Azərbaycan Dillər Universitetində nələr baş verir? – Rektor Kamal Abdullanın ətrafı ilə bağlı iddia
Gundem / Dunya / Bolge
Oxunub: 1 405
28 dek 2018 | 16:18
Azərbaycan Dillər Universitetində nələr baş verir? – Rektor Kamal Abdullanın ətrafı ilə bağlı iddia















Ötən həftə Azərbaycan Dillər Universitetində baş verən məsələlərlə bağlı həm imzalı, həm də imzasız məktubların KİV-lərə göndərilməsi nəticəsində saytlarda xoşagəlməz fikirlər yayıldı.

50 ilə yaxın universitetin kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Elmira Baxşəliyeva tərəfindən yazılan, həmçinin ölkə prezidenti İlham Əliyevə də ünvanlanan açıq məktubda bildirilirdi ki, onu şantaj və təhdid yolu ilə işdən uzaqlaşdırmaq istəyirlər. Məktub müəllifi universitetdə vəzifələrin satıldığını, rektorun çoxsaylı qohumlarının vəzifələrə təyin olunduğunu,bəzi mütəxəssislərin sıxışdırıldığını, vəzifələrin savadsız və təcrübəsiz şəxslərə verildiyini, ADU-ya 200-dən artıq yeni işçi qəbul edildiyini, universitetdə qeyri-sağlam, mənəvi-əxlaqi mühitin hökm sürdüyünü, işçilər arasında ayrı-seçkiliyin və digər neqativ halların olduğunu bildirib.

Qarşı tərəf – ADU-nun mətbuat xidməti isə səsləndirilən fikirlərin cəfəngiyyat, yalan, böhtan olduğunu bildirməklə bərabər,tərəflər arasındakı mübahisənin məhkəmə müstəvisində baxıldığını vurğuladı və bir neçə cümlə ilə Elmira Baxşəliyevanın yaratmaz işini və pozucu hərəkətlərini pislədi.Ertəsi gün isə saytlarda məlumat yayıldı ki, ADU-nun kadrlar şöbəsində çalışan Elmira Baxşəliyeva işdən azad edilməyib,universitetin həmkarlar şöbəsində işlə təmin olunub.

Məsələnin bununla bitdiyinin təxmin edildiyi bir zamanda, deyəsən, tərəflər arasında “kompromat” savaşı yeni bir mərhələyə qədəm qoyur.

Bir neçə gün əvvəl Faktinfo.az-a ADU ilə bağlı növbəti məlumat verilib. Məlumatı olduğu kimi yayımlamasaq da, bu barədə qısa bir neçə çıxarışı qeyd etməyi məqbul bilirik.Yazılanlardan belə qənaət hasil olur ki, ADU-da Elmira Baxşəliyevadan başqa da narazı şəxslər var.Və bəri başdan onu da qeyd edək ki, özlərini bəlli etmək istəməyən “imzasız”ların hədəfə aldıqları şəxslərin sırasında Kamal Abdullanın rektor təyin olunduqdan sonra vəzifəyə gətirdiyi şəxslər,o cümlədən keçmiş rektor əvəzi Əfqan Abdullayev və daha bir neçə şəxs var. Bu isə müəyyən qənaətin üstündə dayanıb fikir söyləməyə əsas yaradır ki, hazırda universitetdə baş verən ən xırda hadisənin ictimailəşməsini daha çox istəyənlər işdən çıxarılmış şəxslərdi. Çünki, əvvəlki rektor əvəzi və hazırkı rektor özlərindən tənqidi fikir səsləndirilməsini istəməz, qaldı Elmira Baxşəliyevaya, o da artıq işlə təmin olunub.

O da mümkündür ki, narazı şəxslər bir az sonra kollektiv şəkildə ölkə rəhbərliyinə, saytlara açıq şəkildə müraciət ünvanlasınlar. Amma onlar hələ ki, rektor Kamal Abdullanın inandığı,bəlkə də onun səmiyyətindən sui-istifadə edən ətrafını müəyyən məsələlərdə ittiham edirlər. Məsələn, qeyd olunur ki, Kamal Abdulla Seyfəl Həsənovu özünə müşavir təyin edib. Seyfəl Həsənov 2000 manat məvacib almasına baxmayaraq, bir çox məsələlərə müdaxilə edir, özünü prorektor kimi aparır.Həmçinin,universitetə qohum və tanışlarını işə düzəldir. Eləcə də, ADU-nun Tərbiyə İşləri üzrə prorektor əvəzi Sərraf Hüseynov, Maddi Texniki və Maliyyə İşləri üzrə müşavir Nüşabə Tanrıverdiyevanın da fəaliyyətindən bəhs olunan məlumatlarda bir çox məsələlərə toxunulur,həmin şəxslər günahkar bilinirlər.Sözügedən şəxslərin diktəsi ilə onlarla əməkdaşın işini itirdiyi, onları qeyri-ixtisas sahiblərinin əvəz etdiyi vurğulanır.Bunun isə narazılıqsız ötüşmədiyi əsaslandırlır,rektorun ətrafının münaqişənin mərkəzində olmaları iddia edilir.Məsələn, bir müddət əvvəl rüşvət qarşılığında ADU-da işlə təmin etmək istədikləri şəxsin sonradan hüquq-mühafizə orqanlarına müraciət etməsi bildirilir, son anda ADU-nun adının mənfi mənada hallanmasının qarşısının alınması qeyd edilir. Hətta, o da vurğulanır ki, bəlkə də bu günkü günə qədər Kamal Abdullanın həmin məsələlərdən xəbəri yoxdur.Eləcə də rektorun ətrafına hədsiz şəkildə inanması belə təəccüblə qarşılanır.

Sayta daxil olan məlumatda adı çəkilən şəxslərdən yalnız rektorun müşaviri Seyfəl Həsənovdan yazılanlara münasibət öyrənə bildik.S.Həsənov bildirdi ki,mənimlə bağlı yazılanlar həqiqəti əks etdirmir.Belə ki, mən 2000 AZN məvacib almıram,heç bir prorektorun işinə qarışmıram,heç bir qohumumu da ADU-ya işə düzəltməmişəm.

Yazıda adları çəkilən digər şəxslərlə əlaqə saxlamaq mümkün olmadı.

Faktinfo.az onu da bildirir ki, sayta şəxsiyyət vəsiqəsinin surətini göndərməyən, gizliliyini qoruyan məlumat sahib(lər)inin fikrinin yayımına müəyyən həddə o halda şərait yaradılacaq ki, şəxs gizliliyini aradan qaldırmaq üçün şəxsiyyət vəsiqəsinin surətini elektron poçta göndərsin.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu