Sabunçu xəstəxanasında “ermənilik”: ana körpəsi ilə girov saxlanır - ölüm korpusu...
Gundem / Sosial / Dunya
Oxunub: 1 535
3 dek 2018 | 10:50
Sabunçu xəstəxanasında “ermənilik”: ana körpəsi ilə girov saxlanır - ölüm korpusu...














Bunu bəlkə erməni eləməz, bizimki edir. Söhbət ana və yeni doğulan körpəsinin 10 gündür pul verilmədiyi üçün 3 saylı Sabunçu şəhər xəstəxanasının doğum şöbəsində girov saxlanmasından gedir.

Cahan.info-nun verdiyi məlumata görə, bu barədə Yeganə Əliyeva feysbuk səhifəsindən yazıb. Onun sözlərinə görə, Pərvanə adlı həkim 10 gün doğulmuş körpəni anası ilə birlikdə girov saxlayır.

Ailə 100 manat verib, Pərvanə həkim isə 500 manat tələb edir. Aidiyyatı qurumlar və xüsusən Səhiyyə Nazirliyi dərhal işə qarışmalıdır. Çünki xəstəxana həbsxanaya çevrilib.

Belə qanunsuzluq, soyğunçuluq, vicdansızlıq heç yerdə görünməyib. Ana və körpəsini girov saxlamaq, pul tələb etmək cinayət məsuliyyəti yaradır.

Azərbaycanda dövlət xəstəxanaları pulsuz xidmət göstərməlidir. Nazirin 2008-ci ildə əmri var və məlumdur ki, bu qərar heç yerdə işləmir.

Lakin ana və körpəsini girov saxlamaq və 500 manat tələb etmək artıq əndazəni aşmaqdır. Vətənə övlad yetişdirəcək bir qadını balası ilə xəstəxanada saxlamaq, pul gələnə qədər buraxmamaq rəzalətdir.

O uşaq böyüyüb həyatı qavrayanda bilsə ki, ana vətənində onu girov saxlayıblar, pul olmadığı üçün Pərvanə həkim əsir kimi nəzarətindən buraxmayıb, yəqin ki dünyaya gəldiyinə peşman olar.

Səhiyyə Nazirliyi niyə bu məsələyə müdaxilə etməyib? Hansı əsasla ana və körpə evə buraxılmır? Pərvanə həkim kim güvənir?

Ümumiyyətlə, 3 saylı Sabunçu şəhər xəstəxanası ən çox şikayət edilən, amansızlıq, rüşvətxorluq olan tibb ocağıdır. Üstəlik, xəstələr səhv müalicə edilir, pul verməyəndə palatadan ölüsü çıxır.

Məsələn, iki il əvvəl Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında doğuşdan sonra ölən Beyləqan rayon Nil qəsəbəsi sakini, 30 yaşlı Elnurə Xanalıyevanın yaxınları dəhşətli açıqlamalar vermişdi.

Onlar iddia edirlər ki, xəstəni yoxlamadan qeysəriyə əməliyyatı ediblər. Mərhumun dayısı Etibar Xanalıyev bildirib ki, E.Xanalıyevanı başqa xəstəxanaya aparmağa imkan verməyiblər.

Mərhumun anası isə xəstəxanada qızının “donuz qripi” olduğunu iddia etdiklərini dilə gətirib: “Mənim uşağımda "donuz qripi" olduğunu dedilər, halbuki analizi tərtəmiz idi. Niyə öldürdülər mənim balamı? Onun 3 uşağını kim saxlayacaq?”

Ötən il oktyabrın 31-də Cavid İmanlı adlı gənc 3 saylı Sabunçu Rayon Xəstəxanasında dünyasını dəyişib. İmanlının valideynləri iddia edirlər ki, övladlarının ölümü müəmmalıdır.

Belə ki, gəncin ölüm işinə iki dəfə Sabunçu Rayon Prokurorluğunda baxılıb və onun kəskin intoksikasiya fonunda poliorqan çatışmazlığı diaqnozu ilə öldüyü qeyd edilərək, cinayət işi bağlanıb.

Lakin Cavidin valideynləri bu qərarla razılaşmayıblar. Müxtəlif dövlət qurumlarına müraciət edərək, övladlarının ölümünə səbəb olmuş şəxslərin həbs edilməsini tələb ediblər.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu