BİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTO
Gundem / Siyaset / Dunya
Oxunub: 4 104
20 okt 2018 | 14:03
BİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTO














PREZİDENT XALQIN MALINA GÖZ DİKƏN, İNSANLARIN HEYSİYYATINA TOXUNAN, RÜŞVƏT VƏ KORRUPSİYA BATAQLIĞINDA ÇABALAYAN SƏLAHİYYƏT SAHİBLƏRİNİ BAĞIŞLAMIR.Amma təssüflər olsunki,bu gün səlahiyyət sahiblərinin əksəriyyəti insanların hissləri ilə oynayır,onların malına göz dikirlər.Biz millət vəkili dedikdə ilk növbədə millətin hissləri ilə oynayan səlahyitli şəxslərdən onları qoruyan bir nufuz sahibi gözümüz önündə canlanır.Amma bəzi millət vəkilləri özləri millətin hüquqlarını tapdayır,heç bir qanuna məhəl qoymurlar.Redaksiyamıza daxil olan bir şikayət ərizəsində Məmmədova Xəzəngül Xəlil Qızı bildirir ki,ona məxsus torpaq sahəsi millət vəkili Adil Əliyev tərəfindən zəbt olunub və qanunsuz olaraq qaynanasının adına orada şadlıq sarayı tikdirmişdir.Şikayətçi onuda bildirir ki,2007 -ci ildə 18 iyulda Binəqədi bələdiyyəsinin 168 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu 7-ci mikrorayon ,"Amor"şadlıq sarayının arxa hissəsində1000kv/m torpaq sahəsi alıb.

Bələdiyyə ilə alqı satqı müqaviləsi imzalamış,torpaq sahəsinin vergisini bələdiyyə hesabına ödəmişdir,daha sonra isə sənədləri reyster xidmətindən keçməsi üçün torpaq komitəsinə təqdim etmişdir. Şikayətçi onuda bidirir ki,2013-cü ildə millət vəkili seçicilərin hüquqlarını qorumalı olan deputat qanusuz olaraq torpağımı zəbt etmiş və orada qaynanası Abdullayeva Qətibə Məmməd qızının adına şadlıq sarayı tikdirmişdir.2014-cü ildə Binəqədi məhkəməsinə müraciət etdmişəm,torpaq sahəsinində inşa edilən tikililərin sökülməsi və maneçiliyin aradan qaldırılmasına dair iddia qaldirmışam.01.04.2014-cü ildə torpaq sahəsində inşa olunan tikilələrin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətdə qaytarılması barəsində məhkəmə qərar qəbul edib.

Lakin sən saydığını say,gör millət vəkili nə sayır.Bundan sonra millət vəkili mənə və mənim vəkilimə cüzi miqdarda pul təklif etdiki ,iddiamı geri götürüm ,torpağın sənədlərini onun adına keçirim.Amma mən bunu bir mənalı olaraq qəbul etmədim.Elə müsibətli günlərimiz bundan sonra başladı.Belə ki,millət vəkili Adil Əliyev öz havadarlarının köməyi ilə və özünün deputat statuslarından istifadə edərək mənə məxsus torpaq sahəsində tikilən tikilinin guyaki ölkənin birinci xanımı Mehriban xanım tərəfindən aparıldığını,gahdakı dövlətə aid inzibati binanın tikildiyini bildirmişdir.Dəfələrlə mənə hədə qorxu dolu söz göndərirdi ki,sənədləri mənim adıma keçirməsəniz bütün məhkəmələrdə sənədləri ləğv etdirəcəm.Adil Əliyev Binəqədi məhkəməsinin haqlı tələbimizi müdafiə edən və hüquqlarımızı qoruyan qətnaməsini Bakı Apelyasiya məhkəməsində ləğv etdirdi və Ali məhkəmədə həmin qərarı təsdiq elətdirdi."Çıraq Palace" şadlıq sarayını qaynanasının adına inşa etdirmişdir.Dəfələrlə hüquq müstəvisində torpağımın qaytarılması iddiası ilə müraciət etsəmdə, Adil Əliyev öz statuslarından istifadə edərək mənim müraciətlərimin qarşısı alınmışdır.Prezident adminstrasiyasi,Milli Məclisə,ölkə başçımıza müraciət etmişəm.Məsələ araşdırılır.Amma mən çox istərdim ki,məsələ mətbuatda ictimailəşsin Adil Əliyevin əsl üzü görünsün .Adil Əliyev və onun havdarlarının qanunsuz hərəkətlərinin qarşısı alınsın və mənə məxsus torpaq sahəmin mənə qaytarılmasına kömək olunsun.Artıq cana yığılmışam.Adil Əliyevin qanunsuz hərəkətlərinin qarşısı alınmasa mətbuat konfransı keçirib bütün rəsmi sənədləri ictimayyətə təqdim edib onun bu hərəkətlərini ifşa edəcəm.Xahiş edirəm mənim bu müraciətimi ölkə başçımız cənab İlham Əliyevə mətbuat vasitəsi ilə bir daha çatdırın.Görün millət vəkili millətin qanını necə sovurur.Bu qədər özbaşınalıq olmaz.

Xatırladaq ki,Prezidentin ölkədaxili məsələlərə dair çıxışlarının ana xəttini əsasən bir tezis təşkil edir - məmurlar xalqın yanında olmalıdır: "Sözsüz ki, bu da təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən elan etdiyi sosialyönümlü siyasətin əsas tələbidir. Dövlət başçısı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda da öz iradəsini bir daha aydın şəkildə nümayiş etdirərək məmurları xalqa xidmət etməyə çağırıb: "Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərməkdir. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq". Olduqca dərin mətləbə söykənən bu çağırışı təhlil edə bilən məmur anlamalıdır ki, Prezident bununla dövlətə və onun özünə xidmətin yolunu göstərib: Prezidentə və dövlətə xidmət etmək istəyən xalqa xidmət etməlidir və bu xidmət əslində dövlətə və onun başçısına sədaqətin ən parlaq nümunəsidir". Təəssüf doğuran məqamlardan biri də odur ki, bu gün bəzi millət vəkilləri, sahə rəhbərləri, orta səviyyəli məmurlar, yerli icra orqanlarının təmsilçiləri üzərlərinə düşən vəzifələri icra etmək əvəzinə gözləmə mövqeyində dayanırlar: "Sanki bu adamlar elə hesab edirlər ki, onların işini də Prezident görməli, ən xırda məsələlərin həll yollarını da dövlət başçısı göstərməlidir. Xeyr, Prezident dövlətin müəyyən etdiyi hədəfləri, sosial, iqtisadi, bank-maliyyə məsələləri və başqa məsələlər üzrə dövlətin proqramını bəyan edir. Yerli səviyyələrdə ortaya çıxan problemləri həll etmək isə məhz məmurların üzərinə düşür. Yox əgər məmur bundan sonra da gözləmə mövqeyi tutursa və bu səbəbdən yaranmış problem şişib cəmiyyətdə narazılığa gətirib çıxarırsa, deməli, məmur yerində deyil".

BİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTO
BİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTO
BİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTO
BİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTO
BİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTO
BİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTO
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu