Gülməli başçı: jurnalistə saxta “Tissot”, tələbəyə 20 qəpiklik “ruçka”, şagirdə 52 “razmer” mayka...
Gundem / Dunya / Bolge
Oxunub: 1 934
22 dek 2018 | 20:52
Gülməli başçı: jurnalistə saxta “Tissot”, tələbəyə 20 qəpiklik “ruçka”, şagirdə 52 “razmer” mayka...















Nəsimi rayon icra başçısı Asif Əsgərov əlamətdar günlərdə özünü yaxşı təqdim etmək istəyir. Bu vaxt da “qaş düzəltdiyi yerdə, göz çıxarır” və gülməli vəziyyətə düşür.

Cahan.info xəbər verir ki, daha əvvəl jurnalistlərə saxta “Tissot” saatı bağışlamış A.Əsgərov bu dəfə Əlillər Günü münasibəti ilə beşinci sinif şagirdinə 52 “razmer” idman maykası hədiyyə edib.

Qarabağ veteranı Əhməd Rəhmanov feysbukda yazıb ki, 268 saylı xüsusi məktəbin 5-ci sinif şagirdi olan oğluna 52 ölçülü mayka veriblər:

“Düzdü, bu mayka mənə də böyükdür, əlilliyi olan uşaqlara göstərdiyiniz bu nəvazişi görəndə ailəliklə sevincdən “gözümüz yaşardı”.

Çünkü ağlımıza gəlməzdi ki, cənab məmurlar bu uşaqların naminə kiloqramla satılan geyimləri almaq üçün öz qızıl vaxtınızı ayırıb “Sədərək” bazarına gediblər”.

Veteran yazıb ki, Azərbaycanda dövlətin əlil uşaqlara verdiyi müavinətlər yaşayış minimumundan 2 dəfə aşağı, əlilə qulluq edən valideyn isə ümumən dustaq yerinə qoyulub, müavinət almır:

“Amma əsas bu deyil. Əsas sizin bu əlil uşaqlara əyinlərinə olmayan mayka kimi böyük ölçüdə ayrılıb.

Amma uşaqlara çatmayan məbləğlərdir ki, onu da hər bayramda əlillərin sağlığına həzm eləməyinizdir. Allah sizlərə dəyməsin, çünki Allah dağına baxıb qarını verdiyi kimi, bizə baxıb Sizi verib”.

Tamamilə haqlıdır, Allah dağına baxıb qarını verdiyi kimi, bizə baxıb Sizi verib. Bu məmurlar niyə insanları ələ salırlar, başdansovdu işlər görürlər, uşaqları sevindirmək üçün normal hədiyyələr almırlar?

Nəsimi İH məmurları bu hədiyyələr üçün kim bilir nə qədər pul silib. Ancaq əlillər günü məktəb şagirdinə uyğun ölçüdə geyim tapa bilmirlər.

Üstəlik, mayka yox, bir ayaqqabı, köynək hədiyyə etmək olardı. Doğurdan da bu yerdə “ölüb yerə girmirsiniz” sualı vermək yerinə düşür.

2015-ci ildə Səbayel Rayon İcra Hakimiyyəti başçısı işləyəndə Asif Əsgərov 22 iyul Milli Mətbuat Günü münasibətilə bir qrup (75 nəfər) jurnalisti mükafatlandırmışdı.

İcra hakimiyyətindən yayılan məlumatda deyilirdi ki, jurnalistlərə “qiymətli hədiyyələr” təqdim olunub.

Əslində isə məlum olmuşdu ki, həmin “qiymətli hədiyyə” Çində istehsal olunan və bu ölkədə 6 dollara, Azərbaycanda isə 20-30 manata satılan saxta “Tissot” saatlarıdır.

Nəsiminin icra başçısı daha sonra 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb. Tələbələri təbrik edən və onlara uğurlar arzulayan A.Əsgərov yekunda mükafatları təqdim edib. Bir qrup valideynin verdiyi xəbərdə bildirilir ki, icra başçısı tələbələrə 20 qəpik qiyməti olan qələm bağışlayıb.

Cahan.info reportyor.info-ya istinadla xəbər verir ki, medianın gündəmindən düşməyən Bakının Nəsimi rayon icra başçısı Asif Əsgərovun yüksək siyasi kulislərdə “qələminin qırıldığı” haqda xəbərlər sızmaqdadır.

Hakimiyyətin yuxarı eşelonunda A.Əsgərovun üstündən xətt çəkildiyi qənaətinə gəlindiyi bildirilir.A.Əsgərovun deputat Adil Əliyevdən 30 min manat rüşvət istəməsi iddialarının meydana çıxması onun işini bitirmək üzrədir.

Onsuz da ötən illər ərzində fəaliyyəti və ələxüsus oğlu İlham Əsgərlinin avtoqəzada bir nəfərin həyatına son qoyması Nəsimi icra başçısının dosyesini kifayət qədər ağırlaşdırmışdı.

Deputatdan 30 min manat istəməsi iddialarının tirajlanması İH başçısının vəziyyətini daha da mürəkkəbləşdirib.

Əslində, A.Əsgərovu keçmiş baş liftçi Qüdrət Şükürovun aqibəti gözləyə bilər. Onun da mənimsəmələri ortaya çıxmışdı və cinayət işi açılmışdı.

Əgər Nəsimi İH başçısı vəzifəsindən kənarlaşdırılsa, deputatdan pul istəməsindən tutmuş büdcə talanı, qanunsuz tikinti sərəncamları, yaşıllıqların satılması ilə bağlı sorğu-sual oluna bilər.

Mənbə bildirir ki, yuxarılarda A.Əsgərovla bağlı ciddi şəkildə qəzəb var. Buna səbəb deputata qarşı belə tələb irəli sürməsi iddiasıdır. Bu halda icra başçısının sadə vətəndaşların başına hansı oyunları gətirdiyini təsəvvür etmək olar.

Məlumatlı qaynağın sözlərinə görə, şəhərin Nəsimi kimi mərkəzi rayonuna adı qalmaqallarda çəkilən məmurun rəhbər olması istənilmir.

RİH-nin mövqeyini dərc edə bilərik.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu