Muxtar Babayev icazə verib, Saleh Məmmədov isə Balakəni ekoloji fəlakətlə üz-üzə qoyub?!…PROBLEM– VİDEOFAKT
Gundem / Sosial / Dunya
Oxunub: 799
24 yan 2019 | 16:40
Muxtar Babayev icazə verib, Saleh Məmmədov isə Balakəni ekoloji fəlakətlə üz-üzə qoyub?!…PROBLEM– VİDEOFAKT















Balakən rayonu ekoloji fəlakətlə üz-üzə qalıb. Acınacaqlı vəziyyəti yaradan isə 15 saylı Yol İstismar İdarəsinin rəisi Rüstəm Paşayevdir.
Yenixeber.org: Balakəndən redaksiyamıza ünvanlanan videoçəkilişdə Rüstəm Paşayevin rəhbərlik etdiyi asfalt zavodunun havaya buraxdığı zəhərli tüstü tam aydınlığı ilə diqqəti cəlb edir. Bununla bağlı idarə rəisi ilə əlaqə saxlamağımız bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. Rüstəm Paşayevin sözlərinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin asfalt zavodunun fəaliyyətinə razılıq verib. Ətraf kəndlərdə yaşayan sakinlərin sözlərinə görə bütün gücü ilə 24 saat çalışan asfalt zavodunun havaya buraxdığı zəhərli, qara tüstünün fəsadlarını onlar da hiss etməyə başlayıblar. Göz qabağında olan acınacaqlı mənzərəni Balakən rayonunda fəaliyyət göstərən bütün dövlət qurumları seyr edirlər. Məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinin birinci müavini Azad müəllimlə əlaqə saxladıq. O bizə məsləhət gördü ki, suallarımızı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlayaq. Maraqlıdır, Prezident İlham Əliyev ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində islahatları həyata keçirdiyi bir vaxtda, onun yerlərdəki nümayəndələri nədən göz qabağında olan qanunsuzluqlara göz yumurlar? Balakən Rayon İcra Hakimiyyəti onlara ünvanlanan videogörüntünü araşdırıb tədbir görmək əvəzinə bizi başqa istiqamətə yönəltməklə işini bitmiş hesab edir. Sakinlər arasında apardığımız sorğu zamanı onlar qeyd etmişdilər ki, Rüstəm Paşayev Rayon İcra Hakimiyyəti ilə “isti münasibətlər” qurmağı bacarıb. Yəqin buna görə də Balakən Rayon İcra Hakimiyyəti təqdim etdiyimiz faktları araşdırmaq marağında deyil.



Digər maraqlı məqam ondan ibarətdir ki, Yol İstismarı İdarəsinin rəisi açıq formada etiraf edir ki, asfalt zavodunun fəaliyyət göstərməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Şəxsən nazir Muxtar Babayevin bu məsələdən xəbərdar olması inandırıcı görünmür. Çünki, Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyyələrinə zidd addım sayılacaq bu hadisə nazir Muxtar Babayev tərəfindən təxribat kimi dəyərləndirilə bilər. Belə çıxır ki, nazir Muxtar Babayevin yerlərdəki kadrları ondan xəbərsiz “gizli sövdələşmələr”ə qol qoyurlar.

Gün ərzində AAYDA və ETSN ilə əlaqə saxlamaq cəhdlərimiz həmişə olduğu kimi puça çıxdı. Buna baxmayaraq qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir…(Bakunews.az)
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu