XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
Gundem / Dunya / Bolge
Oxunub: 1 877
9 okt 2018 | 10:24
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?














Ramil Məmmədov: “Yanıma gələn jurnalistə on, onbeş manat “dilənçi pulu” verib yola salıram”

Bir müddət bundan öncə Deryaz.az saytında Xaçmaz Elektrik Şəbəkəyə rəhbərlik edən Ramil Məmmədovun iş fəaliyyəti ilə bağlı bir neçə tənqidi açıqlama dərc etmişdik. İşıq üzü görən açıqlamaların dərcinə səbəb, rayonun Ağtala kəndi, Yeni yaşayış massivi adlanan ərazidə məskunlaşan sakinlərin uzun müddətdən bəri üz-üzə qaldıqları problemin həll olunmaması və problemin həlli ilə bağlı onların aidiyyəti üzrə ünvanladıqları müraciətlərinin qulaqardına vurulması olmuşdur. Belə ki, hələ bir neçə ay bundan öncə adı çəkilən kənd sakinləri redaksiyamıza müraciətlərini ünvanlayaraq qeyd etmişdilər ki, “Biz şəxsi vəsaitimiz hesabına neçə illər bundan əvvəl yaşadığımız evlərin yaxınlığına ağac dirəklər basdırmışdıq. Ötən illər ərzində həmin dirəklər çürüdüyündən, bu gün onlar uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə bir halın varlığı kənd sakinlərinin, ələlxüsus azyaşlı uşaqların həyatı üçün olduqca təhlükəlidir. Bununla bağlı Xaçmaz RİH Aparatına, Xaçmaz Elektrik Şəbəkənin rəhbəri Ramil Məmmədova dəfələrlə müraciətlərimizi ünvanlasaq da, indiyə kimi etdiyimiz müraciətlərimiz nəticəsiz qalıb”.

Ramil Məmmədov KİV haqqında Qanunun tələblərini saya salmır…

Onu da bildirək ki, təqribən bir ay bundan öncə Ağtala kəndi, Yeni yaşayış massivi adlanan ərazidə yaşayan sakinlərin redaksiyamıza təkrar ünvanladıqları müraciətləri əsasında, adı çəkilən yaşayış məntəqəsində olduq və real mənzərəni öz gözlərimizlə görüb, müəyyən çəkilişlər də həyata keçirdik. Tərəfimizdən lazımi materialları topladıqdan sonra, Xaçmaz Elektrik Şəbəkənin rəisi Ramil Məmmədovla əlaqə saxladıq ki, qarşı tərəf olaraq adı çəkilən vəzifə sahibindən problemlərin varlığına münasibətini öyrənə bilək. Məsələnin xoşagəlməz tərəfi o oldu ki, o, “Rəhbərlikdən tapşırıq verilmədiyindən mən kimisə qəbul edib münasibətimi açıqlaya bilmərəm” deməklə, açıq-aşkar şəkildə mətləbdən yayınmağı bacardı. Bu da birbaşa ciddi qanun pozuntusu olmaqla bərabər, eyni zamanda KİV haqqında Qanunun tapdaqlar altına atılması demək oldu.



Xaçmaz Elektrik Şəbəkənin rəisi medianı aşağılamaqla nəyə nail olmaq istəyir?

İndi isə keçək əsas mətləbə. Adı çəkilən kənd sakinlərinin redaksiyamıza çatdırdıqları məlumatlara görə, dörd-beş gün bundan öncə Ramil Məmmədov qeyd olunan yaşayış məntəqəsinə gedir və sakinlərlə görüşərkən “Siz məndən şikayət etdiniz, barəmdə tənqidi məqalələr dərc etdirdiniz, son anda nəyə nail oldunuz? Bəyəm, bilmirsinizsə onu da bilin ki, mən arxa-dayağı güclü olan vəzifə sahiblərindənəm. Məni ən yuxarı səviyyələrdə müdafiə edirlər, hər ay da RİH-nin başçısı ilə “haqq-hesablaşıram”. Vəssalam! Qaldı ki, yanıma gələn hər jurnalistə on , onbeş manat “dilənçi pulu” verib yola salıram. Bu probleminiz ilə bağlı çəkiliş həyata keçirib tənqidi məqalələr dərc edən jurnalistlər mənə nə edə bildilər, yaxud da bundan sonra nə edə biləcəklər?” deməkdən də çəkinmir.

Hörmətli oxucular! Əvvəla onu qeyd edək ki, heç bir vəzifə sahibinin, o cümlədən Ramil Məmmədovun da heç bir halda ixtiyarı yoxdur ki, bütövlükdə KİV nümayəndələrini bu cür aşağılasın. O halda ortaya belə bir sual çıxır. Necə olur ki, ölkə rəhbəri cənab İlham Əliyev “Jurnalistlər mənim köməkçilərimdir” deyə öz yanaşmasını ortaya qoyur, Xaçmaz Elektrik Şəbəkənin rəisi Ramil Məmmədov isə, cənab Prezidentin özünə köməkçi hesab etdiyi media nümayəndələrini, məhz kənd sakinləri ilə keçirdiyi görüş zamanı aşağılayır. Görəsən bu hansı məntiqə sığır, hansı qanunla tənzimlənir? Bəlkə belə bir yanaşmanın, belə bir münasibətin mahiyyətini Xaçmaz Elektrik Şəbəkənin rəhbərliyi bilir. O halda adı çəkilən vəzifə sahibindən xahiş edirik ki, bunun mahiyyətini bizə də açıqlasın. Öyrənib bilmək, heç zaman eyib sayılmır.



Görəsən ölkə rəhbərinin vermiş olduqları tapşırıqların Ramil Məmmədova aiddiyyəti yoxdurmu?

Digər tərəfdən onu da vurğulayaq ki, ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışlarında, keçirdiyi müxtəlif məzmunlu tədbirlərdə “Hər bir vəzifə sahibi xalqa xidmət etməli, onların problemlərinin həllinə çalışmalı, bir sözlə xalqın xidmətçisi olmalıdır” deyə lazımi tapşırıqlarını verir. Məsələn, 26 yanvarın 2016-cı il tarixdə cənab Prezidentin sədrliyi ilə keçirilən və 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının gedişinə həsr olunmuş müşavirə zamanı, ölkə rəhbərinin məmurlarla bağlı vermiş olduğu tapşırıqlara bir daha nəzər salaq. Həmin müşavirədə cənab İlham Əliyev qeyd edir: »Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.

Biz problemləri ictimailəşdiririk, bəs Elektrik Şəbəkənin rəisi hansı addımlarını atır?

Bəli, ölkə rəhbəri hər bir məmura bu yöndə lazımi tapşırıqlarını verir, görəsən bu cür tapşırıqların qarşılığnda Ramil Məmmədov hansı addımlarını atır? Bax, budur bizi düşündürən hal! Çünki, biz KİV nümayəndəsi olaraq qəbul olunmuş Qanunun tələbləri əsasında, ən əsası cənab Prezidentin vermiş olduğu tapşırıqlar əsasında fəaliyyətimizi davam etdirib, çoxsaylı sakinlərin problemlərini ictimailəşdiririk. Adı çəkilən şəxs isə, nə üzərinə düşən vəzifə borcunu yerinə yetirir, nə də ölkə rəhbərinin vermiş olduğu tapşırıqlardan nəticə çıxarır. Əksinə o, bütövlükdə media nümayəndələrini aşağılamaq yolunu tutur və bunu açıq-aşkar şəkildə də bəyan edir. Görəsən ona belə bir ixtiyarı kim verib? Biz Ağtala kənd sakinlərinin üz-üzə qaldıqları problemləri gündəmə gətirib həll olunmasın istəyirik, Xaçmaz Elektrik Şəbəkənin rəisi isə, heç bir əndazəyə sığmayan addımlarını atır . Çünki, həyata keçirdiyimiz çəkilişlərdən də görünür ki, rayonun Ağtala kəndi, Yeni yaşayış massivi adlanan ərazidə məskunlaşan sakinlərin illər öncə basdırdıqları ağac dirəklər çürüdüyündən, bu gün həmin dirəklər uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu da hər an böyük bir faciənin baş verməsi deməkdir.

Biz KİV nümayəndəsi olaraq belə bir qənaətə gəlmişik ki, ölkə rəhbərinin məmurlarla bağlı vermiş olduğu tapşırıqlara əməl etməyən, Ağtala kənd sakinlərinin həyatı üçün təhlükə yaradan, media nümayəndələrini açıq-aşkar şəkildə aşağılayan, Xaçmaz rayon rəhbərliyi ilə bağlı şübhəli açıqlamalar danışan Ramil Məmmədovla bağlı müəyyən addımların atılmasına zərurət yaranıb. O halın varlığına da inanırıq ki, bu açıqlamanın dərcindən sonra hörmətli Şəmsəddin Xanbabayev konkret yanaşmasını ortaya qoyub, Elektrik Şəbəkənin rəhbərliyi ilə bağlı “yek qərar”ını açıqlayacaq

Yeni yaşayış massivi adlanan ərazidə məskunlaşan sakinlərə məxsus problemin ciddiliyi daha çox ondan ibarətdir ki, onların övladları təhsil aldıqları məktəbə gedib-gələrkən, uşaqlar aşmaq, yaxud da qırılmaq təhlükəsi ilə üz-üzə qalan elektrik dirəklərinin, elektrik naqillərinin yaxın olduğu ərazilərdən ötüb keçirlər. Bu da yuxarıda qeyd etdiyimiz kimi hər an xoşagəlməz faciələrin baş verməsi ilə nəticələnə bilər. Vəziyyətin ciddiliyinə baxmayaraq, hələ də Xaçmaz Elektrik Şəbəkənin rəisi Ramil Məmmədov problemlərin varlığını, çoxsaylı sakinlərin müraciətlərini qulaqardına vurmaqdadır. Odur ki, həm əməli addımlar atmağın, həm də baş verə biləcək faciələrin qarşısını almağın zamanı çoxdan çatıb. Problemlərin varlığını diqqətdə saxlayacağıq, araşdırmamız davam edəcək.



P.S. Yuxarıda qeyd olunan faktlara aydınlıq gətirilməsi üçün yenidən Xaçmaz Elektrik Şəbəkənin rəisi Ramin Məmmədova zəng ediB mövqeyini öyrənmək istədik. O,»İndi sizin nömrənizi verərəm, sizə zəng edib mənim kim olduğumu deyərlər» deyib telefonu qapatdı.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.


XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
XAÇMAZ ELEKTRIK ŞƏBƏKƏNIN RƏISI KIMINLƏ HESABLAŞIR?
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu