Agentlik sədri ilə başçının 5 milyonluq ağ yalanı-müdhiş faktlar/Video
Gundem / Dunya / Bolge
Oxunub: 2 998
15 okt 2018 | 10:10
Agentlik sədri ilə başçının 5 milyonluq ağ yalanı-müdhiş faktlar/Video














Rəsmi sənədlərdə İsmayıllının 2 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə 5,4 milyon (beş milyon dörd yüz min) manatı ayrılıb

İşin absurd tərəfi prezidentə yalan məlumat verilməsi və gizlədilməyə çalışılmasıdır. Bunun arxasından isə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və İsmayıllı Rayon İcra Hakimiyyəti çıxıb.

AzEuroNews.com saytı bu haqda yazıb ki, yolu çəkən agentlik, saxtakarlıq edən agentlik, RİH isə bunu bildiyi halda göz yumub.

Söhbət avqustun 25-də prezident İlham Əliyevin İsmayıllının Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak etməsindən gedir.

Ölkə başçısına məlumat verilib ki, yolun uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir.

Ancaq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən çəkilən yolun 9 yox, 6,3 kilometr olduğu elə video kadrlardan da görmək olur. Yeni çəkilən yol Bəhliyan kəndində başa çatır.

Layihədə isə Bilistan kəndinə qədər çəkilməsi nəzərdə tutulub və 9 kilometri əhatə edib. Həmin lövhədə Bilistan kəndinin adı da göstərilib.Di gəl ki, prezidentin gəldiyi gün Bilistanın adını lövhədən siliblər.

Əlbəttə, icra başçısı Mirdaməd Sadıqovun bu məsələdə günahı yoxdur. Amma ən azı prezidentin gəlişi günü lövhədən kəndin adının silinməsi faktından xəbəri olub.

Deməli, tədbir görə bilərdi. Sakinlər video çıxışda dövlət başçısına müraciət edərək AAYDA rəhbəri Saleh Məmmədovun yalan məlumat verdiyini bildiriblər.

Ölkə başçısına məlumat verilib ki, yolun uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir.

Ancaq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən çəkilən yolun 9 yox, 6,3 kilometr olduğu elə video kadrlardan da görmək olur. Yeni çəkilən yol Bəhliyan kəndində başa çatır.

Cahan.info xəbər verir ki, 5 milyon, 400 min manatdan Bilistan adı ilə nə qədər mənimsənildiyi qaranlıq olaraq qalır. Amma bu agentliyin ilk yol yeyintisi deyil.

Məsələn, prezident Xudat – Yalama – Zuxuloba yolunun açılışını etdi. Yolun uzunluğu 24 kilometrdir. Bu yol 18 məntəqəni birləşdirir və 28 min nəfərin gediş-gəlişini asanlaşdırmalıdır. Nə gözəl!

Amma məlum olur ki, "Azəravtoyol” ASC həmin vaxt yolun tikintisi və genişləndirilməsində ciddi əyər-əskiyə yol verib.

Rəsmi sənədlərdə qeyd olunur ki, asfaltbeton örtük 2 laydan ibarət qalınlığı 12 santimetrdir, eni isə 7.50 sm-dir.Amma araşdırmalar və sadə bir ölçmə zamanı örtük layın qalınlığının 12 nədir, heç 5 sm olmadığı üzə çıxıb.

Yolun eninə gəlincə, 7.50 sm olmalıdır, amma 7 sm-dir. Hərəkət zolağı 3.75 olmalıdır, 3.50-dir. Bu da ciddi korrupsiya və maxinasiya əməliyyatı şübhələri yaradır.

Həmçinin, Avtomobil Yolları Dövlət Agentliyi indiyə qədər Ağcabədinin yol idarəsi rəisindən hesabat tələb etməyib.

Hazırda rayonun həm mərkəzi küçələri, həm ara yollarının asfaltı sakinlərin yadından çıxıb. Onlar sonuncu dəfə asfalt sovet dövründə görüblər.

Onun oğluna məxsus şirkəti - "Fərid Ağcabədi” MMC tenderlərdə həmişə "qalib” olur. Son dövrlərdə isə idarəyə pul ayrılmadığı üçün V.Hüseynov "kasıblayıb”.

İndi onun başı bahalı avtomobil kolleksiyası, yanacaqdoldurma məntəqəsi, evləri, asfalt zavoduna qarışıb.

İdarənin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə paytaxta daşıyaraq bu biznesə də əl qoymuş V.Hüseynov icra başçısı olmağa iddialıdır.

Əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi Vidadi Hüseynovun sıradan bir korrupsioner olmadığına dəlalət edir.(Cahan.info)

Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu