Tərtərin başçısı bir gün kabinetində olmur: prezidentin göstərişləri kənd-kənd gerçəkləşir...
Gundem / Dunya / Bolge
Oxunub: 1 308
12 dek 2018 | 12:50
Tərtərin başçısı bir gün kabinetində olmur: prezidentin göstərişləri kənd-kənd gerçəkləşir...















Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədov bir gün boş oturmur. Prezidentin təyin etdiyi gündən onun etimadını doğruldaraq, tapşırıqlarına uyğun şəkildə vətəndaşlarla görüşlərə ara vermir.

Cahan.info xəbər verir ki, M.Məmmədovu kabinetində tapmaq çətin olur. Çünki icra başçısı kəndlərdə, qəsəbələrdə görüşlərdə olur, vətəndaşları dinləyir.

Onun övbəti səyyar qəbul-görüşü Buruc kənd İƏD üzrə nümayəndəliyin Güləbatlı kəndində olub. Daha əvvəl Sarıcalı kənd İƏD üzrə nümayəndəliyin Zolgəran kəndində olub. Eləcə də Dəmirçilər kənd İƏD üzrə nümayəndəliyin Ağkənd kəndində olub.

Habelə, Tərtərin Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndlərindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub.

2018-cı ilin 9 ayı ərzində açılmış daimi iş yerlərinin 12,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 24,3 faizi mövcud müəssisə və təşkilatlarda, 63,6 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.

Yanvar-sentyabr ayları ərzində iqtisadi fəaliyyət növlərinə görə 363 daimi açılmış yeni iş yerləri tam olaraq qeyri-neft sektorunda, o cümlədən 63,6 faizi fiziki şəxslərdə, 16,8 faizi sənaye sahəsində, 1,9 faizi tikinti sahəsində, 5,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 7,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 0,3 faizi təhsil sahəsində, 0,3 faizi nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, 0,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində, 1,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 1,1 faizi digər sahələrdə ixtisaslaşan müəssisə və təşkilatlarda yaradılıb.

2018-ci ildə də Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir. Prezidentin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələri və giriş blokları əsaslı təmir olunmuş, bina həyətlərinə 48 min kv.m asfalt örtüyü qoyulmuşdur.

Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov, Mehdi Hüseynzadə və Ədalət Paşayev küçələrində abadlıq və yenidənqurma işləri aparılmışdır.

Küçənin istinad divarları bir çox yerlərdə mişar daşı ilə hörülmüş, aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçə kənarına səki daşları düzülmüş, yola asfalt örtüyü qoyulmuşdur.

Bundan başqa həmin küçələrdə işıq, qaz su-kanalizasiya və rabitə xətləri səliqəyə salınmış, yararsız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilmişdir. Ədalət Paşayev küçəsinin girişində şəhidin barelyefi quraşdırılmışdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı” kəndlərarası, uzunluğu 21,5 kilometr olan avtomobil yolunun əsaslı təmiri və yenidənqurulması işləri başa çatdırılmışdır. Hazırda “Tərtər-Hindarx” yolunun əsaslı təmiri işlə-rinə başlanılmışdır.

Cari ildə Olimpiya İdman Kompleksinin, 100 yerlik körpələr evi-uşaq bağçasının, Xal-ça İstehsalı Emalatxanasının, Bayraq Muzeyinin tikintisinə başlanılmışdır. Hazırda bu işlər sürətlə davam etdirilir. Heydər Əliyev parkında əsaslı təmir işləri aparılmışdır.

Belə ki, parkın ərazisində olan səki və meydançalara 5 min kvadratmetrə yaxın yeni tamet daşları, 1500 paqonometr yeni səki daşları düzülmüş, bəzi yerlərdə qırılmış aqlay daşları yeniləri ilə əvəz olunmuş, yaşıllıq zolaqları yenidən qurulmuş, minlərlə gül kolları əkilib.

Parkda olan fantan, oturacaqlar, işıq dirəkləri, zibil qutuları təmir-bərpa olunmuşdur. Şəhərin Heydər Əliyev pros-pektində rayon icra hakimiyyətinin yeni inzibati binasının tikinitisi üçün 0,15 ha torpaq sahəsi ayrılmışdır. Obyektin layihə–smeta sənədləri hazırlanmış, yaxın vaxtlarda tikintisinə başlanılacaq.

Vüqar Həsənov küçəsində abadlıq işlərinə başlanması burada yaşayanlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Belə ki, ərazidə olan 5 ikimərtəbəli ictimai yaşayış binasının dam örtükləri dəyişdirilir, fasad hissələri rənglənib qaydaya salınır.

Binaların ətrafına asfalt salınır, yaşıllaşdırma işləri görülür.Yaşlı insanların arzusu nəzərə alınaraq, binaların arasında istirahət guşəsi yaradılır. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu