Azərbaycan milli mətbuatının yaranmasından 139 il ötür
Gundem
Oxunub: 1 487
22 iy 2014 | 12:09
Azərbaycan milli mətbuatının yaranmasından 139 il ötürBu gün Azərbaycan milli mətbuatının yaranmasından 139 il ötür. Ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Əkinçi qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Bu gün Azərbaycan mətbuatının yaranmasından 139 il ötür. 1875-ci ilin məhz bu günü Həsən bəy Zərdabinin böyük əməyi nəticəsində Azərbaycanın ilk mətbu orqanı olan Əkinçi işıq üzü görüb. Beləliklə, əkməklə fəaliyyətə başlayan mətbuatımız eyni vaxtda azad sözün toxumlarını da səpdi. Bayramınız mübarək əziz həmkarlar!!!

1875-1877 -ci illərdə fəaliyyət göstərən "Əkinçi"nin nəşri nəinki ölkədə, bütövlükdə Qafqazda əks-səda doğurub. Ömrünün uzun olmamasına baxmayaraq, ilk mətbu orqanımız xalqın oyanışında və milli birlik ideologiyasının formalaşmasında böyük rol oynayıb. Günün sevincindən ən böyük pay isə illərini bu peşəyə sərf edən peşəkarlara düşüb.
İsmayıl Abbas -publisist jurnalist: "Belə başa düşürəm ki, bu gün bir hesabat günüdür. Buna görə biz irəliyə baxmalıyıq. Azərbaycan jurnalistikasının inkişafına doğru addım atmalıyıq. Bütün jurnalistləri mən ürəkdən təbrik edirəm. Onlara can sağlığı, yeni uğurlar, yeni nailiyyətlər arzu edirəm".
Ən son informasiyaları jurnalistlərin sayəsində əldə edən insanlar da peşə bayramımızı təbrik etdilər.
Nurəddin Ağayev şəhər sakini: Təbrik edirik jurnalistləri. Yaxşı materiallar hazırlasınlar. Təbriklər.
Zəkiyyə Əşrəfli -şəhər sakini: Təbrik edirəm sizi. Neçə belə uğurlu illər keçirəsiz.
Hamlet Hüseynov -şəhər sakini: Bütün mətbuat işçilərini bu işdə çalışan hər kəsi təbrik edirik. Onlara uzun ömür, can sağlığı və həqiqəti yazmağı arzu edirik.
Mətbuatın yaranmasından bu günə qədər bir əsrdən çox vaxt keçib. İllər ərzində dəyişilən çox şey olub. Mətbuatımız sifariş maşını və buyuruq qulu olmaqdan senzurasız, azad fikrin, müdaxiləsiz düşüncənin meydanına çevrilib. Elə ən qazanılanlar sırasında ən böyük uğur da bu olub. Saysız uğurlara doğru..

http://kepeztv.az
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA