QANDONDURAN OLAY! Azərbaycanın İstanbuldakı Konsullugunda meyid alveri? - Aidiyyatı qurumlara VİDEO MÜRACİƏT
Gundem / Sosial / Video
Oxunub: 4 646
18 fev 2019 | 12:57
QANDONDURAN OLAY! Azərbaycanın İstanbuldakı Konsullugunda meyid alveri? - Aidiyyatı qurumlara VİDEO MÜRACİƏT










Bakı Şəhər sakini Məhrubə Usubova Qaynarxett.az vasitəsilə Prezident İlham Əliyevə, Vitce- Prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova və Xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib. Vətəndaşın müraciətinə səbəb Azərbaycanın Türkiyənin İstanbuldakı Konsulunun müavini Vüsal Musayevin onun başına gətirdiyi dəhşətli olay olub. Məhrubə Usubova bildirir ki, 2017-ci ilin iyul ayında 1994-cü il təvəllüdlü oglu Orxan Vüqar oglu Həsənzadə Türkiyənin İstanbul şəhərinə gedib. Orada "Ekimətlokantas" kafesində iş tapıb. Orxan bu kafedə evlərə motosikletlə yemək daşıyırdı. Dəfələrlə onun yanına gedib- gələn, demək olar ki, hər gün saatlarla onunla telefon əlaqəsi saxlayan Məhrubə xanım 07.06.2018-ci il tarixdə onun telefonunun sönük olduğunu görüb Orxanın İstanbuldakı dostları ilə əlaqə saxlayıb, Dostları ona bildiriblər ki, Orxan son dəfə 07.06.2018-ci il tarixdə axşam evdən çıxıb işə gedib və geri qayıtmayıb. Təxminən 5-6 gün bəlkə bir xəbər oldu, deyə gözləyən ana dözməyərək Xarici İşlər Nazirliyinə gedib və oğlunun itməsi haqda yazılı məlumat verib.

Ankara səfirliyində işləyən Elvin adlı şəxs bir həftədən sonra telefonla ona məlumat verib ki, sizin oğlunuz haqda heç bir məlumat yoxdu. Bunu eşidən Məhrubə Usubova 07.08.2018-ci il tarixdə İstanbula gəlib və Azərbaycan Konsullugunda konsulun müavini Vüsal Musayevlə görüşüb. Hər şey də bundan sonra başlayıb. Vüsal Musayevin İlk sözü bu olub ki, oğlunun 23 yaşı var, axtarma, o. İŞİD-a qoşulub, get rahat ol, nə vaxtsa qayıdar.
Məhrubə xanım hər gün İstanbuldakı bütün polis idarələrini, xəstəxanaları, tutuqlu mərkəzlərini, yabancı şöbələri bir-bir gəzib, amma oglundan heç bir xəbər ala bilməyib. Hər gün də konsulluga, Vüsal Musayevin yanına gedib, övladı haqqında nəsə məlumat varmı soruşanda " Dedim axı İŞİD-a qoşulub yoxdu" cavabını alıb. Dəfələrlə Konsulla görüşməyə cəhd etsə də, Vüsal Musayev hər dəfə bir bəhanə ilə ona nane olub.

İstanbulun kücələrində sərkərdan qalan Məhrubə Usubovaya bir polis idarəsində bildiriblər ki, oglunun itgin düşməsi barədə yazılı ərizə versin , üç günə xəbər çıxmasa savcılığa rəsmi məlumat verəcəklər. Üc gündən sonra polis şöbəsindən ona verilən cavab ananı yerində dondurub. "Gedin konsulluga, onların hər şeydən xəbəri var".

Özünü ələ alaraq konsulluga gəlib. Vüsal Musayevin yanına getməli oldugunu deyib, mühafizəcilər isə icəri buraxmayıblar. Özünü yandıracagını deyib, səs-küy salıb. Böyük cək-cevirdən sonra Vüsal Musayevlə görüşə bilib. " ...Mən ona hər şeyə hazıram, oglum ölübsə də, tutulubsa da deyin deyə təkid etdim. Onda Vüsal Musayev "oğlun ölüb", bildirdi. "Bəs 45 gündü məndən niyə gizlədirsən bunu" soruşanda "anasan, yazığım gəldi" dedi. "Uşaq hardadı" soruşdum, morqa yolladı. Morqa getdim, "niyə konsulluğa deməmisiniz" soruşanda "xəbərləri var, meyidə sahib çıxmadılar, bir ay morqda qaldı, məcburən kimsəsizlər qəbristanlıgında dəfn etdik" dedilər."

...Məhrubə Usubova öz hesabına bilet alıb meyidi Azərbaycana gətirməli olub.. Vüsal Musayev isə dönə-dönə ona bildirib ki, tabutu acmaq lazım deyil meyid yuyulub kəfənə bükülüb, narahat olmasın.

"Məzarlıqda tabutun acılmasını istədim, həmin vaxtda Vüsal zəng edib dedi ki, ehtiyac yoxdur baxmaga, təcili təyyarəyə çatmalısan.."

Məhrubə xanım oglunun nəşini Bakıya 47 gündən sonra gətirə bilib. Xırdalan məscidində dini qaydalara uyğun övladımı yudurdub qüsullanmasını istəyib və həmin vaxt övladını yuyan Mirişov Kərrar Eynulla oğlu, mərhumun atası Vüqar Həsənəov, əmisi Ümüd və qızı Xəyalə meyidin əynində şalvar və kəfənə bükülmədən bir torbaya qoyuldugunu görüblər. Ən dəhşətlisi isə meyidin sinə hissəsindən göbəyə qədər yarılaraq daxili orqanlarının cıxarildıgının şahidi olublar.

Biz Azəri övladını bu cür kəfənə bükmədən, yumadan, əynində şalvarla necə dəfn edərlər qardaş dediyimiz ölkədə, ilahi!!! Vətəndaşın bu iddiası ilə baglı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırdır.Qaynarxett.az Bakı Şəhər sakini Məhrubə Usubovanın Prezident İlham Əliyevə, Birinci Vitce- Prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova və Xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış bu dəhşətli olayla bağlı ətraflı video müraciətini təqdim edir:
Qaynarxett.az

Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü