti olacaq".
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi